Qəzza missiyası və Azərbaycanın balans siyasəti: Prezidentdən açıqlama
"Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısının müsahibəsində diqqət çəkən mövzulardan biri Azərbaycanın Qəzza və beynəlxalq sülh missiyaları ilə bağlı mövqeyi olub. Prezident açıq şəkildə bəyan edib ki, Azərbaycan Qəzzada beynəlxalq sülh missiyasında iştirak etməyəcək".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
O, qeyd edib ki, Əvvəlcə, İlham Əliyev qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yerləşdirilməsi ilə bağlı qətnaməsi region üçün müsbət hadisədir və Azərbaycan da bunu dəstəkləyən ölkələr sırasındadır. Hazırki vəziyyət Qəzza böhranının öz axarına buraxıla bilməyəcəyini göstərir:
"Prezident bildirib:
"Bizə belə müraciətlər daxil olub. Təbii ki, qərar qəbul etməzdən əvvəl aydın şəkildə başa düşməliyik ki, əməliyyatların mandatı necə olacaq və hansı növ əməliyyatlar ola bilər."
Əvvəlki gözləntilərə görə, missiyada əsasən müsəlman ölkələr və ABŞ-ın koordinasiyası ilə danışıqlara qatılan dövlətlər iştirak etməli idi. Bu baxımdan İndoneziya, Azərbaycan və Pakistanın adı bir müddət müzakirə olunmuşdu. Lakin Prezidentin açıqlamasından sonra məlum oldu ki, Azərbaycan bu missiyada iştirak etməyəcək.
Bu qərar gözləniləndir. Bakı hazırda yüksək riskli hərbi əməliyyatlara qoşulmaq niyyətində deyil. İlham Əliyev bildirib:
"Azərbaycanın hər bir vətəndaşı bizim üçün qiymətlidir. Biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik."
Prezident həmçinin vurğulayıb ki, bu, Azərbaycanın sülhməramlı fəaliyyətdən imtina etdiyi anlamına gəlmir. Əksinə, ölkəmiz sülhməramlı əməliyyatlarda zəngin təcrübəyə malikdir:
"İraqda, Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etmişik, buna görə də fəaliyyətin strukturunu yaxşı bilirik."
Müsahibədən aydın olur ki, Azərbaycan hərbi və diplomatik məsələlərdə balans siyasətini qoruyur. Fələstinə dəstək və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində humanitar prinsiplər ön plandadır. Digər tərəfdən, Prezident qeyd edib:
"Qeyri-ərəb müsəlman ölkələr parovozun önündə qaçmamalıdır."
Beləliklə, Azərbaycan region problemlərinə hərəkət etmədən əvvəl mövqeyini diqqətlə müəyyən edir və əməliyyatların riskini və strukturunu tam dəyərləndirmədən iştirak etmir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 612 Tarix: 07 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu əlamətlər varsa, ayaqlarınızı itirə bilərsiniz - ARAŞDIRMA
Ayaqda yaranan adi mazol, kiçik kəsik, çat və ya suluq əksər insanlarda ciddi problem hesab edilmir. Lakin diabetdən əziyyət çəkən şəxslər üçün belə kiçik zədələr bəzən ağır infeksiyaya, toxumaların zədələnməsinə və hətta amputasiyaya qədər gedib çıxa bilər. xarici mediaya istinadən bildirir ki, mütəxəssisləri
05.10.2026 222 Alplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib
İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin
05.10.2026 138 İbrahim Borçalının evində toy olacaq
Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub
05.10.2026 338 Ramil Usubovun ailəsində - Ağır itki
Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. "Qafqazinfo" "ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb
05.10.2026 308 Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"
"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa
05.10.2026 225 Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla
05.10.2026 252 Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr
05.10.2026 235 Sevgidə bəxti gətirməyən 6 məşhur qadın - SİYAHI
Şöhrət, uğur və milyonlarla pərəstişkar şəxsi həyatda xoşbəxtliyə zəmanət vermir. Cennifer Lopez, Madonna və digər məşhur qadınların sevgi həyatı buna nümunə göstərilir. xarici KİV-ə istinadla xəbər verir ki, uğursuz evliliklər, xəyanətlər, ağır ayrılıqlar və yarımçıq qalan münasibətlər sözügedən məşhurları
05.10.2026 212 Azərbaycanda hicabla bağlı iddialar: İnformasiya boşluğu hansı riskləri yaradır?
Türkiyədə ÖZGÜR-DER (Özgür Düşünce ve Eğitim Hakları Derneği) adlı təşkilat Azərbaycanın İstanbulda yerləşən Baş Konsulluğunun qarşısında aksiya keçirib. Aksiyanın Azərbaycanda "hicab qadağasına etiraz" məqsədilə təşkil edildiyi bildirilib. Mövzu iə bağlı BİG.AZ-a açıqlama verən politoloq Tura
05.10.2026 272