20 metrlik qar divarları arasında səyahət: Yaponiyanın "ağ labirinti" necə açılır?

20 metrlik qar divarları arasında səyahət: Yaponiyanın "ağ labirinti" necə açılır?Yaz aylarında belə hündürlüyü 20 metrə çatan Tateyama Qar Koridoru ziyarətçiləri sanki başqa bir planetə aparır. GPS ilə təchiz olunmuş buldozerlərin bir ay davam edən diqqətli işi sayəsində yaranan bu nəhəng tunellərin arxasında mühəndislik sirləri dayanır.

Qaynarinfo xəbər vberir verir ki, Alplar deyəndə çoxumuzun ağlına uçsuz-bucaqsız yaşıl vadilər, qarla örtülmüş zirvələr və panoramik qatar səyahətləri gəlir. Lakin Yaponiyanın Şimal Alplarında vəziyyət biraz fərqlidir. Burada turistlər, yazın ortasında belə 20 metr hündürlüyündə qar yığınlarını görmək üçün bölgəyə axın edirlər. Tateyama Qar Koridoru yalnız təbiətin bir hədiyyəsi deyil, həm də müasir texnologiyanın və qarla mübarizə komandalarının insanüstü səylərinin nəticəsidir.

Yaponiya, əslində dünyanın ən çox qar yağan ölkəsi olaraq tanınır. 100 min nəfərdən çox əhalisi olan şəhərlər arasında dünyanın qar rekordunu qıran yaşayış məntəqələrinin əksəriyyəti buradadır. Ölkə ərazisinin yarısından çoxu "sıx qar bölgəsi" elan edilib və dağlıq ərazilərdə illik qar qalınlığı bəzən 15 metrə çatır. Bu qədər böyük qar kütləsi ilə başa çıxmaq sadəcə adi qar təmizləmə maşınını işə salmaqla mümkün deyil: proses çox daha mürəkkəb və texnoloji bir əməliyyata çevrilir.

Texnoloji bir qazıma əməliyyatı

Tateyamada yolları açmaq üçün istifadə olunan metodlar demək olar ki, mədən qazmasına bənzəyir. Görüş məsafəsinin tamamilə itdiyi və mənzərənin tanınmaz hala gəldiyi bu ağ örtükdə yolun istiqamətini itirməmək üçün GPS və peyk telefonları ilə təchiz olunmuş xüsusi buldozerlər işə düşür. İlk xətt müəyyən edildikdən sonra, sənaye tipli nəhəng rotatif qar püskürtmə maşınları və digər iş maşınları səhnəyə çıxır. Təxminən bir ay davam edən bu diqqətli işin nəticəsində ziyarətçilərin üzərində yüksələn nəhəng qar divarları formalaşır.

Tateyama Kurobe Alp Marşrutu, Tokyodan təxminən üç saatlıq qatar səyahəti ilə çatmaq mümkündür və Aprel ortasından Noyabr sonuna qədər macəra axtaranlara açıqdır. Xüsusilə aprel və iyun ayları arasında ziyarətə açılan 23 kilometrlik qar koridoru, ziyarətçilərə bu nəhəng divarların arasında piyada gəzinti və ya avtobusla keçmək imkanı təqdim edir. Əgər izdihamdan qaçmaq və bir az daha isti havada bu mənzərəni seyr etmək istəyirsinizsə, mütəxəssislər iyun ayını gözləməyi tövsiyə edir. Bu dövrdə hava 10-15 dərəcə civarında olsa da, qarın günəşdən əks olunmasının təsirindən qorunmaq üçün günəş eynəyi və qoruyucu krem istifadə etmək həyati əhəmiyyət daşıyır.

Yaponiya qədər ekstremal olmasa da, oxşar mənzərələr dünyanın digər bölgələrində, məsələn Kaliforniyadakı Donner keçidi kimi yerlərdə də görülə bilər. Lakin Tateyamadakı qar divarları, həm hündürlüyü, həm də içindən keçən müasir nəqliyyat şəbəkəsi ilə dünyada bənzəri olmayan bir mühəndislik və təbiət möcüzəsi olaraq qalır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1734   Tarix: 14 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Belə kişidən boşanmaq lazımdır"

Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:

05.10.2026 253
.

"Altın Çocuk" vəfat etdi

Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse

05.10.2026 201
.

"Ailəm tamaşaçıya gizli qalmalıdır"

Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənməsi ilə bağlı suala cavab verib. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib. N.Növrəsli qeyd edib ki, efirə çıxdığı ilk gündən ailəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşməyib:

05.10.2026 263
.

Sentyabrda metrodan 14 milyondan çox sərnişin istifadə edib

Sentyabrda sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər. Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən "Xocəsən" və "Avtovağzal" stansiyalarından ay sonuna qədər ümumilikd

05.10.2026 161
.

Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"

"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa

05.10.2026 225
.

Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib

Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu

05.10.2026 207
.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

05.10.2026 202
.

Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməyib. Bu barədə -a DİM-dən məlumat verilib. Bildirilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmu

05.10.2026 170
.

Zəngəzurdan Palandökənə

Zəngəzur dəhlizi yalnız Qafqazın nəqliyyat xəritəsini dəyişmir; düzgün planlaşdırma aparılarsa, Ərzurumu Palandökən üzərindən regional logistika mərkəzinə çevirə biləcək yeni bir imkan təqdim edir. Bəzi nəqliyyat layihələri var ki, yalnız iki nöqtəni bir-birinə bağlamır, coğrafiyanın iqtisadi mənasın

05.10.2026 256
.