Mediada kiçik problemlər niyə böyük görünür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Mediada kiçik problemlər niyə böyük görünür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMASon vaxtlar mediada gündəlik həyatda adi hesab olunan hallar böyük problem kimi təqdim olunur. Kəndlilərin südü plastik qabda satması, yol kənarında meyvə-tərəvəz satışı və ya insanların gözünün qabağında küçədə içki içməsi, siqaret çəkməsi kimi hallar tez-tez xəbər mövzusuna çevrilir. Bir çox vətəndaş bunun əsassız olduğunu bildirir və iddia edir ki, medianın diqqəti daha ciddi sosial və iqtisadi problemlərdən yayındırılır. Belə təqdimat oxucuda yanlış təsəvvür yaradır və gündəlik kiçik hadisələrin böyüdülməsi medianın etibarlılığına təsir göstərə bilər.
Mediada kiçik problemlər niyə böyük görünür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, əfsuslar olsun ki, bu problem həm media mənsubu, həm də bir vətəndaş kimi məni də narahat edir. Onun sözlərinə görə, mediada bəzən adi və ya gündəlik hadisələrin mühüm xəbər kimi tirajlanması bir neçə əsas amillə əlaqəlidir: "İlk növbədə, media mühitində rəqabət getdikcə sərtləşib və bu şəraitdə oxucu, izləyici və klik uğrunda mübarizə redaksiyaları daha "sensasion" başlıqlara və mövzulara üstünlük verməyə vadar edir. Bəzən informasiyanın ictimai əhəmiyyəti deyil, onun nə qədər tez və çox oxunacağı əsas meyara çevrilir.

İkinci mühüm səbəb informasiya gündəminin məhdudluğu ilə bağlıdır. Dərin analitik materiallar, araşdırma jurnalistikası və ya eksklüziv xəbərlər həm zaman, həm də peşəkar resurs tələb edir. Təəssüf ki, bəzi media qurumlarında bu resurslar yetərli olmadığından, gündəlik və əslində cəmiyyət üçün ciddi əhəmiyyət daşımayan hadisələr süni şəkildə şişirdilərək əsas xəbər kimi təqdim olunur.

Digər tərəfdən, sosial şəbəkələrin təsiri də danılmazdır. Sosial mediada sürətlə yayılan və emosional reaksiya doğuran mövzular tez-tez klassik medianın gündəminə daşınır. Nəticədə redaksiyalar ictimai marağı formalaşdırmaqdan daha çox, mövcud marağın arxasınca getməyə üstünlük verirlər.

Bununla yanaşı, media savadlılığının hələ istənilən səviyyədə olmaması da prosesə təsir göstərir. Oxucu və izləyici ciddi, faktlara əsaslanan məzmunla səthi informasiyanı ayırd etməkdə çətinlik çəkdikdə, media orqanları da keyfiyyətdən çox kəmiyyətə üstünlük verə bilir.

Qeyd etmək istərdim ki, adi hadisələrin mühüm xəbər kimi təqdim olunması təkcə jurnalistikanın problemi deyil, bu, media bazarı, auditoriya davranışı və rəqəmsal platformaların yaratdığı yeni reallıqların birgə təsirinin nəticəsidir. Uzunmüddətli həll isə peşəkar jurnalistikanın gücləndirilməsi, analitik məzmunun artırılması və cəmiyyətin media savadlılığının yüksəldilməsindən keçir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 673   Tarix: 07 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB

Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə

05.10.2026 403
.

"Belə kişidən boşanmaq lazımdır"

Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:

05.10.2026 253
.

Bakıda torpaq sahələri BAHALAŞDI

Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17 % artıb. "Report" bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir. Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artım

05.10.2026 181
.

İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb

05.10.2026 186
.

Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

05.10.2026 235
.

Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"

"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa

05.10.2026 225
.

Zəngəzurdan Palandökənə

Zəngəzur dəhlizi yalnız Qafqazın nəqliyyat xəritəsini dəyişmir; düzgün planlaşdırma aparılarsa, Ərzurumu Palandökən üzərindən regional logistika mərkəzinə çevirə biləcək yeni bir imkan təqdim edir. Bəzi nəqliyyat layihələri var ki, yalnız iki nöqtəni bir-birinə bağlamır, coğrafiyanın iqtisadi mənasın

05.10.2026 256
.

"Sabah" Çexiya klubunun azarkeşləri üçün 3 700-ə yaxın bilet ayırıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq "Sabah" - "Slaviya" (Çexiya) oyunu ilə bağlı qonaq azarkeşlərə 3 675 yer ayrılıb. "Report" xəbər verir ki, bu barədə Praqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Həmçinin stadiona maksimum A4 ölçüsünd

05.10.2026 163
.

Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməyib. Bu barədə -a DİM-dən məlumat verilib. Bildirilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmu

05.10.2026 170
.