Molla rejimi daxili problemlərlə məşğul olmaq əvəzinə Azərbaycan əleyhinə qərəzli yazılar yayımlayır

Molla rejimi daxili problemlərlə məşğul olmaq əvəzinə Azərbaycan əleyhinə qərəzli yazılar yayımlayırİranda son vaxtlar su böhranı və ağır iqtisadi durum ölkə əhalisi üçün ciddi problemlər yaradıb. İnsanlar gündəlik həyat şəraitinin pisləşməsindən əziyyət çəkir, inflyasiya və işsizlik səviyyəsi isə getdikcə artır. Buna baxmayaraq, ölkə rəhbərliyi və molla rejimi daxili problemlərlə məşğul olmaq əvəzinə Azərbaycanı hədəf seçərək qərəzli yazılar və açıqlamalar yayımlayır. İran mediasında Azərbaycan əleyhinə çıxan yazılar sistemli şəkildə hazırlanır, qərəzli məzmunla ölkəmizin regional siyasəti təhrif edilir. Bununla yanaşı, dövlətə bağlı kanallar və portallar Azərbaycanın İsraillə strateji əməkdaşlığını da manipulyativ şəkildə təqdim edir, Bakı‑Tel‑Əviv əlaqələrini İran təhlükəsizliyinə "təhlükə" kimi qələmə verir.

Eyni vaxtda, ölkə daxilində etiraz aksiyaları da genişlənib. Son etirazlarda 46 nəfər ölüb, küçələrə çıxan insanlar "Xamneyiyə ölüm", "Azadlıq" şüarları səsləndirib. Təhlükəsizlik qüvvələri aksiyaları silahlı müdaxilə ilə dağıdıb, snayperlərlə dinc əhali və etirazçılar hədəf alınıb. Belə vəziyyət göstərir ki, İran rejimi daxili problemləri həll etmək əvəzinə, regional qonşulara qarşı təxribat və media kampaniyası aparmaqla diqqəti yayındırmağa çalışır. Azərbaycanın suveren siyasəti və beynəlxalq əlaqələri isə dəyişməz olaraq davam edir.
Molla rejimi daxili problemlərlə məşğul olmaq əvəzinə Azərbaycan əleyhinə qərəzli yazılar yayımlayırMövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, son dövrlər İran mediasında, xüsusilə də "Səhər" beynəlxalq telekanalında Azərbaycana qarşı müşahidə olunan hücumlar təsadüfi xarakter daşımır və bir neçə paralel amilin üst-üstə düşməsi ilə izah olunmalıdır. Onun sözlərinə görə, birinci növbədə, media aspektindən baxsaq, burada klassik ideoloji yönümlü və sifarişli informasiya siyasəti ilə üz-üzəyik: "İran mediasının mühüm bir hissəsi dövlətin rəsmi və qeyri-rəsmi siyasi xəttinin təbliğat aləti funksiyasını yerinə yetirir. Bu baxımdan, Azərbaycanın İsrail ilə münasibətləri məqsədli şəkildə şişirdilərək, regiondaxili auditoriya üçün "təhlükə obrazı" yaradılır. Halbuki Azərbaycan-İsrail münasibətləri suveren dövlətlər arasında qarşılıqlı maraqlara əsaslanan, açıq və legitim əməkdaşlıqdır və bu əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib.

İkinci mühüm məqam siyasi kontekstdir. Azərbaycan son illərdə yalnız regionda deyil, beynəlxalq müstəvidə də müstəqil, prinsipial və uğurlu xarici siyasət modeli ilə çıxış edir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, COP29 kimi qlobal tədbirlərə ev sahibliyi, eləcə də postmünaqişə dövründə həyata keçirilən bərpa-quruculuq işləri ölkəmizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu artan nüfuz isə bəzi regional gücləri narahat etməyə bilməz.

Burada xüsusilə bir həssas məqam var ki, o da Cənubi Azərbaycan faktorudur. Azərbaycan bu gün təkcə uğurlu dövlət modeli kimi deyil, eyni zamanda cənubda yaşayan milyonlarla soydaşımız üçün sosial, mədəni və iqtisadi baxımdan cazibə mərkəzinə çevrilib. Onların ana dilinə, kimliyinə, mədəni haqlarına qoyulan məhdudiyyətlər fonunda Şimalda - müstəqil Azərbaycanda formalaşan inkişaf, azadlıq və milli özünüdərk mühiti təbii olaraq müqayisə yaradır. Bu müqayisə isə İranın rəsmi dairələri üçün ciddi ideoloji narahatlıq mənbəyidir.

Məhz bu səbəbdən Azərbaycan-İsrail münasibətləri əslində bəhanə rolunu oynayır. Əsas hədəf isə Azərbaycanın güclənən dövlətçilik modeli, artan beynəlxalq çəkisi və regional təsir imkanlarıdır. Media hücumları ilə məqsəd həm daxili auditoriyanı yönləndirmək, həm də Azərbaycan haqqında mənfi rəy formalaşdırmaqdır.

Bütün bunları ümumiləşdirsək, demək olar ki, bu tip informasiya hücumları Azərbaycanın zəiflədiyini yox, əksinə, gücləndiyini və real regional aktora çevrildiyini göstərir. Güclü dövlətlərə qarşı informasiya müharibəsi aparılır, zəiflər isə hədəf seçilmir. Azərbaycan bu mərhələni artıq keçib".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 930   Tarix: 05 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ramil Usubovun ailəsində - Ağır itki

Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. "Qafqazinfo" "ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb

05.10.2026 308
.

Sabah yağış yağacaq

Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şər

05.10.2026 190
.

Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv

05.10.2026 231
.

Rusiyada taun xəstəliyi yayılır?

Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2

05.10.2026 237
.

Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?

Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən

05.10.2026 159
.

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - Fotolar-Yenilənib

Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. *. Əvvəlcə dövlət başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhmə

05.10.2026 352
.

Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

05.10.2026 235
.

Övladlığagötürmə ilə bağlı qaydalarda dəyişiklik - Prezident Fərman imzaladı

"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"na dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Preziden

05.10.2026 183
.

İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb

05.10.2026 186
.