Məktəblərdə üç fənn BİRLƏŞİR
Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında 2026-2030-cu illər ərzində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə və Azərbaycanın mədəni dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməsi nəzərdə tutulur.
Maraqlıdır ki, bu fənnin adı nə ola bilər? Hansı ixtisası bitirən müəllimlər bu fənni tədris edə bilər? Ümumiyyətlə, bu fənn hansı siniflərdə tədris olunmalıdır?
Bu barədə AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova danışıb.
O, qeyd edib ki, bu, gələcək nəsillərin dünyagörüşünü formalaşdıran canlı bir mexanizmdir:
"Bu Konsepsiyanın mahiyyətini düzgün anlamaq üçün ilk növbədə Cənab Prezident İlham Əliyevin mədəniyyətə və milli dəyərlərə dair formalaşdırdığı uzunmüddətli baxış bucağına diqqət yetirmək lazımdır. Prezident öz çıxışlarında dəfələrlə vurğulayıb ki, mədəniyyət hər bir xalqın kimliyini yaşadan əsas dayaqlardan biridir və dövlətçilik ənənələrinin davamlılığı məhz bu mənəvi sütunlar üzərində qurulur. Onun yanaşmasına görə, milli mədəniyyət yalnız qorunmalı miras deyil, eyni zamanda gələcək nəsillərin dünyagörüşünü formalaşdıran canlı bir mexanizmdir.
Bu baxımdan "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyası sadəcə mədəniyyət sahəsi üzrə strateji sənəd deyil, həm də təhsil, ictimai düşüncə və milli kimlik arasında körpü yaradan fundamental bir yol xəritəsidir. Xüsusilə 2026-2030-cu illər üçün nəzərdə tutulan mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi ideyası Prezidentin "milli dəyərlərə söykənən, eyni zamanda müasir düşüncəli cəmiyyət" modelinin praktik təzahürü kimi qiymətləndirilə bilər".
Bu addım gənc nəslin tarixə, ədəbiyyata, incəsənətə keçirməyi hədəfləyir:
"Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi, gənclər milli köklərini dərindən tanımalı, eyni zamanda qlobal dünyada öz kimliyini itirmədən rəqabət apara bilməlidir. Məhz bu səbəbdən mədəniyyətin məktəb mühitinə sistemli şəkildə daxil edilməsi təsadüfi deyil. Bu addım gənc nəslin tarixə, ədəbiyyata, incəsənətə, milli-mənəvi dəyərlərə münasibətini formal bilik səviyyəsindən çıxararaq, daxili mənimsəmə və şüurlu dərk mərhələsinə keçirməyi hədəfləyir.
Eyni zamanda, bu Konsepsiya Prezidentin mədəniyyəti yalnız paytaxt mərkəzli deyil, regionları, yerli irsi, xalq yaradıcılığını və çoxşaxəli mədəni müxtəlifliyi əhatə edən ümummilli dəyər kimi görməsinin də göstəricisidir. Təhsil müstəvisində mədəniyyətin yer alması regionlarda böyüyən uşaqların öz mühitinə, yerli adət-ənənələrinə və tarixi yaddaşına daha şüurlu yanaşmasını təmin edə bilər.
Bu mənada Konsepsiyada nəzərdə tutulan yeni fənnin tətbiqi Prezidentin mədəniyyəti gələcəyə ötürülən strateji kapital kimi dəyərləndirməsinin məntiqi davamıdır və düşünürəm ki, bu yanaşma Azərbaycan təhsilinin məzmun baxımından daha dərin, daha kimlikyönümlü və daha dayanıqlı inkişafına ciddi töhfə verəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1451 Tarix: 17 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Neptun"dakı endirim narazılıq yaratdı - Foto
"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını
05.10.2026 244 "Altın Çocuk" vəfat etdi
Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse
05.10.2026 201 Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməyib. Bu barədə -a DİM-dən məlumat verilib. Bildirilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmu
05.10.2026 170 Sevgidə bəxti gətirməyən 6 məşhur qadın - SİYAHI
Şöhrət, uğur və milyonlarla pərəstişkar şəxsi həyatda xoşbəxtliyə zəmanət vermir. Cennifer Lopez, Madonna və digər məşhur qadınların sevgi həyatı buna nümunə göstərilir. xarici KİV-ə istinadla xəbər verir ki, uğursuz evliliklər, xəyanətlər, ağır ayrılıqlar və yarımçıq qalan münasibətlər sözügedən məşhurları
05.10.2026 212 Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"
"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa
05.10.2026 225 Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - Fotolar-Yenilənib
Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. *. Əvvəlcə dövlət başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhmə
05.10.2026 352 Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla
05.10.2026 252 Övladlığagötürmə ilə bağlı qaydalarda dəyişiklik - Prezident Fərman imzaladı
"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"na dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Preziden
05.10.2026 183 Prezidentin sosial şəbəkə hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı - Paylaşım
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:
05.10.2026 156