İctimai nəqliyyatda bu şəxslər üçün güzəştlər ola bilər

İctimai nəqliyyatda bu şəxslər üçün güzəştlər ola bilərHazırda ictimai nəqliyyatda güzəştli istifadə hüququ olan kateqoriyalar kifayət qədər məhduddur. Hesab edirəm ki, bu siyahı mərhələli şəkildə genişləndirilməlidir. Çünki güzəştlərə real ehtiyacı olan əsas sosial qruplar mövcuddur.

Axar.az Bakı.vs-ə istinadla xəbər verir ki, bu barədə Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, güzəştli kateqoriyaya tələbələr, təqaüdçülər, müharibə veteranları və digər həssas kateqoriyalar daxildir:

"Bu qruplar üçün güzəştlərin tətbiqi mexanizmi artıq formalaşma mərhələsinə daxil olub.

Bu ildən etibarən ictimai nəqliyyatda brutto müqavilə sisteminə keçid prosesi başlanır. Rəsmi olaraq bu keçid üçün 2026-2028-ci illəri əhatə edən iki illik müddət müəyyən edilib. Ancaq düşünürəm ki, sosial təsiri nəzərə alınaraq bu proses sürətləndirilməlidir.

Keçidin baş tutması üçün həllini gözləyən bir sıra vacib məqamlar var. Əsas məsələlərdən biri nağd ödənişlə işləyən avtobusların tam şəkildə nağdsız sistemə keçməsidir. Nağdsız ödənişin BakıKart üzərindən həyata keçirilməsi artıq metro ilə inteqrasiya olunub və bu, avtobus nəqliyyatında da effektiv şəkildə tətbiq edilə bilər".

Rauf Ağamirzəyevin fikrincə, beynəlxalq təcrübə göstərir ki, sosial güzəştlərin tətbiqi üçün məhz brutto kontrakt modeli ən uyğun mexanizmdir:

"Bu modeldə güzəştlərin reallaşdırılması üçün bütün alətlər mövcuddur. Sadəcə olaraq, qeyd olunan texniki və inzibati çatışmazlıqlar aradan qaldırılmalıdır.

Brutto müqavilələr çərçivəsində yalnız güzəştli gedişlər deyil, eyni zamanda günlük, aylıq və illik bilet paketləri, eləcə də 90 dəqiqəlik pulsuz keçid imkanlarının tətbiqi nəzərdə tutulur. Bu yanaşma həm sosial qruplar üçün güzəştləri genişləndirir, həm də ümumilikdə vətəndaşların nəqliyyat xərclərinin optimallaşdırılmasına real zəmin yaradır.

Nəticə etibarilə, düşünürəm ki, bu il ərzində proses daha sürətli icra olunmalıdır ki, xüsusilə həssas əhali qruplarının ictimai nəqliyyat xərcləri azaldılsın və sosial ədalət prinsipi daha effektiv şəkildə təmin edilsin".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 950   Tarix: 19 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib

Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu

05.10.2026 194
.

Sevgidə bəxti gətirməyən 6 məşhur qadın - SİYAHI

Şöhrət, uğur və milyonlarla pərəstişkar şəxsi həyatda xoşbəxtliyə zəmanət vermir. Cennifer Lopez, Madonna və digər məşhur qadınların sevgi həyatı buna nümunə göstərilir. xarici KİV-ə istinadla xəbər verir ki, uğursuz evliliklər, xəyanətlər, ağır ayrılıqlar və yarımçıq qalan münasibətlər sözügedən məşhurları

05.10.2026 155
.

Salfetlər üzərində yazılan hitlər: məşhur mahnıların hekayələri

Bəzən dünya hitinə çevrilən mahnıların yaranması üçün nə böyük studiya, nə də uzun hazırlıq lazım olur. Məşhur musiqiçilərin bəzi əsərləri restoranda, barda, salfet üzərində, hətta pizza qutusunda yazılıb. xarici KİV-ə istinadla xəbər verir ki, aşağıda adları qeyd edilən və illərdir dinlənilən məşhu

05.10.2026 140
.

Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə

Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib. Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronq

05.10.2026 1
.

"Ailəm tamaşaçıya gizli qalmalıdır"

Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənməsi ilə bağlı suala cavab verib. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib. N.Növrəsli qeyd edib ki, efirə çıxdığı ilk gündən ailəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşməyib:

05.10.2026 230
.

İbrahim Borçalının evində toy olacaq

Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub

05.10.2026 298
.

Sentyabrda metrodan 14 milyondan çox sərnişin istifadə edib

Sentyabrda sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər. Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən "Xocəsən" və "Avtovağzal" stansiyalarından ay sonuna qədər ümumilikd

05.10.2026 1
.

Rusiyada taun xəstəliyi yayılır?

Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2

05.10.2026 226
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

05.10.2026 1
.