Tarixdə ilk dəfə: İt aktyorluq oyununa görə mükafat aldı

Tarixdə ilk dəfə: İt aktyorluq oyununa görə mükafat aldıTarixdə ilk dəfə olaraq rəsmi şəkildə aktyorluq ustalığına görə bir it mükafat qazandı. "İndi" ləqəbli retriver "Astra" mükafatının qorxu filmində ən yaxşı rol nominasiyası üzrə laureatı oldu.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, İndinin qələbəsinə 2025-ci ildə çəkilən "Yaxşı oğlan" (Good Boy) filmində iştirakı səbəb olub. Ssenariyə əsasən, it sahibini qorumaq üçün fövqəltəbii qüvvələrlə mübarizə aparır. İndinin oyunu o qədər yüksək qiymətləndirilib ki, onu "öz nəslinin ən emosional aktyorlarından biri növündən asılı olmayaraq" adlandırıblar.

Qorxu və ya triller kateqoriyasında aldığı "Astra" mükafatı heyvanın aktyorluq istedadının bu səviyyədə ilk dəfə tanınması kimi tarixə düşüb. Filmin rejissoru Ben Leonberq olub və o, eyni zamanda İndinin sahibidir. Onun sözlərinə görə, 2017-ci ildə həyat yoldaşı, prodüser Kari Fişer ilə birlikdə balanı ailəyə götürəndə onu kino ulduzu etməyi planlaşdırmırdılar.

"Üç il çəkilişlər ərzində İndiyə bir dəfə də olsun qrim və saç düzümü lazım olmadı", -Leonberq zarafatla bildirib.

O, həmçinin əlavə edib ki, it bu müddətdə sanki heç qocalmayıb.

İndi "Nova Scotia Duck Tolling Retriever" (yəni "toller") cinsinə aiddir. Bu cins ördək ovuna görə yetişdirilib, buna görə də yüksək intellekt, aktivlik və insanla sıx əməkdaşlıq qabiliyyəti ilə seçilir. Məhz bu keyfiyyətlər ağıl və asan öyrədilmə uğurlu çəkilişlərin əsas amili olub. İndi sadəcə əmrləri yerinə yetirmir, o, həqiqətən bu işdən zövq alırdı.

Heyvanlar filmlərdə necə çəkilir?

İndi təbii istedad göstərsə də, mütəxəssislər qeyd edirlər ki, kadrlarda heyvanların işi ciddi hazırlıq prosesinin nəticəsidir. Adətən kino istehsalında peşəkar təlimçilərin (dresajçıların) cəlb olunması tələb olunur. Hərəkət tutma (motion capture) üzrə mütəxəssis Çaba Kevari izah edir ki, heyvanın çəkilişlərə hazırlanması 2-3 ay davam edir.

Bu müddətdə dördayaqlı "aktyorlar" kameralara, bədənlərindəki markerlərə alışır və çəkiliş meydançasında təbii şəkildə hərəkət etməyi öyrənirlər. Alimlər isə vurğulayırlar ki, İndinin uğuru yalnız cinslə bağlı deyil.

2022-ci il araşdırmaları təsdiqləyir: genetika itaətkarlığa meyli təsir etsə də, əsas rolu tərbiyə, mühit və heyvanın fərdi xüsusiyyətləri oynayır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 795   Tarix: 19 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib

Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu

05.10.2026 194
.

Sevgidə bəxti gətirməyən 6 məşhur qadın - SİYAHI

Şöhrət, uğur və milyonlarla pərəstişkar şəxsi həyatda xoşbəxtliyə zəmanət vermir. Cennifer Lopez, Madonna və digər məşhur qadınların sevgi həyatı buna nümunə göstərilir. xarici KİV-ə istinadla xəbər verir ki, uğursuz evliliklər, xəyanətlər, ağır ayrılıqlar və yarımçıq qalan münasibətlər sözügedən məşhurları

05.10.2026 155
.

Salfetlər üzərində yazılan hitlər: məşhur mahnıların hekayələri

Bəzən dünya hitinə çevrilən mahnıların yaranması üçün nə böyük studiya, nə də uzun hazırlıq lazım olur. Məşhur musiqiçilərin bəzi əsərləri restoranda, barda, salfet üzərində, hətta pizza qutusunda yazılıb. xarici KİV-ə istinadla xəbər verir ki, aşağıda adları qeyd edilən və illərdir dinlənilən məşhu

05.10.2026 140
.

Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə

Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib. Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronq

05.10.2026 1
.

"Ailəm tamaşaçıya gizli qalmalıdır"

Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənməsi ilə bağlı suala cavab verib. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib. N.Növrəsli qeyd edib ki, efirə çıxdığı ilk gündən ailəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşməyib:

05.10.2026 230
.

İbrahim Borçalının evində toy olacaq

Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub

05.10.2026 298
.

Sentyabrda metrodan 14 milyondan çox sərnişin istifadə edib

Sentyabrda sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər. Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən "Xocəsən" və "Avtovağzal" stansiyalarından ay sonuna qədər ümumilikd

05.10.2026 1
.

Rusiyada taun xəstəliyi yayılır?

Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2

05.10.2026 226
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

05.10.2026 1
.