Ermənistan-Azərbaycan münasibətləri: Sülhün psixoloji mərhələsi
"Paşinyan Ermənistan və Azərbaycan cəmiyyətlərinin sülh məsələsini birmənalı şəkildə qəbul edə bilməsi üçün illər lazım olduğunu bildirib. Bu fikirləri ayrıca və emosional şəkildə qiymətləndirmək yersiz olardı. Məsələyə daha geniş prizmadan baxdıqda görürük ki, ortada təkcə 30 illik münaqişə yox, kökləri yüz ildən artıq dövrə gedib çıxan konflikt mövcuddur".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
O, qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi zahirən ərazi problemi kimi təqdim olunsa da, son iki əsrdə baş verən hadisələr onun əsasən etnik qarşıdurma kontekstində formalaşdığını göstərir. Bu qədər uzunmüddətli ədavətin bir və ya bir neçə il ərzində aradan qalxmasını gözləmək real deyil. Bu məsələyə fərqli yanaşmaq sadəlövhlük olardı:
"Dövlətlər arasında münasibətlərin normallaşması, gələcəkdə Azərbaycandan Ermənistana enerji məhsullarının satışı kimi addımlar sülh sazişi yolunda mühüm mərhələlərdir. Lakin sülh sazişi imzalansa belə, hər iki xalqın sülhün gətirdiyi öhdəliklərə uyğunlaşması üçün ən azı 10 il vaxt tələb olunacaq. Bu da normal qəbul edilməlidir.
Bu mərhələdə hər iki cəmiyyət daha ehtiyatlı davranmalı və maarifləndirici proseslər gücləndirilməlidir. Xüsusilə Ermənistanda bu istiqamətdə ciddi iş aparılmasına ehtiyac var. Azərbaycan cəmiyyəti tarixən daha praqmatik mövqe nümayiş etdirib və sülhün öhdəliklərinə adaptasiya prosesi Ermənistana nisbətən daha rahat keçə bilər.
Ermənistanda isə daxili siyasi gərginlik, dövlətlə kilsə arasında mövcud olan ziddiyyətlər sülh sazişinin cəmiyyət tərəfindən qəbulunu çətinləşdirir. Paşinyanın bu mövqeyi də məhz mövcud reallıqlardan qaynaqlanır. O, çıxışı ilə öz cəmiyyətini ehtiyatlı davranmağa və emosional gözləntilərdən uzaq olmağa çağırır.
Ümumilikdə sülh prosesi çərçivəsində atılan addımlar düşünülmüş və zəruri addımlardır. Əsas məsələ bu prosesi tələsmədən, ictimai psixologiyanı nəzərə alaraq davam etdirməkdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 784 Tarix: 16 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFoto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?
Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən
05.10.2026 159 İbrahim Borçalının evində toy olacaq
Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub
05.10.2026 338 "Altın Çocuk" vəfat etdi
Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse
05.10.2026 201 Dünya üçün kritik mənzərə: Planetar sərhədlərdən yeddisi təhlükəsiz zonadan kənardadır
İqlimdən şirin su ehtiyatlarına, okeanlardan biomüxtəlifliyə qədər Yer kürəsində həyatı təmin edən əsas sistemlər getdikcə daha çox təzyiq altında qalır. Qaynarinfo xəbər verir ki, Potsdam İqlim Təsirləri Araşdırmaları İnstitutunun nəzdində fəaliyyət göstərən Planetar Sərhədlər Elmi Laboratoriyasını
05.10.2026 131 "İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?
Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis his
05.10.2026 316 Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan
Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd
05.10.2026 171 Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib
Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu
05.10.2026 207 Rusiyada taun xəstəliyi yayılır?
Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2
05.10.2026 237 "Yeşilçam"ın tanınmış aktyoru vəfat etdi
Türkiyənin tanınmış aktyoru, Yeşilçamın "Altın Çocuk" ləqəbli sənətçisi Göksəl Arsoy 90 yaşında vəfat edib. Türkiyə mediasına istinadla xəbər verir ki, Arsoy "Kara Günlerim", "Samanyolu", "Taş Bebek" kimi filmlərdə yaratdığı obrazlarla yadda qalıb. O, 1957-ci ild
05.10.2026 210