Bank kartlarını təhlükələrdən qorumaq üçün tövsiyyələr

Bank kartlarını təhlükələrdən qorumaq üçün tövsiyyələr"Kartın fiziki təhlükəsizliyi baxımından PİN kodunuzu heç vaxt kartın üzərində, telefonunuzda və ya başqa yerdə yazmayın. PİN kod yalnız sizə məlum olmalıdır və heç kimə açıqlanmamalıdır. Kartın arxa tərəfindəki CVV kodu, kartın bitmə tarixi və PİN kodu üçüncü şəxslərlə paylaşılmamalıdır. Bu məlumatlardan yalnız etibarlı və təhlükəsiz platformalarda istifadə edin".

Bunu BiG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib.

O, qeyd edib ki, E-poçt və ya SMS vasitəsilə göndərilən, bankınızın adından gəldiyi iddia olunan şübhəli linklərə daxil olmayın. Bu cür mesajlar fişinq (phishing) hücumları ola bilər. Bankın mobil tətbiqində və ya onlayn bankçılıq hesabınızda iki faktorlu autentifikasiyanı (2FA) aktivləşdirmək tövsiyə olunur. Bu sistem hesabınıza giriş zamanı əlavə doğrulama tələb edir və məlumatlarınız oğurlansa belə təhlükəsizliyi artırır:

"Onlayn bankçılıq xidmətlərindən ictimai Wi-Fi şəbəkələrində istifadə etməyin. Həmişə qorunan və etibarlı internet bağlantısı seçin.

Bankomat və POS-terminal təhlükəsizliyi baxımından kartı bankomata daxil etməzdən əvvəl cihazı diqqətlə yoxlayın. Şübhəli əlavə və ya müdaxilə əlamətləri varsa, həmin bankomatdan istifadə etməyin. PİN kodu daxil edərkən klaviaturanı əlinizlə örtün. POS-terminal vasitəsilə ödəniş etdikdə, çekin surətini vəsaitin hesabdan düzgün silindiyinə əmin olana qədər saxlayın.
Bank kartlarını təhlükələrdən qorumaq üçün tövsiyyələrMobil və elektron bankçılıq təhlükəsizliyi üçün bankın mobil tətbiqini yükləyin və SMS bildiriş xidmətini aktiv edin. Bu, hesabınızda baş verən əməliyyatlar barədə dərhal məlumat almağa imkan verəcək. Kart üçün onlayn ödəniş limitləri təyin edərək riskləri azaldın.

Kartınız itdikdə və ya oğurlandıqda dərhal banka və ya 24/7 müştəri xidmətinə müraciət edin və kartı bloklayın. Sizə aid olmayan əməliyyatlarla bağlı bildiriş aldıqda, kartı dərhal bloklayaraq bankı məlumatlandırın.

Tövsiyə olunur ki, onlayn ödənişlərdə virtual kartlardan istifadə edəsiniz. Virtual karta yalnız lazım olan məbləği köçürməklə ödəniş etdikdə, maliyyə riskləri minimuma enir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1187   Tarix: 05 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ramil Usubovun ailəsində - Ağır itki

Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. "Qafqazinfo" "ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb

05.10.2026 308
.

Sabah yağış yağacaq

Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şər

05.10.2026 190
.

Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv

05.10.2026 231
.

Rusiyada taun xəstəliyi yayılır?

Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2

05.10.2026 237
.

Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?

Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən

05.10.2026 159
.

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - Fotolar-Yenilənib

Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. *. Əvvəlcə dövlət başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhmə

05.10.2026 352
.

Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

05.10.2026 235
.

Övladlığagötürmə ilə bağlı qaydalarda dəyişiklik - Prezident Fərman imzaladı

"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"na dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Preziden

05.10.2026 183
.

İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb

05.10.2026 186
.