NATO: "Azərbaycanla Ermənistanın sülh sazişi imzalaması regional təhlükəsizliyi gücləndirəcək"
"NATO normallaşma prosesində son inkişafları alqışlayır və Azərbaycanla Ermənistanın münasibətləri normallaşdırmaq və davamlı sülh sazişinə nail olmaq istiqamətində atdıqları bütün konstruktiv addımları dəstəkləyir".
BiG.AZ xəbər verir ki, bunu APA-ya müsahibəsində NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikov deyib.
Onun sözlərinə görə, bu, Qara dəniz regionu üzrə sabitlik üçün böyük əhəmiyyət daşıyır:
"Biz bu prosesin birbaşa iştirakçısı deyilik, lakin münaqişələrin həllinə töhfə verən müttəfiqlərimizin səylərini hər zaman yüksək qiymətləndirmişik və dəstəkləmişik. Avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanmasını davamlı sülhə aparan yolda və region üzrə əlaqəliliyin açılmasında mühüm mərhələ kimi qiymətləndiririk. Bu isə öz növbəsində regional sabitliyi və təhlükəsizliyi gücləndirəcək, region ölkələri ilə NATO arasında tərəfdaşlıqları daha da möhkəmləndirəcək".
Aleksandr Vinnikov qeyd edib ki, Azərbaycan NATO-nun ən fəal tərəfdaşlarından biridir, Alyansın tərəfdaşlıq alətlərindən geniş istifadə edir və əməkdaşlığın daha da dərinləşdirilməsinə davamlı maraq göstərir:
"Bu kontekstdə Azərbaycan artıq regional təhlükəsizlik mühitində mühüm rol oynayır.
Gələcəyə baxdıqda, bu potensialın tam reallaşdırılması hərtərəfli, davamlı və qarşılıqlı qəbul edilən sülhə yönəlmiş ardıcıl səylərlə dəstəklənə bilər. Məhz buna görə Azərbaycan və Ermənistanı sülh sazişinin imzalanması, ratifikasiyası və tam icrası istiqamətində irəliləməyə təşviq edirik. Bu, Azərbaycanın regionun digər ölkələri ilə birlikdə Cənubi Qafqaz üzrə sabitliyin, əlaqəliliyin və əməkdaşlığın gücləndirilməsinə, kooperativ təhlükəsizlik prinsiplərinə uyğun şəkildə, tam diqqət ayırmasına imkan verəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 922 Tarix: 11 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr
05.10.2026 235 Tbilisi merindən Avropaya qarşı sərt ittiham
"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". -ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının ba
05.10.2026 162 Bütün otaqları qızdırmırlar: Yaponların qışda isinmək üsulları
Qışda evin o qədər soyuq olduğunu təsəvvür edin ki, hətta hamama və ya tualetə getmək belə çətinliyə çevrilir. Yaponiyanın köhnə və istilik izolyasiyası zəif olan evlərində yaşayanlar üçün bu, tanış vəziyyətdir. Onlar soyuqla mübarizə aparmaq üçün bütün evi qızdırmaq əvəzinə, olduqları məkanı və bədənlərini
05.10.2026 203 Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"
"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa
05.10.2026 225 "Yeşilçam"ın tanınmış aktyoru vəfat etdi
Türkiyənin tanınmış aktyoru, Yeşilçamın "Altın Çocuk" ləqəbli sənətçisi Göksəl Arsoy 90 yaşında vəfat edib. Türkiyə mediasına istinadla xəbər verir ki, Arsoy "Kara Günlerim", "Samanyolu", "Taş Bebek" kimi filmlərdə yaratdığı obrazlarla yadda qalıb. O, 1957-ci ild
05.10.2026 210 Ramil Usubovun ailəsində - Ağır itki
Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. "Qafqazinfo" "ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb
05.10.2026 308 Sentyabrda metrodan 14 milyondan çox sərnişin istifadə edib
Sentyabrda sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər. Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən "Xocəsən" və "Avtovağzal" stansiyalarından ay sonuna qədər ümumilikd
05.10.2026 161 İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb
05.10.2026 186 Övladlığagötürmə ilə bağlı qaydalarda dəyişiklik - Prezident Fərman imzaladı
"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"na dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Preziden
05.10.2026 183