Jurnalistlərin ictimailəşdirdiyi problemlər niyə həllini tapmır? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Jurnalistlərin ictimailəşdirdiyi problemlər niyə həllini tapmır? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMASon vaxtlar mediada bir məsələ açıq şəkildə hiss olunur: təsir gücü əvvəlki kimi deyil. Vaxtilə bir xəbər, bir yazı cəmiyyətdə səs-küy yaradırdısa, indi eyni mövzu sadəcə oxunur və ötüb keçir. Məsələ ictimailəşir, amma bunun real nəticəsi olmur. Nə ciddi reaksiya verilir, nə də problem yerindən tərpənir. Bu zəifləmə təkcə rəsmi qurumların laqeydliyi ilə bağlı deyil. Ümumiyyətlə, medianın sözünün çəkisi azalıb. Jurnalistin yazdığına, verdiyi suala əvvəlki diqqət göstərilmir.

Elə bil media artıq proseslərin içində yox, kənarında qalıb. Bəzən bu vəziyyət özünü xırda, amma düşündürücü detallarda da göstərir. Məsələn, jurnalist hansısa tədbirdə sadə işini görmək istəyir, amma qarşısına hörmətsiz münasibət çıxır. Bu cür hallar təsadüfi deyil, medianın ümumi vəziyyətinin göstəricisidir. İnformasiya indi çoxdur, xəbər boldur, amma təsir azdır. Mövzular tez dəyişir, gündəm sürətlə unudulur. Media yazır, cəmiyyət oxuyur, amma məsələ oradaca dayanır. Elə buna görə də "media zəifdir" demək bəlkə düzgün olmaz, amma təsir gücünün azaldığını danmaq da çətindir. Bu, zamanla formalaşan bir prosesdir və onu bir yazı ilə dəyişmək mümkün deyil. Amma reallıq budur: media danışır, səsi var, sadəcə əvvəlki kimi eşidilmir.
Jurnalistlərin ictimailəşdirdiyi problemlər niyə həllini tapmır? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, son dövrlər mediaya münasibətlə bağlı bu tip fikirlər səslənir və etiraf edək ki, ayrı-ayrı hallarda jurnalistlərə qarşı etikadan kənar davranışlar da müşahidə olunur. Onun sözlərinə görə, bəzən hansısa məmurun özü yox, ətrafındakı şəxslər - mühafizəçi, köməkçi və ya tədbir təşkilatçıları - mediaya qarşı aqressiv davranış sərgiləyirlər: "Bu hallar yolverilməzdir və istər hüquqi, istərsə də mənəvi baxımdan qəti şəkildə qınanmalıdır.

Amma bütövlükdə "məmurlar artıq mediadan çəkinmir" kimi ümumi yanaşma ilə razı deyiləm. Çünki bu, reallığı tam əks etdirmir. Azərbaycan mediası xüsusilə İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı diplomatik proseslərdə dövlətçilik baxımından olduqca məsuliyyətli, peşəkar və aktiv mövqe nümayiş etdirdi. İnformasiya müharibəsində media faktiki olaraq ön cəbhədə idi və bu, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə etiraf olundu.

Digər tərəfdən, Prezident İlham Əliyev dəfələrlə açıq şəkildə bildirib ki, ölkədə mövcud problemlərin bir hissəsini məhz media vasitəsilə öyrənir və həmin məlumatlar əsasında operativ qərarlar qəbul olunur. Bu, mediaya formal deyil, real münasibətin göstəricisidir. Əgər media təsirsiz olsaydı, dövlət başçısı bunu açıq etiraf etməzdi.

Bu gün Azərbaycanda mediaya dövlət səviyyəsində sistemli diqqət və qayğı mövcuddur. MEDİA Agentliyinin yaradılması, jurnalistlərin sosial müdafiəsi, media subyektlərinin institusional inkişafına dəstək mexanizmləri, eyni zamanda Mətbuat Şurasının özünütənzimləyici qurum kimi fəaliyyəti bunu açıq şəkildə göstərir. Yəni problem mediasızlıqda yox, daha çox media-ictimaiyyət-məmur münasibətlərində bəzən yaranan fərdi davranış böhranlarındadır.

Burada əsas məsələ ondan ibarətdir ki, mediaya hörmətsizlik edən hər kəs - istər məmur, istərsə də hansısa tanınmış şəxsin mühafizəçisi olsun - bilməlidir: jurnalist şəxsi marağı üçün yox, ictimai maraq naminə fəaliyyət göstərir. Media dövlətin və cəmiyyətin düşməni deyil, əksinə, problemləri üzə çıxaran və onların həllinə təkan verən mexanizmdir.

Ona görə də bu cür halları sistem problemi kimi deyil, konkret məsul şəxslərin davranışı kimi qiymətləndirmək daha doğrudur. Eyni zamanda media nümayəndələri də öz peşə etikası, davranış mədəniyyəti və hüquqi çərçivə daxilində fəaliyyət göstərməli, mövqelərini peşəkarlıqla qorumağı bacarmalıdırlar.

Sonda qeyd edim ki, güclü dövlət güclü mediadan qorxmur. Azərbaycan dövləti də bunu dəfələrlə sübut edib. Media ilə münasibətlərin sağlamlaşması isə qarşılıqlı hörmət, hüquqi mexanizmlər və peşəkar məsuliyyət üzərində qurulmalıdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 764   Tarix: 16 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?

Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən

05.10.2026 159
.

İbrahim Borçalının evində toy olacaq

Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub

05.10.2026 338
.

"Altın Çocuk" vəfat etdi

Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse

05.10.2026 201
.

Dünya üçün kritik mənzərə: Planetar sərhədlərdən yeddisi təhlükəsiz zonadan kənardadır

İqlimdən şirin su ehtiyatlarına, okeanlardan biomüxtəlifliyə qədər Yer kürəsində həyatı təmin edən əsas sistemlər getdikcə daha çox təzyiq altında qalır. Qaynarinfo xəbər verir ki, Potsdam İqlim Təsirləri Araşdırmaları İnstitutunun nəzdində fəaliyyət göstərən Planetar Sərhədlər Elmi Laboratoriyasını

05.10.2026 131
.

"İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis his

05.10.2026 316
.

Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan

Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd

05.10.2026 171
.

Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib

Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu

05.10.2026 207
.

Rusiyada taun xəstəliyi yayılır?

Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2

05.10.2026 237
.

"Yeşilçam"ın tanınmış aktyoru vəfat etdi

Türkiyənin tanınmış aktyoru, Yeşilçamın "Altın Çocuk" ləqəbli sənətçisi Göksəl Arsoy 90 yaşında vəfat edib. Türkiyə mediasına istinadla xəbər verir ki, Arsoy "Kara Günlerim", "Samanyolu", "Taş Bebek" kimi filmlərdə yaratdığı obrazlarla yadda qalıb. O, 1957-ci ild

05.10.2026 210
.