Prezident Fərman imzaladı - Yeni qurum yaradıldı

Prezident Fərman imzaladı - Yeni qurum yaradıldıMaliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb.

"Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanında əksini tapıb.

Fərmana əsasən, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi haqqında Əsasnamə" təsdiq edilib.

Müəyyən edilib ki, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirən və icra göstəricilərini təhlil edən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olan qurumdur.

Nazirlər Kabineti bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi işçilərinin say həddini müəyyən etməli, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin maddi-texniki təminatı məsələlərinin həlli və saxlanılma xərclərinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 145   Tarix: 30 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ Venesuelaya hücum etdi: Karib dənizində gərginliyi artıracaq hücum

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) dekabrın əvvəlində Venesuelanın materik hissəsindəki bir obyektə hava hücumu həyata keçirdiyi məlum olub. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, bu hücum, ABŞ-ın Venesuela ərazisini birbaşa hədəf aldığı ilk hadisə idi. ABŞ prezidenti Donald Trampı

11:43 202
.

Alimlərdən yaşlanmaya qarşı ÜMİDVERİCİ KƏŞF

Kioto Universitetinin alimləri yaşlanma prosesinin ləngiməsi ilə bağlı mühüm elmi nəticə əldə ediblər. xəbər verir ki, yeni araşdırmalara görə, xəstəliklər fonunda yaranan qocalmış hüceyrələrin enerji mübadiləsinə təsir etməklə orqanizmdə yaşlanmanın qarşısını qismən almaq mümkün ola bilər. Araşdırmanı

17:15 85
.

Bu gün Azərbaycanda qısa iş günüdür

Bu gün Azərbaycanda qısa iş günüdür. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinin 108-ci maddəsində öz əksini tapıb. Belə ki, sabahdan ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunacaq. Qanunvericiliyə görə, iş günü hesab edilməyən bayramqabağı günlərd

11:14 254
.

Sevinc Osmanqızının məhkəmə istintaqı başladı

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Sevinc Mirzəyeva (Osmanqızı), Abid Qafarov, Beydulla Manafovun məhkəməsi başlayıb. -ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən ilk prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilərək cinayə

17:04 106
.

Atalar övladının doğulması zamanı 14 gün ödənişli məzuniyyət ala biləcək

"Əmək məcəlləsinə edilən dəyişikliklər əsasən atalıq məzuniyyətinə aiddir. Analıq məzuniyyəti olduğu halda, ataların da bu hüquqdan kənarda qalmaması və qonşu ölkələrin təcrübəsi qanunvericiliyə dəyişiklik edilməsini zəruri edib". Bunu BİG.AZ-a açıqlamasında vəkil Ramil Süleymanov bildirib

14:21 182
.

Azərbaycanda 9 nəfər partlayışda, 32 nəfər isə yanğınlarda ölüb

2025-ci ilin 9 ayı ərzində Azərbaycanda 1198 yanğın hadisəsi olub. xəbər verir ki, bu barədə FHN-in məlumatında deyilir. Həmin yanğınlar nəticəsində 32 nəfər həlak olub, 132 nəfər xəsarət alıb. Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 3 nəfər və ya 2%, xəsarət alanlar üzrə 30 nəfər v

18:30 1
.

Bu ərazidə hərəkət MƏHDUDLAŞDIRILACAQ

Yanvarın 2-də, saat 10:00-dan Bakının Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçələrinin kəsişməsindən Heydər Əliyev prospektinin başlanğıcına qədərki hissədə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlə

12:42 168
.

Səudiyyə və BƏƏ arasında səssiz rəqabət Yəməndə üzə çıxdı

"Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya rəsmi icazə olmadan Birləşmiş Ərəb Əmirliklərindən Yəmənin Əl-Mukalla limanına gedən iki gəmiyə hava zərbəsi endirib. Hadisə koalisiya daxilində uzun müddətdir mövcud olan fikir ayrılıqlarını açıq şəkildə ortaya çıxarıb". Bunu -a açıqlamasınd

15:50 131
.

Artıq azərbaycanlılar bu ölkəyə vizasız gedə bilməyəcəklər

Monteneqro hakimiyyəti Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq edib. Qərar qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə qəbul olunub. Axşam.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən Modern-ə verilən məlumata görə, uzun müddət idi ki, Monteneqro birtərəfli qaydada həmin ölkəyə səfə

10:43 211
.

TOP MP3