İnsanları Yaxınlarının Adından Göndərilən Saxta Mesajlar: Sosial Şəbəkələrdə Pul Fırıldaqları Artır
Son zamanlar sosial şəbəkələrdə insanların yaxınlarının adından mesajlar göndərilərək pul tələb olunması halları getdikcə artıb. Belə mesajlarda adətən tanış birinin adı istifadə olunur və qısa, təcili yardım tələb edən tonla yazılır ki, alıcı dərhal reaksiya versin. Bu fırıldaqlar yalnız fərdlərə maddi ziyan vurmaqla qalmır, həm də ailələr arasında etibar məsələlərini sarsıda, insanların yaxınlarının hesablarına olan inamını azalda bilir. Hadisələrin artması göstərir ki, onlayn ünsiyyətdə hər kəs diqqətli olmalı, mesajların mənbəyini dəqiqliklə yoxlamalı və şübhəli hallarda heç bir maliyyə əməliyyatı etməməlidir. Bu tendensiya həm fərdi təhlükəsizlik, həm də sosial etibar baxımından ciddi bir problem olaraq qalır.
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, bu əslində kibercinayətkarlığın bir növüdür. Onun sözlərinə görə, onlar adətən hər hansısa bir şəxsin sosial şəbəkə hesabını oğurlayırlar: "Hesab oğurlandıqdan sonra, onlar başlayırlar həmin şəxsin yaxınlarına yazmağa. Təbiiki sosial şəbəkə hesabının oğurlanması özü kibercinayətdir. Sonradan həmin şəxsin adından onun yaxınlarına yazmaq bu ayrıca bir cinayətdir. Üstəlik həmin şəxsin adından yaxınlarından pulda alırlarsa, bu artıq maddi ziyanın vurulmasıdır. Bununla bağlı vətəndaşlar təbiiki polisə müraciət etməlidirlər. Sadəcə olaraq həmin şəxsləri tapmaq çox çətin məsələdir.
Yəni bir qayda olaraq, onlar heç Azərbaycanda deyillər. Onlar Azərbaycanda deyilsə, polis onları necə axtarıb tapsın? Bunu vətəndaşlarımız nəzərə almalıdılar ki, onları tapmaq çox çətin məsələdir. Vətəndaşlar birincisi sosial şəbəkə hesablarının oğurlanmasına imkan verməməlidirlər. Yəni onlara müraciət edən tanımadıqları adama heç bir şəxsi məlumatlarını verməməlidirlər. Əgər insanlara tanıdıqları profildən kimsə nəsə yazırsa, birinci növbədə bu hiss olunur ki, bu yazı o adamın yazı üslubu deyil. Belə olduğu halda dərhal həmin profili blok etmək lazımdır və həmin şəxsədə xəbər vermək lazımdır ki, sənin profilin oğurlanıb".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 717 Tarix: 15 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Belə kişidən boşanmaq lazımdır"
Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:
05.10.2026 253 "Altın Çocuk" vəfat etdi
Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse
05.10.2026 201 "Ailəm tamaşaçıya gizli qalmalıdır"
Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənməsi ilə bağlı suala cavab verib. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib. N.Növrəsli qeyd edib ki, efirə çıxdığı ilk gündən ailəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşməyib:
05.10.2026 263 Sentyabrda metrodan 14 milyondan çox sərnişin istifadə edib
Sentyabrda sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər. Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən "Xocəsən" və "Avtovağzal" stansiyalarından ay sonuna qədər ümumilikd
05.10.2026 161 Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"
"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa
05.10.2026 225 Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib
Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu
05.10.2026 207 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi
Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca
05.10.2026 202 Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməyib. Bu barədə -a DİM-dən məlumat verilib. Bildirilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmu
05.10.2026 170 Zəngəzurdan Palandökənə
Zəngəzur dəhlizi yalnız Qafqazın nəqliyyat xəritəsini dəyişmir; düzgün planlaşdırma aparılarsa, Ərzurumu Palandökən üzərindən regional logistika mərkəzinə çevirə biləcək yeni bir imkan təqdim edir. Bəzi nəqliyyat layihələri var ki, yalnız iki nöqtəni bir-birinə bağlamır, coğrafiyanın iqtisadi mənasın
05.10.2026 256