Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib

Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və "Nasoslu" aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdir. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.
Fövqəladə vəziyyət elan olunanadək törədilmiş cinayətlər. "Mülki və siyasi hüquqlar haqqında" 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin, fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. "Bakı əməliyyatı"na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Kütləvi insan qırğını törədildikdən sonra - yəni 20 yanvar 1990-cı il səhər saat 05-30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-00dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür.
Qanlı yanvar hadisələrin coğrafiyası təkcə Bakı şəhəri ilə məhdudlaşmadı. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda cəmi 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.
1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət oldu. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını belə atəşə tuturdular.
Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi.
Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" Qərar qəbul etdi. Beləliklə 20 Yanvar hadisələrinə ilk hüquqi qiymət verildi.
Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.

Aysel Mənsimova - politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 780   Tarix: 15 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Belə kişidən boşanmaq lazımdır"

Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:

05.10.2026 253
.

"Altın Çocuk" vəfat etdi

Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse

05.10.2026 201
.

"Ailəm tamaşaçıya gizli qalmalıdır"

Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənməsi ilə bağlı suala cavab verib. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib. N.Növrəsli qeyd edib ki, efirə çıxdığı ilk gündən ailəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşməyib:

05.10.2026 263
.

Sentyabrda metrodan 14 milyondan çox sərnişin istifadə edib

Sentyabrda sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər. Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən "Xocəsən" və "Avtovağzal" stansiyalarından ay sonuna qədər ümumilikd

05.10.2026 161
.

Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"

"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa

05.10.2026 225
.

Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib

Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu

05.10.2026 207
.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

05.10.2026 202
.

Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməyib. Bu barədə -a DİM-dən məlumat verilib. Bildirilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmu

05.10.2026 170
.

Zəngəzurdan Palandökənə

Zəngəzur dəhlizi yalnız Qafqazın nəqliyyat xəritəsini dəyişmir; düzgün planlaşdırma aparılarsa, Ərzurumu Palandökən üzərindən regional logistika mərkəzinə çevirə biləcək yeni bir imkan təqdim edir. Bəzi nəqliyyat layihələri var ki, yalnız iki nöqtəni bir-birinə bağlamır, coğrafiyanın iqtisadi mənasın

05.10.2026 256
.