"İsrail Yunanıstan və Cənubi Kipr üç əsas enerji bloku olan ölkələrdir" - POLİTOLOQ PƏRVANƏ ABBASOVA

"İsrail Yunanıstan və Cənubi Kipr üç əsas enerji bloku olan ölkələrdir" - POLİTOLOQ PƏRVANƏ ABBASOVASon illərdə İsrail-Azərbaycan qardaşlığı regionun geosiyasət xəritəsini dəyişdirən ən önəmli proseslərdən birinə çevrilib. Enerji, təhlükəsizlik və texnologiya sahələrində möhkəmlənən bu yaxınlaşma İranın xəyallarını yaman qarışdırıb. Rəsmi Bakı ilə Təl-Əviv arasında qurulan etibarlı və strateji münasibətlər Tehranı narahat edir, regionda balansı qorumağa çalışan qüvvələr üçün gözlənilməz sarsıntılar yaradır. Azərbaycanın qardaşlıq prinsipi üzərində qurduğu bu əməkdaşlıq yalnız ikitərəfli münasibət deyil, həm də regional siyasətdə öz sözünü demək istəyən bir dövlətin mövqeyinin göstəricisidir.
"İsrail Yunanıstan və Cənubi Kipr üç əsas enerji bloku olan ölkələrdir" - POLİTOLOQ PƏRVANƏ ABBASOVAMövzu ilə bağlı politoloq Pərvanə Abbasova BiG.AZ-a açıqlamasında bildirdi ki, Yunanıstan, Cənubi Kipr ittifaqı Türkiyəyə qarşı hər hansısa bir hərbi müdaxilə edərsə, bu İsrail ilə Azərbaycan və Azərbaycan Türkiyə arasındakı münasibətləri böyük riskə ata bilər. Onun sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasında 2021-ci ildə Şuşa bəyannaməsi imzalanıb: "Bu bəyannamə o deməkdir ki, Türkiyə Azərbaycanın strateji müttəfiqdir.. Əgər Türkiyəyə qarşı hər hansısa bir hərbi müdaxilə olarsa, təbiiki Azərbaycan Türkiyənin yanında olacaq. Eyni zamanda Azərbaycana hər hansısa bir hərbi müdaxilə olarsa, Türkiyə Azərbaycanın yanında olacaq. İranın Azərbaycana qarşı dezinformasiya aparması İsrail ilə Azərbaycanın tərəfdaşlığına təsir etməyəcək. Ancaq Türkiyə məsələsində isə təsir edəcək. Çünki Azərbaycan birmənalı şəkildə Türkiyənin yanında olacaq. İsrail, Yunanıstan və Cənubi Kipr Aralıq dənizində enerji bloku olan ölkələrdir.

Onların əsas məqsədi Türkiyəni enerji sahəsindən uzaqlaşdırmaqdır. Bu Azərbaycanla Türkiyənin münasibətlərinə birbaşa deyil, dolayısı ilə təsir edəcək. Azərbaycan ilə Türkiyə strateji müttəfiqdir. Azərbaycan ilə İsrail isə strateji tərəfdaşdır. Azərbaycan Türkiyəyə həm siyasi, həmdə hərbi dəstək göstərə bilər. Cənubi Qafqazın təhlükəsizliyində əsas rol oynayan dövlət Türkiyədir. İsrail, Yunanıstan, Cənubi Kiprin Türkiyəyə hərbi müdaxilə etməsinə inanmıram. Çünki Yunanıstan və Türkiyə hər ikisi NATO üzvü ölkələrdir. Türkiyənin enerji sahəsindən kənarlaşdırılması Azərbaycanada təsir edə bilər.

Çünki TANAP və TAP lahiyələri Türkiyə ərazisindən keçir. İranın kütləvi informasiya vasitələrində Azərbaycana qarşı dezinformasiyanın yayılması birbaşa olaraq İsrailə görədir. Çünki İsrail ilə Azərbaycanın hərbi əməkdaşlığı var. İkinci Qarabağ müharibəsində İsrail Azərbaycana hərbi dəstək göstərdi. Azərbaycanın hava məkanı məhz İsrail tərəfindən qorunurdu".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 669   Tarix: 29 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sevgidə bəxti gətirməyən 6 məşhur qadın - SİYAHI

Şöhrət, uğur və milyonlarla pərəstişkar şəxsi həyatda xoşbəxtliyə zəmanət vermir. Cennifer Lopez, Madonna və digər məşhur qadınların sevgi həyatı buna nümunə göstərilir. xarici KİV-ə istinadla xəbər verir ki, uğursuz evliliklər, xəyanətlər, ağır ayrılıqlar və yarımçıq qalan münasibətlər sözügedən məşhurları

05.10.2026 295
.

Eyni kalorili iki yemək orqanizmə eyni təsir etmir - ARAŞDIRMA

Eyni kaloriyə və oxşar qida tərkibinə malik iki yemək orqanizmdə fərqli metabolik reaksiyalara səbəb ola bilər. BİG.AZ xəbər verir ki, ABŞ-nin Virginia Tech Universitetinin alimləri tərəfindən aparılan və "Nature Metabolism" jurnalında dərc olunan yeni araşdırmada qidanın emal səviyyəsini

12:33 131
.

"Altın Çocuk" vəfat etdi

Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse

05.10.2026 308
.

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi

Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib. 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfində

10:25 264
.

Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq

Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar

10:10 155
.

Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə

Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib. Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronq

05.10.2026 363
.

YAP-ın VIII Qurultayı: Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi xəritəsi

"Yeni Azərbaycan Partiyasının VII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi xüsusi siyasi əhəmiyyət daşıyır. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultayd

10:16 145
.

Müəllim əvəzolunmazdırsa, niyə süni intellektdən qorxuruq?

"Elm və təhsil naziri Emin Əmrullayevin "Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri ilk baxışdan rahatladıcı səslənir. Amma təhsildə baş verən dəyişikliklərə bir qədər diqqətlə baxanda başqa bir sual yaranır: süni intellekt müəllimi əvəz etməyəcəksə, bəs nəy

11:57 134
.

Dünya üçün kritik mənzərə: Planetar sərhədlərdən yeddisi təhlükəsiz zonadan kənardadır

İqlimdən şirin su ehtiyatlarına, okeanlardan biomüxtəlifliyə qədər Yer kürəsində həyatı təmin edən əsas sistemlər getdikcə daha çox təzyiq altında qalır. Qaynarinfo xəbər verir ki, Potsdam İqlim Təsirləri Araşdırmaları İnstitutunun nəzdində fəaliyyət göstərən Planetar Sərhədlər Elmi Laboratoriyasını

05.10.2026 305
.