Əməkdar artistin istəyi gerçəkləşdi: Biləcəridə xüsusi aptek açıldı

Əməkdar artistin istəyi gerçəkləşdi: Biləcəridə xüsusi aptek açıldıNövbəyə durmamaq üçün dövlətin pulsuz təyin etdiyi dərmanları 80 manata alan Əməkdar artist Rəhman Rəhmanovun istəyi yerinə yetirilib.

Aktyor Qaynarinfo-ya açıqlamasında Biləcəridə şəkər xəstələri üçün aptek açıldığını bildirib:

"Biləcərinin mərkəzində aptek istifadəyə verilib. Biləcəridə yaşayan 2500 şəkər xəstəsi məsələ qaldırmışdıq ki, dərman almaq üçün 9-cu mikrorayona gedirik. Əziyyət çəkirdik, saatlarla növbədə dayanırdıq, sonra məlum olurdu ki, dərman yoxdur. Yaşlı və xəstə adamlar əziyyət çəkirdi. Sağ olsunlar, biz mətbuat vasitəsi ilə məsələni qaldırdıq, Səhiyyə Nazirliyi, Bakı Sağlamlıq Mərkəzi də eşitdilər və Biləcəridə şəkər xəstələri üçün aptek açdılar".

Rəhman Rəhmanov hazırda 2500 şəkər xəstəsinin oradan dərman aldığını vurğulayıb:

"Səhv etmirəmsə, Binəqədidən də gələn xəstələr var. Sağ olsunlar, bu gün həmin aptekdən dərman alan bütün şəkər xəstələri canıma dua oxuyur".

Xatırladaq ki, Əməkdar artist Rəhman Rəhmanov şəkər xəstəliyindən əziyyət çəkir. Bir müddət öncə aktyor səhhəti ilə əlaqədar növbəyə durmamaq üçün dövlətin pulsuz təyin etdiyi dərmanları 80 manata aldığını açıqlamışdı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 846   Tarix: 30 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim..." - Video

Vətən müharibəsi şəhidi Elçin Mirzəyevin həyat yoldaşı Günel Mirzəyeva ASAN TV-yə müsahibə verib. "Qafqazinfo" xəbər verir ki, övladlarından, onların gələcək planlarından danışan Günel Mirzəyeva şəhidlə bağlı xatirələrini də bölüşüb. Kosmetoloq kimi fəaliyyət göstərən Günel Mirzəyeva bildiri

12:34 438
.

Qızılın ucuzlaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,49% azalaraq 4 137 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-c

20:45 117
.

Balakən sakinini sel apardı

Balakəndə 43 yaşlı kişini sel aparıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Katex kənd sakini 1983-cü il təvəllüdlü Aslan Ramazanoviç Rzayev Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb. Hazırda onun axtarışları davam etdirilir

17:25 257
.

Niyə soyuducunuza çoxlu maqnit asmamalısınız?

Soyuducunun üzərinə yapışdırılan maqnitlər uzun illərdir mətbəxin ayrılmaz hissəsinə çevrilib. Kimisi onları səyahətlərdən xatirə kimi gətirir, kimisi isə qeydləri, alış-veriş siyahısını və ya uşaqların rəsmlərini bərkitmək üçün istifadə edir. Lakin mütəxəssislər bildirirlər ki, həddindən artıq çox maqni

18:45 164
.

"Reuters": Tramp NATO liderləri ilə qapalı görüşlərdə ABŞ-ı ittifaqda saxlamaq istədiyini deyib

ABŞ prezidenti Donald Tramp Ankarada NATO ölkələrinin liderləri ilə görüşdə onlara ABŞ-ı hərbi blokda saxlamaq niyyətində olduğunu deyib. Bu barədə görüşlərdən məlumatlı mənbə "Reuters"ə danışıb. Mənbənin sözlərinə görə, Tramp qapalı görüşlərdə ABŞ-ın NATO-ya silah satmağa davam etməyə hazı

21:15 112
.

Restoran müdirinin Niyama hədiyyə etdiyi ev saxta çıxdı

Müğənni Niyam Salami maraqlı etirafı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə Xəzər TV-yə açıqlamasında danışıb. O bildirib ki, ona ev hədiyyə edilsə də, sonradan bunun həqiqətə uyğun olmadığı üzə çıxıb:. "Bir adam mənə hədiyyə olaraq ev verdi. Sənədlərə də qol çəkdirdilər. Sonr

15:02 333
.

Tramp: "Putin Ukrayna ilə danışıqların Moskvada keçirilməsini istəyir" - VİDEO

ABŞ Prezidenti Donald Tramp özü ilə Rusiya Prezidenti Vladimir Putinin Rusiya və Ukrayna liderlərinin mümkün görüşünü müzakirə etdiklərini bildirib. xəbər verir ki, bu barədə "Caliber" "Clash Report"a istinadən məlumat yayıb. Tramp görüşün gələcəkdə baş tutacağına əmin olduğunu qey

21:17 111
.

Ermənistan müxalifət lideri həbsdə saxlanıldı

Yerevan Ümumi Yurisdiksiya Məhkəməsi müxalifətdə olan "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qaqik Tsarukyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. xəbər verir ki, bu barədə TASS agentliyinə onun vəkili Yerem Sarkisyan məlumat verib. "Məhkəmə iki aylıq həbs qətimkan tədbir

11:26 199
.

Mütəxəssisdən yay xəbərdarlığı: Bu dondurmalar ciddi risk yaradır

"Yay mövsümündə dondurmaya tələbat əhəmiyyətli dərəcədə artır. Satışda olan dondurmaların ötən ildən qalıb-qalmadığını və sağlamlıq üçün risk yaradıb-yaratmadığını müəyyən etmək üçün məhsulun fiziki-orqanoleptik göstəricilərinə, etiket məlumatlarına və soyuq zəncirin qorunmasına diqqət yetirmə

14:24 256
.

TOP MP3