Azərbaycanda tonlarla yanacağı mənimsəyən vəzifəli şəxs HƏBS EDİLDİ
"Azərbaycan Dəmir Yolları" QSC-də Yanacaq və Enerji Resurslarının İdarə Edilməsi Departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və ADY-nin İnfrastruktur Departamentinin Qatarların İdarə Edilməsi Xidmətinin İmişli lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti Famil Soltanov həbs ediliblər.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar lokomotivlərin hərəkəti üçün ayrılmış tonlarla dizel yanacağı və yağı mənimsəyib satmaqda təqsirli biliniblər.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, rəsmi sənədlərə lokomotivlərin faktiki hərəkət etməməsinə və kifayət qədər yanacaq olmasına baxmayaraq, guya əlavə marşrutlar yerinə yetirilmiş kimi yalan məlumatlar daxil edilib. Həmin saxta sənədlər əsasında böyük həcmdə dizel yanacağı və yağ götürülərək satılıb, əldə olunan pul isə təqsirləndirilən şəxslər arasında bölünüb.
Müttəhimlərin qanunsuz əməlləri nəticəsində dövlət qurumuna 107 000 manat ziyan dəyib. İbtidai və məhkəmə istintaqı vaxtı 58 yaşlı E.Sadıqov və 34 yaşlı F.Soltanov azadlıqda olublar. Onlara dəymiş ziyanı ödəmələri üçün şərait yaradılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılan işdə müttəhimlər özlərini təqsirli biliblər. Eldəniz Sadıqov əlavə olaraq 70 ton dizel yanacağını mənimsədiyini etiraf edib, əməlindən utanc hissi keçirdiyini deyib.
Esmira Məmmədovanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda ittihamları tam sübuta yetirilmiş hesab edib. Hakimlər belə qənaətə gəliblər ki, dəymiş ziyan tam ödənilmədiyindən təqsirləndirilən şəxslərin azadlıqda qalması mümkünsüzdür.
Hökmə əsasən, Eldəniz Sadıqov altı il, Famil Soltanov isə beş il altı ay müddətinə azadlıqdan məhrum edilib. Onların hər ikisi məhkəmə zalında həbs olunub.
Bundan əlavə, dəymiş ziyanın qalan hissəsi - 31 837 manat təqsirləndirilən şəxslərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 926 Tarix: 02 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi
Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca
05.10.2026 342 10,7 milyon avroluq əməliyyatlar: Anatoli Şariyə qarşı iş açıldı
İspaniyada çirkli pulların yuyulması və fırıldaqçılıqda şübhəli bilinən ukraynalı bloqçu Anatoli Şariyə qarşı cinayət işi açılıb. " xəbər verir ki, bu barədə "El Diario" nəşri iş materiallarına istinadən məlumat yayıb. Məlumata görə, Anatoli Şari və həyat yoldaşı 10,7 milyon avro məbləğind
10:30 113 Övladlığagötürmə ilə bağlı qaydalarda dəyişiklik - Prezident Fərman imzaladı
"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"na dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Preziden
05.10.2026 201 Alplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib
İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin
05.10.2026 304 İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb
05.10.2026 312 Dərman istehsalının Azərbaycanda qurulması qiymətlərə necə təsir göstərəcək?
"Azərbaycanda dərman istehsalının yaradılması dərman qiymətlərinin aşağı düşməsinə real təsir göstərə bilər. Lakin bu, bütün dərmanların avtomatik olaraq ucuzlaşacağı anlamına gəlmir". Bunu BİG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. O, qeyd edib ki
11:42 1 Sentyabrda metrodan 14 milyondan çox sərnişin istifadə edib
Sentyabrda sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər. Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən "Xocəsən" və "Avtovağzal" stansiyalarından ay sonuna qədər ümumilikd
05.10.2026 296 Hidayət Heydərov DÇ-də mübarizəyə başlayır
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın üçüncü günündə iki çəki dərəcəsində 3 cüdoçumuz mübarizəyə qoşulacaq. Qadınlar -57 kq. 1/32 final Xədicə Qədəşova - Janar Joldosyeva. Kişilə
11:16 70 Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan
Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd
05.10.2026 231