Məktəblər təhlükəli məkana çevrilir: şagirdlər arasında zorakılıq halları niyə artır? - PSİXOLOQDAN AÇIQLAMA

Məktəblər təhlükəli məkana çevrilir: şagirdlər arasında zorakılıq halları niyə artır? - PSİXOLOQDAN AÇIQLAMASon aylarda orta məktəblərdə baş verən davalar cəmiyyətdə ciddi narahatlıq doğurur. Bir vaxtlar təhlükəsiz məkan sayılan məktəblər indi şagirdlər üçün qorxu və gərginlik mənbəyinə çevrilir. Dərs zamanı yox, fasilələrdə və məktəbdən sonra baş verən bu insidentlər göstərir ki, problem təkcə intizamla bağlı deyil. Yeniyetmələr arasında artan aqressiya, nəzarətsizlik və zorakılığın adi hal alması artıq tək-tək hadisə yox, təhlükəli tendensiyadır. Valideynlər, müəllimlər və cəmiyyət isə haqlı olaraq sual edir: məktəblərdə uşaqlar niyə şiddətə əl atır və bu təhlükənin qarşısı necə alınmalıdır?
Məktəblər təhlükəli məkana çevrilir: şagirdlər arasında zorakılıq halları niyə artır? - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, ümumiyyətlə, mənim subyektiv düşüncəmə görə, Azərbaycanda təhsil və tədris metodikası köklü şəkildə dəyişməlidir. Onun sözlərinə görə, məntiq, riyaziyyat, tarix, informatika, texnologiya, fizika, kimya, biologiya, bədən tərbiyəsi, rəsmxətt, hərbi hazırlıq (əgər hələ bəzi fənnlər davam edirsə), bu kimi fənlər üzrə məhz kişi müəllimlərə üstünlük verilməlidir: "Səbəb: məntiqi-analitik düşüncə, sistemli izah, problem həllinə fokus, abstrakt anlayışları izah etmə bacarığı, emosiyaların idarə olunması kimi, uşaqlara bir sıra şürualtı mesajlar ötürülür. Müəllim yalnız dərs izah edən obraz deyil, həm də duruşu, davranışı və nitqi ilə şagirdi idarə edən, yönəldən fərddir. Necə ki, ailədə ana obrazı uşağın emosiyalarını ifadə etməsində rol oynayır, ata isə uşağın daha özgüvənli, daha cəsarətli, özünü idarə etmə və məntiqi düşünmə bacarıqlarına təsir göstərir, eləcə də təhsildə qadın müəllimlər humanitar fənnlər üzrə daha müsbət nəticələr göstərərək insanı, cəmiyyəti, dili, mədəniyyəti və düşüncəni öyrədən fərdlərdir. Humanitar fənnlər mərkəzində insan və mənalar dayanır. Yəni, bu fənnlər insanı anlamaq üçündür. Digər fənnlər isə dəqiq fənlər olaraq, ümumilikdə təbiəti və sistemi anlamaq üçündür.

Bu gün gender bərabərliyini nəzərə alsaq, düzdür müəllimləri cinsə görə işə almasalar da, amma nədənsə məktəblərdə qadın müəllimləri çoxluq təşkil edir. Bütün müəllimlər sistemli şəkildə işə alınmalıdır. Fənn müəllimi seçilməlidir. Bu cinsə görə olmasa da, təfəkkür tərzinə və metodikasına ciddi yanaşmaq çox vacibdir. Məktəb psixoloqlarına gəlincə isə, Azərbaycan təhsilində bu sahə təssüf ki, lazımsız hesab olunur. Çünki, hər hansı bir məktəb psixoloquna vəzifəsi barədə sual verilsə, vəzifəsinə nələr daxildir bilmir. Məktəb psixoloqun vəzifəsi, hər ay ən az bir dəfə, psixoloji seminarlar təşkil etməli və məktəbdə sağlam mühit qurmaq üçün, psixoloji maarifləndirmə yaratmalıdır. Ayrı- ayrılıqda müəllim, valideynlər və şagirdlər ilə psixoloji seminar proqramları yaratmalı, şikayət və problemləri qeyd etməli, habelə, müəllim və şagirdləri, valideyn və müəllimləri bir araya gətirərək:
. Uşaqlarla düzgün ünsiyyət
. Yeniyetmə dövrünün psixologiyası
. Cəza yoxsa sərhəd?
. Telefon və internet asılılığı
. Çətin davranışlı uşaqlarla iş
. Bullinqin qarşısının alınması
. Özünü tanıma və özünə inam
. Stress və həyəcanla baş etmə
. Ünsiyyət bacarıqları
. Empatiya və hörmət
. Konfliktlərin həlli
və s. kimi məktəb-ailə əməkdaşlığı yaratmalıdır. Psixoloq, müəllim, valideyn, şagird əməkdaşlığı məktəbin məsuliyyət və nəticə üzərində qurulan inkişaf məkanı olduğunu hər kəsə dərk etdirməlidir. Buna görə Təhsil Nazirliyindən başlayaraq, təhsil proqramından tutmuş müəllimlərin hazırlanmasına, məktəb mühitinə və pedaqoji yanaşmalara, təhsil proqramı və dərsliklərə qədər köklü dəyişiklik edilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1336   Tarix: 05 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ramil Usubovun ailəsində - Ağır itki

Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. "Qafqazinfo" "ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb

05.10.2026 308
.

Sabah yağış yağacaq

Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şər

05.10.2026 190
.

Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv

05.10.2026 231
.

Rusiyada taun xəstəliyi yayılır?

Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2

05.10.2026 237
.

Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?

Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən

05.10.2026 159
.

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - Fotolar-Yenilənib

Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. *. Əvvəlcə dövlət başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhmə

05.10.2026 352
.

Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

05.10.2026 235
.

Övladlığagötürmə ilə bağlı qaydalarda dəyişiklik - Prezident Fərman imzaladı

"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"na dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Preziden

05.10.2026 183
.

İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb

05.10.2026 186
.