Əsgər ölümü ilə bağlı həkim məsuliyyətə cəlb olundu

Əsgər ölümü ilə bağlı həkim məsuliyyətə cəlb olundu"N" saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Fariz İsayevin ölüm faktı əsasında başlanılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

Faktla bağlı əsgərin qulluq etdiyi hərbi hissənin həkimi, tibb xidməti baş leytenantı Vaqif Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

O, Cinayət Məcəlləsinin 342.1-1-ci (Qulluğa səhlənkar yanaşma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham olunur. V.Məmmədov barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Xatırladaq ki, ötən ilin may ayında Oğuz rayonunun Xaçmaz kəndindən hərbi xidmətə çağırılan əsgər Fariz Sadiq oğlu İsayev hərbi hissəyə göndəriləndən üç gün sonra vəfat edib. İddialara əsasən, yüksək hərarəti olan əsgərə antibiotik iynəsi vurulub və o, iynənin təsirindən şoka düşərək ölüb.

Sumqayıt Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual hərəkətlər icra edilib.

Faktla bağlı Sumqayıt Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb./ APA


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 881   Tarix: 06 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov rayonu Ziya Bünyadov prospektində "Mitsubishi Pajero İO" markalı avtomobil "156 Evakuasiya Xidməti"nin avtomobilinə çırpılıb. Nəticədə, minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdə

10:13 254
.

Keyfiyyətli kofeni necə tanımaq olar?

Səhər oyanan kimi, iş arasında və ya dostlarla söhbət zamanı bir fincan qəhvə bir çox insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Ancaq mağaza rəflərində onlarla fərqli marka, növ və qiymətdə qəhvə olduğu üçün keyfiyyətli məhsulu seçmək hər zaman asan olmur. Bəzən cəlbedici qablaşdırma v

12:05 175
.

Mark Rütte: NATO dronlarla mübarizə vasitələrinə 40 milyard dollar ayıracaq

NATO-ya üzv ölkələr qarşıdakı beş ildə pilotsuz uçuş aparatlarından müdafiə sistemlərinin inkişafına 40 milyard dollardan çox vəsait yönəldəcək. "Report" "Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Ankarada keçirilən müdafiə sənayesi forumund

07.07.2026 288
.

ABŞ silahları Avropada istehsal edilcək - NATO-nun baş katibi

NATO ölkələri ABŞ-ın "Abrams" tankları, "ATACMS" raketləri və "Stinger" daşınan zenit-raket kompleksləri daxil olmaqla, bir sıra strateji silah sistemlərini birbaşa Avropada istehsal etməyə başlayacaq. Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütt

07.07.2026 287
.

Sabah 35 dərəcə isti olacaq

Azərbaycanda iyulun 9-da 35 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

13:42 143
.

Avropa Birliyi aviasiya agentliyi 31 avqusta qədər İran və İraq hava məkanından istifadə etməməyi tövsiyə edib

Avropa Birliyi Aviasiya Təhlükəsizliyi Agentliyi çərşənbə günü bildirib ki, davam edən gərginlik və gələcək hərbi əməliyyatlar potensialı fonunda aviaşirkətlər İran və İraqın hava məkanında fəaliyyət göstərməməlidir. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, EASA İran və İraqın hava məkanlar

14:13 124
.

Restoran müdirinin Niyama hədiyyə etdiyi ev saxta çıxdı

Müğənni Niyam Salami maraqlı etirafı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə Xəzər TV-yə açıqlamasında danışıb. O bildirib ki, ona ev hədiyyə edilsə də, sonradan bunun həqiqətə uyğun olmadığı üzə çıxıb:. "Bir adam mənə hədiyyə olaraq ev verdi. Sənədlərə də qol çəkdirdilər. Sonr

15:02 114
.

Bəzi rayonlarda leysandır

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır. Yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir. Balakən-Şəki zonasının bəzi yerlərində isə yağıntılar güclüdür

11:54 190
.

Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatını təkbaşına daşıya bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycan iqtisadiyyatında son illərdə qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdən biri kimi təqdim olunsa da, neft və qaz gəlirləri hələ də dövlət büdcəsinin və ixracın əsas hissəsini təşkil edir. Kənd təsərrüfatı, turizm, sənaye, informasiya texnologiyaları və digər sahələrdə artım müşahid

15:24 62
.

TOP MP3