MİQ-in ödənişli edilməsi: Müəllimliyə girişdə strateji səhv
"MİQ imtahanının ödənişli edilməsi əslində texniki qərar deyil, müəllim peşəsinə baxışın dəyişdirilməsidir və bu dəyişiklik ciddi şəkildə problemli yanaşmadır. Burada əsas məsələ imtahanın təşkili xərci yox, dövlətin müəllim seçimini sosial məsuliyyət kimi qoruyub-qorumamasıdır. Müəllim işə qəbulu bazar xidməti deyil, strateji dövlət funksiyasıdır. Bu funksiyanın üzərinə ödəniş etiketi qoymaq müəllimliyə girişin mahiyyətini zəiflədir".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
O, qeyd edib ki, imtahanın pullu olması keyfiyyəti avtomatik artırmır. Keyfiyyət sualın məzmunu, ölçmə mexanizminin elmi əsasları, obyektiv qiymətləndirmə və nəticələrin təhlili ilə formalaşır. İmtahan infrastrukturunun illərdir mövcud olduğu, kompüterlərin uzunmüddətli istifadə edildiyi, imtahan binalarının dövlətə məxsus olduğu şəraitdə "xərc" arqumenti inandırıcı deyil. Burada real qənaət yox, məsuliyyətin namizədin üzərinə ötürülməsi var:
"Ödəniş iştirakçı sayını azaldacaq və bu azalma keyfiyyətli seleksiya yox, sosial süzgəc rolunu oynayacaq. Maddi imkanı zəif olan, regionlarda yaşayan, bir neçə dəfə cəhd etmək məcburiyyətində qalan namizədlər sistemdən sıxışdırılacaq. Nəticədə imtahana girməyənlərin hamısı zəif yox, sadəcə ödəniş baryerini keçə bilməyənlər olacaq. Bu isə müəllim seçimini obyektivlikdən uzaqlaşdırır və potensiallı namizədlərin bir hissəsini prosesdən əvvəlcə itirir.
Ən ciddi problem müəllim peşəsinin dəyəri ilə bağlıdır. Maaşı orta göstəricidən aşağı olan, sosial statusu hələ də tam bərpa edilməmiş bir peşəyə giriş üçün pul tələb etmək ziddiyyətlidir. Dövlət bir tərəfdən müəllim çatışmazlığından danışır, digər tərəfdən həmin çatışmazlığı dərinləşdirən mexanizm yaradır. Bu yanaşma idarəetmə baxımından strateji səhvdir və uzunmüddətli perspektivdə problemi həll etmir, sadəcə ertələyir.
Bəli, formal iştirakın azalması və imtahan prosesində müəyyən nizam-intizam yaranması müsbət tərəf kimi təqdim edilə bilər. Amma bu, çox zəif arqumentdir. Çünki MİQ-də rəqabət onsuz da kifayət qədər yüksəkdir və problem "çox adamın girməsi" yox, "yaxşı müəllimin seçilməsi"dir. Bu hədəfə isə ödəniş yox, məzmun və qiymətləndirmə islahatı ilə çatmaq olar.
Bu qərarla imtahanın statusu dəyişir: MİQ dövlətin kadr seçimi mexanizmindən tədricən ödənişli prosedura çevrilir. Psixoloji olaraq "pul verdim, haqqım var" yanaşması formalaşır ki, bu da həm etik, həm də institusional baxımdan təhlükəlidir. Əgər bu xətt davam edərsə, sabah müəllimlik peşəsinə giriş tamamilə kommersiya elementləri ilə ölçülən prosesə çevrilə bilər.
Əsl dəyişiklik ödənişdə yox, müəllim hazırlığı və seçiminin keyfiyyətində olmalıdır. İmtahanın pullu edilməsi problemi həll etmir, sadəcə sistemin çatışmazlıqlarını namizədlərin cibinə transfer edir. Bu isə nə ədalətlidir, nə də təhsilin gələcəyi baxımından qəbul ediləndir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1280 Tarix: 16 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFoto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?
Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən
05.10.2026 159 İbrahim Borçalının evində toy olacaq
Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub
05.10.2026 338 "Altın Çocuk" vəfat etdi
Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse
05.10.2026 201 Dünya üçün kritik mənzərə: Planetar sərhədlərdən yeddisi təhlükəsiz zonadan kənardadır
İqlimdən şirin su ehtiyatlarına, okeanlardan biomüxtəlifliyə qədər Yer kürəsində həyatı təmin edən əsas sistemlər getdikcə daha çox təzyiq altında qalır. Qaynarinfo xəbər verir ki, Potsdam İqlim Təsirləri Araşdırmaları İnstitutunun nəzdində fəaliyyət göstərən Planetar Sərhədlər Elmi Laboratoriyasını
05.10.2026 131 "İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?
Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis his
05.10.2026 316 Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan
Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd
05.10.2026 171 Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib
Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu
05.10.2026 207 Rusiyada taun xəstəliyi yayılır?
Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2
05.10.2026 237 "Yeşilçam"ın tanınmış aktyoru vəfat etdi
Türkiyənin tanınmış aktyoru, Yeşilçamın "Altın Çocuk" ləqəbli sənətçisi Göksəl Arsoy 90 yaşında vəfat edib. Türkiyə mediasına istinadla xəbər verir ki, Arsoy "Kara Günlerim", "Samanyolu", "Taş Bebek" kimi filmlərdə yaratdığı obrazlarla yadda qalıb. O, 1957-ci ild
05.10.2026 210