AMEA-nın vəzifəli şəxslərinə cinayət işi açıldı: Nədə ittiham olunurlar?
Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.
Bu barədə BiG.AZ-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ibtidai istintaqla həmin Mərkəzin direktoru Mehman Əliyevin baş mühasib Hasil Əskərov və ümumi işlər üzrə direktor müavini Namik Qasımov ilə cinayət əlaqəsinə girərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə vətəndaş Mehman Qəribovun köməkçiliyi ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə 2023-cü ilin noyabr ayından 2025-ci ilin iyun ayınadək əmək funksiyalarını faktiki olaraq icra etməyən şəxslərə əmək haqqının ödənilməsi, qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi adı ilə dövlət büdcəsinin vəsaitinin nağdlaşdırılmasına nail olmaqla onlara etibar edilmiş külli miqdarda pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talamalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Mehman Əliyev və Hasil Əskərova müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə), Namik Qasımova həmin Məcəllənin 179.2.1, 179.2.3, 179.2.4, Mehman Qəribova isə həmin Məcəllənin 32.5, 179.2.1, 32.5, 179.2.3, 32.5, 179.2.4 və digər maddələri ilə ittiham elan edilməklə barələrində polisin nəzarəti altına vermə növündə əsas, Mehman Əliyev və Namik Qasımov barəsində iş üzrə ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 550 Tarix: 07 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMark Rutte: Transatlantik hərbi-sənaye inqilabının ərəfəsindəyik
NATO transatlantik hərbi-sənaye inqilabı ərəfəsindədir. APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Ankarada keçirilən NATO sammitində çıxışı zamanı deyib. Baş katib bildirib ki, Rusiya, İran, Çin və Şimali Koreya tərəfindən yaranan təhdidlər fonunda NATO-nun hərbi-sənaye potensialının dah
07.07.2026 279 Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatını təkbaşına daşıya bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycan iqtisadiyyatında son illərdə qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdən biri kimi təqdim olunsa da, neft və qaz gəlirləri hələ də dövlət büdcəsinin və ixracın əsas hissəsini təşkil edir. Kənd təsərrüfatı, turizm, sənaye, informasiya texnologiyaları və digər sahələrdə artım müşahid
15:24 71 ABŞ silahları Avropada istehsal edilcək - NATO-nun baş katibi
NATO ölkələri ABŞ-ın "Abrams" tankları, "ATACMS" raketləri və "Stinger" daşınan zenit-raket kompleksləri daxil olmaqla, bir sıra strateji silah sistemlərini birbaşa Avropada istehsal etməyə başlayacaq. Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütt
07.07.2026 287 Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov rayonu Ziya Bünyadov prospektində "Mitsubishi Pajero İO" markalı avtomobil "156 Evakuasiya Xidməti"nin avtomobilinə çırpılıb. Nəticədə, minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdə
10:13 254 Sülh prosesinə kölgə salan qərar: Regionda yeni risklər
İsrailin nüfuzlu "Ynet" nəşrində "İsrail qırmızı xətti keçdi: "Erməni soyqırımı"nı tanımasından sonra Azərbaycanla böhran daha da dərinləşdi" başlıqlı məqalənin dərc olunması regionda yeni müzakirələrə səbəb olub. Məqalədə iki ölkə arasındakı münasibətlərdən məlumatlı olduğ
12:24 185 Xameneidən sonra İranda hakimiyyət uğrunda görünməyən mübarizə
"ABŞ və İsrailin hava zərbələri nəticəsində həlak olduğu bildirilən İranın keçmiş ali dini lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimləri davam edir. Mərasimlərin İrandan sonra İraqda da keçirilməsi diqqət çəkən məqamlardan biridir. Məlumata görə, nəşi Nəcəf şəhərinə aparılıb və şiə müsəlmanlar
14:14 128 "Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim..." - Video
Vətən müharibəsi şəhidi Elçin Mirzəyevin həyat yoldaşı Günel Mirzəyeva ASAN TV-yə müsahibə verib. "Qafqazinfo" xəbər verir ki, övladlarından, onların gələcək planlarından danışan Günel Mirzəyeva şəhidlə bağlı xatirələrini də bölüşüb. Kosmetoloq kimi fəaliyyət göstərən Günel Mirzəyeva bildiri
12:34 297 Avropa Birliyi aviasiya agentliyi 31 avqusta qədər İran və İraq hava məkanından istifadə etməməyi tövsiyə edib
Avropa Birliyi Aviasiya Təhlükəsizliyi Agentliyi çərşənbə günü bildirib ki, davam edən gərginlik və gələcək hərbi əməliyyatlar potensialı fonunda aviaşirkətlər İran və İraqın hava məkanında fəaliyyət göstərməməlidir. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, EASA İran və İraqın hava məkanlar
14:13 125 "Pul xərcləməyən kişini yumurtlamayan toyuq kimi görürəm"
Aparıcı Vüsalə Əlizadə xəsis insanlardan xoşu gəlmədiyini etiraf edib. Axşam.az xəbər verir ki, o, bu barədə aparıcısı olduğu "İncə səhər" verilişində danışıb. Vüsalə həm qadın, həm də kişi olmasından asılı olmayaraq xəsis insanları sevmədiyini bildirib:. "Xəsis insanlar gözümün düşmənidir
14:15 155