Hərbçilərə xəsarətlə bağlı saxta arayış verirmiş...
Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin nazirliyin Tibbi Sənədlər Arxivinin rəisi vəzifələrində işləmiş Ruhin Tağıyevin çoxsaylı qanunsuz əməllərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
"Qafqazinfo" xəbər verir ki, cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
İbtidai istintaqla Ruhin Tağıyevin 2021-2023-cü illərdə sözügedən vəzifələrdə işləyərkən ona müraciət etmiş hərbi qulluqçuların adlarının ambulator xəstələrin qeydiyyatı kitabına qanunsuz olaraq daxil edilməsi və bunun əsasında xəsarət almaları haqqında arayışların verilməsi müqabilində bir neçə şəxsdən şəxsdən külli miqdarda pul vəsaitlərini rüşvət qismində təkrarən almasına, habelə hərbi qulluqçuların təkrar şəhadətləndirilmələrinə köməklik göstərilməsi müqabilində isə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini alaraq nüfuz alveri törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Ruhin Tağıyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda oxşar xarakterli əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 675 Tarix: 06 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİyulun sonu ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
İyulun sonunda α-Kaprikornid (Alpha Capricornids) meteor yağışı müşahidə olunacaq. Bakı Dövlət Universtetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilən məlumata görə, meteor axını iyulun əvvəlindən avqustun 15-dək aktiv olacaq və maksimum aktivliyinə iyulun 30-u Bakı vaxt
07.07.2026 325 Topa başla vurmaq beyində dəyişiklik yaradır
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli olan tau zülalının səviyyəsini qısamüddətli də olsa yüksəldir. Axşam.az xəbər verir ki, Amsterdam Universiteti Tibb Mərkəzinin alimləri 400-ə yaxın həvəskar futbolçu üzərində araşdırma aparıb. Oyunçulardan matçdan əvvəl v
11:38 190 400 qızıl sikkənin sirri 30 ildən sonra açıldı
30 il əvvəl İngiltərə sahillərində aşkar edilən xəzinənin hansı gəmiyə məxsus olduğu müəyyənləşdirilib. xəbər verir ki, bu barədə Popular Mechanics nəşri məlumat yayıb. Məlumata görə, 1995-ci ildə dalğıclar İngiltərə sahillərində, 18 metr dərinlikdə təxminən 400 qızıl sikkə aşkar ediblər. Dəniz dibind
11:57 174 Bəhreyndə yenidən sirena səsləri eşidilir
Bəhreyn Daxili İşlər Nazirliyi X-də bildirib ki, çərşənbə günü ikinci dəfə siren səsləri eşidilib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, İranın Bəhreyn və Küveytdəki ABŞ-ın əsas hərbi obyektlərinə hücumlar başlatdığını bildirməsindən sonra baş verib. ABŞ-ın Beşinci Donanmasının qərargahı Bəhreynd
11:04 175 ABŞ İrana qarşı əməliyyat keçirdi: CENTCOM səbəbi açıqladı
ABŞ Hörmüz boğazında ticarət gəmilərinə edilən hücumlardan sonra İrana qarşı irimiqyaslı hərbi zərbələr endirib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media platforması X-də məlumat yayıb. Bəyanatda bildirilib:. "ABŞ-ın zərbələri İranın Hörmüz boğazından keçə
10:48 152 Tramp İranla razılaşmanın "bitdiyini" elan etdi
Qəzəbli prezident Donald Tramp üç həftə əvvəl İranla imzaladığı atəşkəs müqaviləsinin "bitdiyini" bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bunun praktikada necə göründüyü hələ də bəlli deyil. Keçən ay müharibənin davam edəcəyi təqdirdə "iqtisadi fəlakət" barədə xəbərdarlı
14:21 117 Hamıdan sonra o gəldi - Video
Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Prezident Kompleksində təşkil olunan rəsmi şam yeməyinə son qatılan lider İtaliyanın Baş naziri Corciya Meloni olub. "Qafqazinfo" xəbər verir ki, Melonini Prezident Kompleksində Türkiyənin Vitse-prezidenti Cevdet Yılma
10:29 189 İmtahan sistemində dəyişiklik: Üstünlüklər və risklər
"İmtahan ballarının artırılması məsələsi həm təhsil ekspertləri, həm valideynlər, həm də şagirdlər arasında daim geniş müzakirə olunan və kifayət qədər həssas mövzulardan biridir. Bu addımın nə dərəcədə doğru olduğunu birmənalı şəkildə "bəli" və ya "xeyr" cavabı ilə qiymətləndirmə
14:46 107 16 yaşlı Vüsalın da meyiti tapıldı
İyulun 6-sı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun meyiti batdığı yerdən təxminə
10:42 205