Borcunu qaytara bilməyən qadın eltisinin qızıllarını oğurladı - TƏFƏRRÜAT
Lənkəranda qadın qaynının arvadının 9200 manatlıq qızıl-zinət əşyalarını oğurlayıb.
Oxu.Az-ın məlumatına görə, şəhər sakini, 1998-ci il təvəllüdlü Fəran Əsgərli şəxsi məsələləri üçün Lənkəran sakinindən 2 min manat borc götürsə də, həmin pulu söz verdiyi vaxtda qaytara bilməyib. Qadın məcburiyyət qarşısında qalaraq oğurluq etdiyini bildirib.
Belə ki, bu ərəfədə Fəran Əsgərlinin qayınanasının qardaşı ölüb, ailə üzvləri yas mərasiminə gediblər. Həmin vaxt evdə F.Əsgərli tək qalıb və fürsətdən istifadə edərək evdən oğurluq etmək qərarına gəlib. Bu məqsədlə o, bir evdə yaşadığı qaynı Tural Əsgərli və onun xanımına aid yataq otağına girib və eltisinin ümumi dəyəri 9200 manat olan qızıl-zinət əşyalarını oğurlayıb. O, bəziləri brilyant qaşlı olan zinət əşyalarını borc aldığı şəxsə verərək bildirib ki, satsın, öz pulunu götürsün, qalan məbləği isə ona qaytarsın.
Hadisədən bir gün sonra T.Əsgərlinin həyat yoldaşı evindən zinət əşyalarının oğurlandığını bilib, bu barədə həyat yoldaşına məlumat verib. T.Əsgərli qardaşının arvadına deyib ki, əgər əşyalarını o oğurlayıbsa, qaytarsın. F.Əsgərli isə qızıllardan xəbəri olmadığını söyləyib.
Məcburiyyət qarşısında qalan ailə məsələ ilə bağlı polisə məlumat verib. Polisin keçirdiyi əməliyyatla F.Əsgərli şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq elan edilib və zərərçəkmişə dəymiş ziyan ödənilib. Məhkəmənin hökmü ilə F.Əsgərliyə 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib, ona elektron nəzarət qolbağı tətbiq olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 886 Tarix: 15 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Belə kişidən boşanmaq lazımdır"
Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:
05.10.2026 253 "Altın Çocuk" vəfat etdi
Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse
05.10.2026 201 "Ailəm tamaşaçıya gizli qalmalıdır"
Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənməsi ilə bağlı suala cavab verib. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib. N.Növrəsli qeyd edib ki, efirə çıxdığı ilk gündən ailəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşməyib:
05.10.2026 263 Sentyabrda metrodan 14 milyondan çox sərnişin istifadə edib
Sentyabrda sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər. Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən "Xocəsən" və "Avtovağzal" stansiyalarından ay sonuna qədər ümumilikd
05.10.2026 161 Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"
"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa
05.10.2026 225 Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib
Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu
05.10.2026 207 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi
Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca
05.10.2026 202 Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməyib. Bu barədə -a DİM-dən məlumat verilib. Bildirilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmu
05.10.2026 170 Zəngəzurdan Palandökənə
Zəngəzur dəhlizi yalnız Qafqazın nəqliyyat xəritəsini dəyişmir; düzgün planlaşdırma aparılarsa, Ərzurumu Palandökən üzərindən regional logistika mərkəzinə çevirə biləcək yeni bir imkan təqdim edir. Bəzi nəqliyyat layihələri var ki, yalnız iki nöqtəni bir-birinə bağlamır, coğrafiyanın iqtisadi mənasın
05.10.2026 256