Dərman qıtlığı: Qərb məhsulları yoxa çıxır, Türkiyə alternativ kimi təqdim olunur - SOSİOLOQDAN AÇIQLAMA

Dərman qıtlığı: Qərb məhsulları yoxa çıxır, Türkiyə alternativ kimi təqdim olunur - SOSİOLOQDAN AÇIQLAMASon vaxtlar apteklərdə Qərb ölkələri istehsalı olan dərman brendlərinə məxsus dərman vasitələri yoxa çıxarılır və onların yerinə Türkiyə istehsalı olan dərmanlar ölkəyə gətirilir. Təbiiki Qərb ölkələri istehsalı olan dərmanların keyfiyyəti ilə Türkiyə istehsalı olan dərmanların keyfiyyəti müqayisə belə oluna bilməz. Məsələn: Bateriyalara qarşı Böyük Britaniyanın GSK dərman brendinə məxsus "Zinnat" tabletkası illərdir ölkədən yığışdırılıb. Onun yerinə Türkiyənin Nobel İlaç dərman şirkətinə məxsus "Meqaçet" dərmanı satılır. Vitaminlər və imunitet gücləndirici vasitələr, eyni zamanda reseptlə buraxılan dərmanların hamısında eyni vəziyyətdir.
Dərman qıtlığı: Qərb məhsulları yoxa çıxır, Türkiyə alternativ kimi təqdim olunur - SOSİOLOQDAN AÇIQLAMAMövzu ilə sosioloq Naib Niftəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, bu hal inhisarçı bir davranışın təzahürüdür. Onun sözlərinə görə, qiyməti daha ucuz və keyfiyyəti yüksək Qərb ölkələrinə məxsus dərmanların ölkəyə gətirilməsinin əngəllənməsi yolverilməzdir: "Bu şərtlər daxilində əhalinin təbiiki dərman satışından narazılığı başadüşüləndir. Səhiyyə Nazirliyinin üzərinə böyük məsuliyyət düşür ki, əhalinin daha ucuz və keyfiiyyətli dərman vasitəsi ilə təmin etmək borcudur. Məhdudlaşdırma sosial təhlükəsizliyə, iqtisadi təhlükəsizliyə, həmdə vətəndaş hüquqlarına zidd olan bir addımdır. Bunu edən dərman şirkətləri və yaxudda inhisarçı qruplar təbiiki dövlət, cəmiyyət və qanun qarşısında məsuliyyət daşıyırlar. Yəni bu artıq birbaşa cinayyət məsuliyyəti yaradan əməllərin bir formasıdır.

Yəni öz mövqeyindən istifadə edərək, müəyyən dərmanların satışını məhdudlaşdırmaq və digərini aktivləşdirmək, eyni zamanda heç bir real səbəb olmadan müəyyən dərmanları digər Türkiyə istehsalı olan dərmanlar və əvəzedicilərlə əvəz etmək bu hüquqi cəhətdən qadağan oluna biləcək bir addımdır. Yəni hüquqa zidd addımdır. Dərmnanlar keyfiyyət baxımından ən yüksək keyfiyyətə malik olmalıdır Çünki keyfiyyətsiz dərmanlar vətəndaşların sağlamlığına ziyan vurur. Qərb ölkələri istehsalı dərmanların yerinə keyfiyyətsiz Türkiyə dərmanlarının satılması istənilən halda insanların sağlamlıq hüququnun məhdudlaşdırılması kimi başa düşülməlidir.

Düşünürəm ki, bu istiqamətdə müəyyən bir tənzimləmə mexanizmi tapılmalıdır və vətəndaşlarında keyfiyyətli dərmanlara əlçatanlığı təmin olunmalıdır. Səhiyyə sisteminin xilası Qərb səhiyyə sisteminə keçiddən keçir. Digər ölkələrdə dərmanlar ölkəmizlə müqayisədə dəfələrlə ucuzdur. Daha baha qiymətə keyfiyyətsiz dərmanların zərərini Azərbaycan vətəndaşı çəkir. Təbiiki bu azrzuolunmazdır və yolverilməzdir. Səhiyyə Nazirliyi bu məsələnin həlli istiqamətində çox ciddi fikirləşməlidir" deyə o bildirib.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, qurum olaraq onlar sadəcə dərmanların sertifikatlaşdırılması ilə məşğul olurlar. Hansı dərmanları ölkəyə gətirmək isə ölkəyə dərman idxal edən şirkətlərin öz qərarıdır. Yəni açıqlamadan belə görünür ki, dərmanların keyfiyyəti və mövcudluğuna cavabdeh olacaq bir dövlət qurumu yoxdur. Vətəndaşların sağlamlığı Allahın ümidinə qalıb...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1540   Tarix: 05 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ramil Usubovun ailəsində - Ağır itki

Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. "Qafqazinfo" "ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb

05.10.2026 308
.

Sabah yağış yağacaq

Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şər

05.10.2026 190
.

Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv

05.10.2026 231
.

Rusiyada taun xəstəliyi yayılır?

Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2

05.10.2026 237
.

Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?

Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən

05.10.2026 159
.

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - Fotolar-Yenilənib

Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. *. Əvvəlcə dövlət başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhmə

05.10.2026 352
.

Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

05.10.2026 235
.

Övladlığagötürmə ilə bağlı qaydalarda dəyişiklik - Prezident Fərman imzaladı

"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"na dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Preziden

05.10.2026 183
.

İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb

05.10.2026 186
.