Məktəblər bağlana, dərslər təxirə salına bilər - "Hazırda..."

Məktəblər bağlana, dərslər təxirə salına bilər - "Hazırda..."Qarlı və şaxtalı hava şəraitinin hökm sürdüyü günlərdə valideynləri və şagirdləri ən çox narahat edən məsələlərdən biri də məktəblərdə dərslərin taleyidir.

Yolların buz bağlaması fonunda dərslərin gec başlanması və ya təxirə salınması mümkün ola bilərmi?

Mövzu ilə bağlı konkret.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hazırkı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı yüksək deyil və bu səbəbdən dərslərin gec başlanmasına və ya təxirə salınmasına ehtiyac yoxdur.

Onun sözlərinə görə, yalnız ciddi qar yağışı və ya yolların buz bağlaması halında Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq qərar qəbul olunur:

"Belə vəziyyətlərdə dərslərin gec başlanması, təxirə salınması və ya başqa tarixlə əvəzlənməsi zərurəti yarana bilər. Hazırda isə hava şəraiti buna əsas vermir".

Ekspert qeyd edib ki, kəskin şaxta və buzlu hava şəraitində şagirdlərin və müəllimlərin sürüşmə riski artır, bu da insan həyatı üçün təhlükə yarada bilər. Məhz bu səbəbdən hər il olduğu kimi, bu il də hava şəraiti kəskinləşərsə, müvafiq tədbirlərin görülməsi qaçılmazdır.

Ramin Nurəliyev vurğulayıb ki, ehtiyac yaranacağı təqdirdə məktəblərin 3-4 gün müddətinə tətilə buraxılması, dərslərin 1-2 saat gec başlanması və ya müəyyən dərslərin ləğv edilməsi mümkündür.

"Xüsusilə, dağ kəndlərində yollar buz bağlayarsa və gediş-gəliş mümkün olmazsa, həmin ərazilərdə tədris prosesinin dayandırılması mütləq həyata keçirilməlidir", - deyə o, əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1087   Tarix: 03 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

05.10.2026 342
.

10,7 milyon avroluq əməliyyatlar: Anatoli Şariyə qarşı iş açıldı

İspaniyada çirkli pulların yuyulması və fırıldaqçılıqda şübhəli bilinən ukraynalı bloqçu Anatoli Şariyə qarşı cinayət işi açılıb. " xəbər verir ki, bu barədə "El Diario" nəşri iş materiallarına istinadən məlumat yayıb. Məlumata görə, Anatoli Şari və həyat yoldaşı 10,7 milyon avro məbləğind

10:30 113
.

Övladlığagötürmə ilə bağlı qaydalarda dəyişiklik - Prezident Fərman imzaladı

"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"na dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Preziden

05.10.2026 201
.

Alplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib

İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin

05.10.2026 304
.

İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb

05.10.2026 312
.

Dərman istehsalının Azərbaycanda qurulması qiymətlərə necə təsir göstərəcək?

"Azərbaycanda dərman istehsalının yaradılması dərman qiymətlərinin aşağı düşməsinə real təsir göstərə bilər. Lakin bu, bütün dərmanların avtomatik olaraq ucuzlaşacağı anlamına gəlmir". Bunu BİG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. O, qeyd edib ki

11:42 1
.

Sentyabrda metrodan 14 milyondan çox sərnişin istifadə edib

Sentyabrda sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər. Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən "Xocəsən" və "Avtovağzal" stansiyalarından ay sonuna qədər ümumilikd

05.10.2026 296
.

Hidayət Heydərov DÇ-də mübarizəyə başlayır

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın üçüncü günündə iki çəki dərəcəsində 3 cüdoçumuz mübarizəyə qoşulacaq. Qadınlar -57 kq. 1/32 final Xədicə Qədəşova - Janar Joldosyeva. Kişilə

11:16 70
.

Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan

Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd

05.10.2026 231
.