"Elit tort ləvazimatları" körpələr üçün vaxtı keçmiş şokalad satır - FOTO

"Elit tort ləvazimatları" körpələr üçün vaxtı keçmiş şokalad satır - FOTO30 dekabr 2025-ci il tarixində paytaxtın Nəsimi rayonu, 28 May filialında yerləşən "Elit Tort Ləvazimatları" mağazasından alış-veriş edən müştəri Sevinc Allahverdiyeva vitrində yerləşdirilən şokoladların təzə olub-olmaması ilə bağlı kassirə xüsusi olaraq müraciət edib.

Tribuna.az-a şikayətini bildirən S. Allahverdiyeva məhsulların körpə uşaqlar üçün alındığını vurğulayıb və təzə olduğu halda təqdim edilməsini xahiş edib.

Görmə problemi səbəbilə məhsulun üzərindəki son istifadə tarixini oxuya bilmədiyini, həmin anda eynəyinin üzərində olmadığını bildirən müştərinin sözlərinə görə, kassir bu məlumatı eşitməsinə baxmayaraq məhsulu satışa təqdim edib.

Qeyd olunur ki, kassadan verilən çekdə də göründüyü kimi, müştəri həmin məhsuldan 4 ədəd alıb və uzun müddətdir mağazanın daimi müştərisidir.
"Elit tort ləvazimatları" körpələr üçün vaxtı keçmiş şokalad satır - FOTOHadisə ictimai narahatlıq doğurduğundan məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov suallarımızı cavablayıb.
Belə vəziyyətlə üzləşən vətəndaş ilk olaraq hansı addımları atmalıdır?

Azərbaycanda bu tip halların qarşısını almaq üçün nəzarət mexanizmləri yetərlidirmi?

E. Hüseynovun sözlərinə görə, istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu, eləcə də beynəlxalq qanunlarda istehlakçının mal haqqında müfəssəl informasiya almaq hüququ tanınır. Qanunlarda göstərilir ki, satıcı istehlakçının tələbi əsasında mal haqqında müfəssəl informasiyaya malik olmalı, bunu istehlakçıya ötürməlidir.

Ekspert ölkədəki vəziyyəti analiz edərək qeyd edib:

"Çox təəssüflər olsun ki, Azərbaycanda bisnes qurumlara elə ərkəsöyün şərait yaradılıb ki, onlar istehlakçı hüquqlarını tanımaq istəmirlər. Və istehlakçıya yeriyən pul kisəsi kimi baxırlar. Bunun da səbəbi ölkədə istehlakçı siyasətinin zəif olmasından qaynaqlanır. İstehlakçıların müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul edilib. Ondan sonra edilən dəyişikliklər istehlakçıların zərərinə olub. Belə bir şəraitdə biznes qurumları vəziyyətdən sui-istifadə edib istehlakçının iradına, təklifinə, tələbinə əməl etmirlər. Bu kimi hallarla bağlı hər gün çox sayda şikayətlər gəlir. Bu qanun pozuntusudur. Əgər xanım dövlət orqanlarına müraciət edərsə, bu kimi işlərə baxan dövlət orqanı olan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. Vətəndaşlar hüquqlarının pozulduğu zaman (012 599 76 00) əlaqə nömrəsinə müraciət etsin və hüququnun qorunması üçün problemlər barədə onlara məlumat versin.
Ağıllı biznes sahibi istehlakçını özünün şəriki hesab etməlidir. Və bilməlidir ki, biznesi mövcud edən biz istehlakçılarıq. Dövlət qurumları da bilməlidirlər ki, dövləti, ordunu, büdcəni dolduran biz istehlakçılarıq. Ona görə də istehlakçının səsi ən ali dövlət orqanlarında eşidilməlidir."

Hadisə ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Nəsimi filialında yerləşən "Elit tort ləvazimatları" ilə əlaqə saxlayaraq çekləri və vaxtı keçmiş məhsulu təqdim etdik.
Sorğumuza cavab olaraq bildirilib:

"Bizdə hər il 1 qutu şaxta baba şokaladı gəlir və satılıb bitir. Vaxtı keçmiş mal ola bilməz. Bu bizim şaxta baba deyil. Əgər belə hal varsa, müştəri əlaqədar qurumlara şikayət etsin. Bizdə olan şaxta babanın sertifikatı belə var. Əlaqədar quruma müraciət edilsin."
"Elit tort ləvazimatları" körpələr üçün vaxtı keçmiş şokalad satır - FOTO"Elit tort ləvazimatları" körpələr üçün vaxtı keçmiş şokalad satır - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1031   Tarix: 12 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

05.10.2026 235
.

Tbilisi merindən Avropaya qarşı sərt ittiham

"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". -ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının ba

05.10.2026 162
.

Bütün otaqları qızdırmırlar: Yaponların qışda isinmək üsulları

Qışda evin o qədər soyuq olduğunu təsəvvür edin ki, hətta hamama və ya tualetə getmək belə çətinliyə çevrilir. Yaponiyanın köhnə və istilik izolyasiyası zəif olan evlərində yaşayanlar üçün bu, tanış vəziyyətdir. Onlar soyuqla mübarizə aparmaq üçün bütün evi qızdırmaq əvəzinə, olduqları məkanı və bədənlərini

05.10.2026 203
.

Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"

"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa

05.10.2026 225
.

"Yeşilçam"ın tanınmış aktyoru vəfat etdi

Türkiyənin tanınmış aktyoru, Yeşilçamın "Altın Çocuk" ləqəbli sənətçisi Göksəl Arsoy 90 yaşında vəfat edib. Türkiyə mediasına istinadla xəbər verir ki, Arsoy "Kara Günlerim", "Samanyolu", "Taş Bebek" kimi filmlərdə yaratdığı obrazlarla yadda qalıb. O, 1957-ci ild

05.10.2026 210
.

Ramil Usubovun ailəsində - Ağır itki

Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. "Qafqazinfo" "ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb

05.10.2026 308
.

Sentyabrda metrodan 14 milyondan çox sərnişin istifadə edib

Sentyabrda sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər. Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən "Xocəsən" və "Avtovağzal" stansiyalarından ay sonuna qədər ümumilikd

05.10.2026 161
.

İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb

05.10.2026 186
.

Övladlığagötürmə ilə bağlı qaydalarda dəyişiklik - Prezident Fərman imzaladı

"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"na dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Preziden

05.10.2026 183
.