Rusiya-Ukrayna müharibəsi çərçivəsində Tramp-Zelenski görüşü sülh prosesini sürətləndirəcəkmi?

Rusiya-Ukrayna müharibəsi çərçivəsində Tramp-Zelenski görüşü sülh prosesini sürətləndirəcəkmi?Dekabrın son günlərində ABŞ Prezidenti Donald Trump ilə Ukrayna Prezidenti Volodimir Zelenski Floridadakı Mar‑a‑Lago iqamətgahında bir araya gəldi. Bu görüş uzun sürən Rusiya‑Ukrayna münaqişəsinin dayandırılması üçün diplomatik səylərin yenidən canlandırılması məqsədi daşıyırdı və beynəlxalq ictimaiyyət tərəfindən ciddi diqqətə səbəb oldu.
Rusiya-Ukrayna müharibəsi çərçivəsində Tramp-Zelenski görüşü sülh prosesini sürətləndirəcəkmi?Mövzu ilə bağlı politoloq Turan Rzayev BiG.AZ-a açıqalamasında bildirdi ki, ortada bir sülh sazişi var. Onun sözlərinə görə, bu sülh sazişini ABŞ prezidenti Donald Tramp təklif edib: "Ümumiyyətlə ABŞ prezidenti Donald Trampın məsələyə baxışı prosesin ən qısa zamanda həllidir. Yəni bunun davamlı və qalıcılığı sual altındadır. Rəsmi Vaşinqton hələlik bununla o qədərdə maraqlanmır. Donald Tramp daha çox 2 şeyə nail olmaq istəyir:
1) Rusiya-Ukrayna müharibəsini bitirmək- Bunun hansı formada olması Donald Trampı bir o qədərdə maraqlandırmır. Həttda beynəlxalq hüquqa zidd olsada, ərazi itkisi hesabınada olması mümkündür.
2) Rusiyanın beynəlxalq təcridinin sıradan çıxarılmasıdır. Əslində bunu başa düşmək olar. Çünki müharibənin uzanması və Rusiyaya qarşı sanksiyaların davamlılığı Rusiyanı daha təhlükəli bir episentirə sürükləyir. Söhbət Çindən gedir. ABŞ-ın hazırda özünə tay gördüyü və əsas rəqib saydığı ölkə Çindir. Çin uzun müddətdir ki, Rusiya-Ukrayna müharibəsindən istifadə edərək, Rusiyaya müəyyən məhsullar satır və müəyyən məhsullar alır. Bunun qarşılığında da bölgədə aktiv fəaliyyəti var. Həm hərbi fəaliyyət, həmdə enerji sahəsində də fəaliyyət göstərir. Söhbət aktiv bölgələrdəndə getmir.

Bu ərazilər rusların ən az olduğu bölgələrdir. Hətta son illərdə Sibirə köçən Çinlilərində sayı kifayət qədər çoxdur. Yəni əslində Çin tədricən Rusiyanın içərisinə nüfuz edir. Həmdə Rusiyanı maliyyə asılılığınada salmaqdadır. Görünür bunu Amerikada hiss edib. Belə olan təqdirdə, Rusiyanın əvvəlki vəziyyətə qayıtmasını istəyir. ABŞ-ın müttəfiq və düşmənləri ilə bağlı ortaq bir yanaşması var. Yəni ABŞ müttəfiq və düşmənlərinin nə çox güclənməsini, nədə çox zəifləməsini istəmir.

Rusiya indiki məqamda zəifləyib. Ancaq bundan sonra zəifləməsi onun həm Avropada qorxan bir güc olmasının qarşısını alacaq ki, bu Amerikanın Avropa üzərindəki nüfuzunun azalması deməkdir. Digər tərəfdən Rusiyanın Çinlə yaxınlaşması onu daha ciddi bir təhdid halına sala bilər. Mən danışıqların hələlik uğurlu getdiyini düşünmürəm. Yəni Zelenskini nəyəsə məcbur etməyə çalışırlar. Ancaq digər tərəfdən Avopa İttifaqı ölkələridə Zelenskinin arxasındadır və müharibənin davam etməsində maraqlıdırlar.

Bu baxımdan hələlik konkret bir razılaşmanın olduğunu demək çətindir. Hazırda Rusiyanın işğalı davam etməkdədir. Belə bir zamanda tərəflərin danışıqlara getməsi və sülh əldə etmək bir az çətin görünür. Böyük ehtimal 2026-ci ildə də proses davam edəcək. Ən azından danışıqlar masasında daha aktiv bir ssenarinin şahidi ola bilərik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 772   Tarix: 30 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

10,7 milyon avroluq əməliyyatlar: Anatoli Şariyə qarşı iş açıldı

İspaniyada çirkli pulların yuyulması və fırıldaqçılıqda şübhəli bilinən ukraynalı bloqçu Anatoli Şariyə qarşı cinayət işi açılıb. " xəbər verir ki, bu barədə "El Diario" nəşri iş materiallarına istinadən məlumat yayıb. Məlumata görə, Anatoli Şari və həyat yoldaşı 10,7 milyon avro məbləğind

10:30 149
.

Mühafizə olunan duracaqlarla bağlı YENİ QAYDA

Nazirlər Kabineti 6 aprel 199-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə oluna

13:39 96
.

Medvedev Ermənistanın gələcəyi ilə bağlı xəbərdarlıq edib

Ermənistanın hazırkı rəhbərliyinin siyasi istiqamətini dəyişmək niyyəti ölkənin "yeni Ukrayna"ya çevrilməsi təhlükəsi yaradır. " xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İranın dövlət televiziyasına müsahibəsində bildirib. Medvedev bu kontekstd

10:47 154
.

"Sabah" Çexiya klubunun azarkeşləri üçün 3 700-ə yaxın bilet ayırıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq "Sabah" - "Slaviya" (Çexiya) oyunu ilə bağlı qonaq azarkeşlərə 3 675 yer ayrılıb. "Report" xəbər verir ki, bu barədə Praqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Həmçinin stadiona maksimum A4 ölçüsünd

05.10.2026 256
.

Ərzurum Koridorun harasındadır?

Zəngəzur dəhlizi ilə Qars-Iğdır-Dilucu xətti bölgənin ticarət xəritəsini dəyişdirərkən Ərzurumun qarşısındakı əsas məsələ bu hərəkətliliyin iqtisadi dəyərə çevrilməsini təmin etməkdir. Bir şəhərin taleyini bəzən sahib olduğu resurslar deyil, coğrafiyasından necə istifadə etməsi müəyyənləşdirir. Ərzuru

11:10 151
.

Müəllim əvəzolunmazdırsa, niyə süni intellektdən qorxuruq?

"Elm və təhsil naziri Emin Əmrullayevin "Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri ilk baxışdan rahatladıcı səslənir. Amma təhsildə baş verən dəyişikliklərə bir qədər diqqətlə baxanda başqa bir sual yaranır: süni intellekt müəllimi əvəz etməyəcəksə, bəs nəy

11:57 130
.

Eyni kalorili iki yemək orqanizmə eyni təsir etmir - ARAŞDIRMA

Eyni kaloriyə və oxşar qida tərkibinə malik iki yemək orqanizmdə fərqli metabolik reaksiyalara səbəb ola bilər. BİG.AZ xəbər verir ki, ABŞ-nin Virginia Tech Universitetinin alimləri tərəfindən aparılan və "Nature Metabolism" jurnalında dərc olunan yeni araşdırmada qidanın emal səviyyəsini

12:33 124
.

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - Fotolar-Yenilənib

Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. *. Əvvəlcə dövlət başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhmə

05.10.2026 457
.

Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?

Tarixin ən böyük avtomobil tıxacı tam 12 gün davam edib və təxminən 100 kilometr məsafəyə uzanıb. Hadisə o qədər qeyri-adi olub ki, dünya mediasının manşetlərinə çıxıb. Qaynarinfo "Supercar Blondie" nəşrinə istinadən xəbər verir ki, tıxac 2010-cu ildə Çində yaranıb. Bu ölkədə avtomobil tıxaclar

05.10.2026 411
.