Azyaşlılara qarşı cinsi zorakılıq: toplumun acı reallığı - PSİXOLOQDAN AÇIQLAMA
Azyaşlı uşaqların cinsi zorakılığa məruz qalması cəmiyyətdə narahatlıq doğuran ciddi problemdir. Son dövrlərdə bu kimi hallar gündəmə daha çox çıxır və valideynlər, müəllimlər, həmçinin dövlət qurumları üçün xəbərdarlıq rolunu oynayır. Təəssüf ki, uşaqların qorunmasında boşluqlar hələ də qalır və bəzi hallarda onların hüquqlarının təmin olunması yetərincə diqqətə alınmır. Bu problem yalnız fiziki təhlükə deyil, uşaqların psixoloji sağlamlığına da uzunmüddətli təsir göstərir.
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, bu vəziyyətdə uşağın danışmasından çox valideynin dinləmə qabiliyyətindən asılıdır. Onun sözlərinə görə, adətən valideynlərin dinləmə qabiliyyəti olmadığından, baş verən hər hansısa hadisədə uşağı danlamağa, günahkar çıxarmağa çalışırlar, belə olduğu təqdirdə uşağın başına ciddi hadisə gəldikdə, artıq valideynə danışmağa çəkinir: "Çünki uşaq əgər kiçik bir səhvdə çox danlanıbsa, cinsi təcavüz, cinsi istismar hallarında daha ağır cəza alacağını düşünür. Valideynin gözündə çox zaman uşaq etdiyi səhvlərə görə günahkardır. Bu kimi hadisələrdə də, uşaq elə zənn edir ki, o nə isə səhv edib, ona görə başına bu iş gəlib və valideynlə açıq ola bilmir. Ehtimal olur ki, eyni hadisələri təkrar yaşayır.
Uşaq cəzasız və şərtsiz böyüdüyü ailədə rahat açıla bilir. "Niyə demədin, niyə getdin, kimdən icazə almışdın, bu gündən sonra birdə eşitsəm məndən incimə" kimi sözlər tərbiyə metodu deyil. Uşağa qarşı şantajdır. Ümumiyyətlə, erkən yaşlardan uşağa bədən sərhədləri öyrədilməlidir. "Bu sənin bədənindir, ona heç kim toxuna bilməz. Hətta yaxın insanlar da. Yalnız gənc yaşına çatanda bu sənin öz istəyinlə ola bilər. Xoşuna gəlməyən toxunuşa yox deməlisən. Səni narahat edən sirr varsa, onu deməlisən". Çünki cinsi istismar halları 80-90% yaxın adamlar tərəfindən baş verir. Evə qonaq gələn insanların ümumiyyətlə uşaqlarla öpüşüb görüşməsi ən yanlış davranışdır.
Bu hal aradan qaldırılmalıdır. Ələxsüs, qonşuya, qohuma uşaq tapşırıb iş dalıyca getmək halları da, yanlışdır. Azyaşlı uşaqlara dolayı yolla hekayələr, işarələr, oyunlarla başa salınmalıdır. Önəmli plan valideynin reaksiyasıdır. Ümumiyyətlə, valideyn uşağın səhvlərinə də, çox təmkinli davranmalıdır. Çünki hər bir reaksiya, gələcəkdə baş verə biləcək ciddi hadisədən bixəbər olmasına zəmin yaradacaq. Valideyn anlamalıdır ki, insan səhvlərlə adam olur. Ona görə də, izahlı, savadlı, təmkinli və dinləyici olmalıdır. Valideyn reaksiyası həlledicidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 754 Tarix: 30 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş10,7 milyon avroluq əməliyyatlar: Anatoli Şariyə qarşı iş açıldı
İspaniyada çirkli pulların yuyulması və fırıldaqçılıqda şübhəli bilinən ukraynalı bloqçu Anatoli Şariyə qarşı cinayət işi açılıb. " xəbər verir ki, bu barədə "El Diario" nəşri iş materiallarına istinadən məlumat yayıb. Məlumata görə, Anatoli Şari və həyat yoldaşı 10,7 milyon avro məbləğind
10:30 149 Mühafizə olunan duracaqlarla bağlı YENİ QAYDA
Nazirlər Kabineti 6 aprel 199-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə oluna
13:39 96 Medvedev Ermənistanın gələcəyi ilə bağlı xəbərdarlıq edib
Ermənistanın hazırkı rəhbərliyinin siyasi istiqamətini dəyişmək niyyəti ölkənin "yeni Ukrayna"ya çevrilməsi təhlükəsi yaradır. " xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İranın dövlət televiziyasına müsahibəsində bildirib. Medvedev bu kontekstd
10:47 154 "Sabah" Çexiya klubunun azarkeşləri üçün 3 700-ə yaxın bilet ayırıb
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq "Sabah" - "Slaviya" (Çexiya) oyunu ilə bağlı qonaq azarkeşlərə 3 675 yer ayrılıb. "Report" xəbər verir ki, bu barədə Praqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Həmçinin stadiona maksimum A4 ölçüsünd
05.10.2026 256 Ərzurum Koridorun harasındadır?
Zəngəzur dəhlizi ilə Qars-Iğdır-Dilucu xətti bölgənin ticarət xəritəsini dəyişdirərkən Ərzurumun qarşısındakı əsas məsələ bu hərəkətliliyin iqtisadi dəyərə çevrilməsini təmin etməkdir. Bir şəhərin taleyini bəzən sahib olduğu resurslar deyil, coğrafiyasından necə istifadə etməsi müəyyənləşdirir. Ərzuru
11:10 151 Müəllim əvəzolunmazdırsa, niyə süni intellektdən qorxuruq?
"Elm və təhsil naziri Emin Əmrullayevin "Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri ilk baxışdan rahatladıcı səslənir. Amma təhsildə baş verən dəyişikliklərə bir qədər diqqətlə baxanda başqa bir sual yaranır: süni intellekt müəllimi əvəz etməyəcəksə, bəs nəy
11:57 130 Eyni kalorili iki yemək orqanizmə eyni təsir etmir - ARAŞDIRMA
Eyni kaloriyə və oxşar qida tərkibinə malik iki yemək orqanizmdə fərqli metabolik reaksiyalara səbəb ola bilər. BİG.AZ xəbər verir ki, ABŞ-nin Virginia Tech Universitetinin alimləri tərəfindən aparılan və "Nature Metabolism" jurnalında dərc olunan yeni araşdırmada qidanın emal səviyyəsini
12:33 124 Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - Fotolar-Yenilənib
Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. *. Əvvəlcə dövlət başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhmə
05.10.2026 457 Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?
Tarixin ən böyük avtomobil tıxacı tam 12 gün davam edib və təxminən 100 kilometr məsafəyə uzanıb. Hadisə o qədər qeyri-adi olub ki, dünya mediasının manşetlərinə çıxıb. Qaynarinfo "Supercar Blondie" nəşrinə istinadən xəbər verir ki, tıxac 2010-cu ildə Çində yaranıb. Bu ölkədə avtomobil tıxaclar
05.10.2026 411