Lənkəranda oğrular mürəbbə yeyib evi yandırdılar - İDDİA
Lənkəranda iki mərtəbəli evdə yanğın olub.
BiG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə saat 6-7 radələrində Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Şamil Qurbanova məxsus ikimərtəbəli 8 otaqlı evdə başlanan yanğın bir anda ətrafa yayılıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə yanğın söndürülüb. Alovun digər otaqlara keçməsinin qarşısı alınıb.
Ev sahibi bildirib ki, yanğın baş verən zaman 5 nəfər ailə üzvü ilə Bakı şəhərində olub. Yaxınları onlara zəng edərək evlərinin yandığını deyiblər. Bakıdan evlərinə qayıdan ailə evə baxış keçirən zaman evdə bəzi əşyaların olmadığını görüblər. Ev sahibi iddia edir ki, evdən oğurluq olub, hətta oğurluq edənlər mətbəxdə mürəbbə yeyib sonra evə od vurublar. Vaxtında görülən tədbirlər nəticəsində evin tam yanmasının qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, yanvar ayının 6-da Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi, daha sonra həmin ünvanda yanğın hadisəsinin baş verməsi ilə bağlı polisə müraciət daxil olub. Hazırda həmin müraciət üzrə Lənkəran Şəhər Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılır.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.





BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 616 Tarix: 06 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov rayonu Ziya Bünyadov prospektində "Mitsubishi Pajero İO" markalı avtomobil "156 Evakuasiya Xidməti"nin avtomobilinə çırpılıb. Nəticədə, minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdə
10:13 254 Keyfiyyətli kofeni necə tanımaq olar?
Səhər oyanan kimi, iş arasında və ya dostlarla söhbət zamanı bir fincan qəhvə bir çox insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Ancaq mağaza rəflərində onlarla fərqli marka, növ və qiymətdə qəhvə olduğu üçün keyfiyyətli məhsulu seçmək hər zaman asan olmur. Bəzən cəlbedici qablaşdırma v
12:05 175 Mark Rütte: NATO dronlarla mübarizə vasitələrinə 40 milyard dollar ayıracaq
NATO-ya üzv ölkələr qarşıdakı beş ildə pilotsuz uçuş aparatlarından müdafiə sistemlərinin inkişafına 40 milyard dollardan çox vəsait yönəldəcək. "Report" "Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Ankarada keçirilən müdafiə sənayesi forumund
07.07.2026 288 ABŞ silahları Avropada istehsal edilcək - NATO-nun baş katibi
NATO ölkələri ABŞ-ın "Abrams" tankları, "ATACMS" raketləri və "Stinger" daşınan zenit-raket kompleksləri daxil olmaqla, bir sıra strateji silah sistemlərini birbaşa Avropada istehsal etməyə başlayacaq. Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütt
07.07.2026 287 Sabah 35 dərəcə isti olacaq
Azərbaycanda iyulun 9-da 35 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
13:42 143 Avropa Birliyi aviasiya agentliyi 31 avqusta qədər İran və İraq hava məkanından istifadə etməməyi tövsiyə edib
Avropa Birliyi Aviasiya Təhlükəsizliyi Agentliyi çərşənbə günü bildirib ki, davam edən gərginlik və gələcək hərbi əməliyyatlar potensialı fonunda aviaşirkətlər İran və İraqın hava məkanında fəaliyyət göstərməməlidir. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, EASA İran və İraqın hava məkanlar
14:13 124 Restoran müdirinin Niyama hədiyyə etdiyi ev saxta çıxdı
Müğənni Niyam Salami maraqlı etirafı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə Xəzər TV-yə açıqlamasında danışıb. O bildirib ki, ona ev hədiyyə edilsə də, sonradan bunun həqiqətə uyğun olmadığı üzə çıxıb:. "Bir adam mənə hədiyyə olaraq ev verdi. Sənədlərə də qol çəkdirdilər. Sonr
15:02 114 Bəzi rayonlarda leysandır
Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır. Yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir. Balakən-Şəki zonasının bəzi yerlərində isə yağıntılar güclüdür
11:54 190 Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatını təkbaşına daşıya bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycan iqtisadiyyatında son illərdə qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdən biri kimi təqdim olunsa da, neft və qaz gəlirləri hələ də dövlət büdcəsinin və ixracın əsas hissəsini təşkil edir. Kənd təsərrüfatı, turizm, sənaye, informasiya texnologiyaları və digər sahələrdə artım müşahid
15:24 62