Azərbaycan-İsrail qardaşlığı: Maraqlardan doğan deyil, dəyərlərdən yoğrulan bağ - KÖŞƏ YAZISI

Azərbaycan-İsrail qardaşlığı: Maraqlardan doğan deyil, dəyərlərdən yoğrulan bağ - KÖŞƏ YAZISIDünyada münasibətlər çox vaxt maraqlar üzərində qurulur. Maraqlar dəyişəndə əlaqələr də zəifləyir. Amma elə bağlar var ki, onları təkcə siyasi razılaşmalar deyil, qarşılıqlı etibar və tarixi yaddaş formalaşdırır. Azərbaycan-İsrail münasibətləri məhz bu nöqtədə artıq sadə tərəfdaşlıqdan çıxıb, qardaşlıq səviyyəsinə yüksəlib.

Qardaşlıq təkcə eyni dindən olmaq demək deyil. Qardaşlıq bir-birinin ağrısını başa düşmək, haqlı olanın yanında durmaq, çətin gündə tərəddüd etməməkdir. Azərbaycan və İsrail arasında formalaşan münasibətlər illərdir bu anlayışın real nümunəsidir.

Azərbaycan yəhudi xalqı üçün həmişə təhlükəsiz məkan olub. Quba Qırmızı Qəsəbəsi bu gün də bütün dünyaya göstərir ki, yəhudilər bu torpaqlarda qonaq yox, ev sahibi kimi yaşayıblar. Sinagoglar dağıdılmayıb, inanc təzyiq altına alınmayıb, kimlik heç vaxt təhlükə hesab edilməyib. Bu, təsadüf yox, dövlət siyasətinin və cəmiyyətin düşüncə tərzinin nəticəsidir. İsrail bunu yaxşı bilir və heç vaxt unutmur.

Bu qardaşlığın digər tərəfi isə siyasi sınaqlarda özünü göstərib. Azərbaycanın təhlükəsizliyi məsələsində İsrail tərəddüd etməyib. Ən çətin məqamlarda ikili standartlara sığınmayıb, haqlını haqsızdan ayırmağı bacarıb. Xüsusilə regionda vəziyyətin gərginləşdiyi dövrlərdə İsrail Azərbaycanın ərazi bütövlüyü prinsipinə açıq şəkildə hörmət nümayiş etdirib. Qardaşlıq da məhz belə anlarda ölçülür.

Azərbaycan da bu münasibətə formal yanaşmayıb. İsrail üçün strateji əhəmiyyət daşıyan enerji təhlükəsizliyində Bakı etibarlı mövqe sərgiləyib. Bu, sadəcə iqtisadi əlaqə yox, qarşılıqlı güvənin göstəricisidir. Çünki qardaşlıqda söz verib yarı yolda qoymaq anlayışı yoxdur.

Bu qardaşlığın real təzahürləri bu gün də davam edir. Yanvarın 26-da İsrailin xarici işlər naziri ölkəmizə səfər edəcək. Bu səfər adi diplomatik görüş deyil. Bu, Azərbaycan-İsrail qardaşlığının növbəti açıq mesajıdır. Dünyada münasibətlərin sürətlə dəyişdiyi, bəzi ölkələrin mövqelərini tez-tez yenidən hesabladığı bir dövrdə bu səfər göstərir ki, Bakı-Təl-Əviv xətti sabitdir, etibarlıdır və strateji xarakter daşıyır.

Məhz bu səbəbdən İsrail-Azərbaycan qardaşlığı bu gün çoxlarının yuxusunu qaçırdır, qarnına sancı doldurur. Bu qardaşlıqdan narahat olanlar az deyil. Onları narahat edən məsələ din deyil, insan haqları deyil, sülh də deyil. Onları narahat edən iki müstəqil dövlətin kiminsə icazəsi olmadan yolunu seçməsi, haqlının yanında dayanmasıdır.

Bəzi dairələr bu qardaşlığı süni qarşıdurma müstəvisinə çəkməyə çalışır. Guya Azərbaycan hansısa tərəfi seçməlidir. Amma Azərbaycan heç vaxt seçim etməyib - o, sadəcə haqlının yanında olub. Bakı üçün xarici siyasət emosiyalarla yox, prinsip və ədalətlə ölçülür. İsrail də məhz bu mövqeyə görə Azərbaycanla münasibətlərinə xüsusi önəm verir.

Ən önəmlisi isə bu qardaşlığın xalqlar səviyyəsində qəbul olunmasıdır. İsraildə yaşayan azərbaycanlılar, Azərbaycanda sülh və hörmət içində yaşayan yəhudilər bu bağın süni olmadığını hər gün sübut edirlər. Bu münasibət kabinetlərdə yazılmayıb, zamanın sınağından keçərək formalaşıb.

Bu gün Azərbaycan-İsrail qardaşlığı bölgədə nadir nümunədir. Fərqli dinlərə, fərqli mədəniyyətlərə baxmayaraq, qarşılıqlı etibarın, açıq mövqenin və prinsipial siyasətin mümkün olduğunu göstərən bir modeldir. Dünyanın bu qədər parçalandığı bir dövrdə belə qardaşlıqlar azdır - ona görə də dəyərlidir.

Bəzən qardaş olmaq üçün eyni dili danışmaq yetərli deyil. Bəzən eyni həqiqətin yanında dayanmaq kifayətdir. Azərbaycan və İsrail məhz bu həqiqətdə qardaşdır.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 823   Tarix: 15 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Belə kişidən boşanmaq lazımdır"

Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:

05.10.2026 253
.

"Altın Çocuk" vəfat etdi

Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse

05.10.2026 201
.

"Ailəm tamaşaçıya gizli qalmalıdır"

Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənməsi ilə bağlı suala cavab verib. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib. N.Növrəsli qeyd edib ki, efirə çıxdığı ilk gündən ailəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşməyib:

05.10.2026 263
.

Sentyabrda metrodan 14 milyondan çox sərnişin istifadə edib

Sentyabrda sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər. Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən "Xocəsən" və "Avtovağzal" stansiyalarından ay sonuna qədər ümumilikd

05.10.2026 161
.

Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"

"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa

05.10.2026 225
.

Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib

Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu

05.10.2026 207
.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

05.10.2026 202
.

Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməyib. Bu barədə -a DİM-dən məlumat verilib. Bildirilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmu

05.10.2026 170
.

Zəngəzurdan Palandökənə

Zəngəzur dəhlizi yalnız Qafqazın nəqliyyat xəritəsini dəyişmir; düzgün planlaşdırma aparılarsa, Ərzurumu Palandökən üzərindən regional logistika mərkəzinə çevirə biləcək yeni bir imkan təqdim edir. Bəzi nəqliyyat layihələri var ki, yalnız iki nöqtəni bir-birinə bağlamır, coğrafiyanın iqtisadi mənasın

05.10.2026 256
.