ChatGPT yaradıcısı 2027-ci ilin ortalarına qədər müflis ola bilər

ChatGPT yaradıcısı 2027-ci ilin ortalarına qədər müflis ola bilərAnalitiklər proqnozlaşdırırlar ki, ChatGPT-nin tərtibatçısı olan "OpenAI" gəlirlərini əhəmiyyətli dərəcədə artıra və ya yeni investisiyalar cəlb edə bilməzsə, 2027-ci ilin ortalarına qədər müflisləşmə həddinə çata bilər.

Qaynarinfo xəbər verir ki, "New York Times"ın yazdığına görə, təkcə 2025-ci ildə şirkətin xərcləri təxminən 8 milyard dollar təşkil edib. Proqnozlara əsasən, 2028-ci ilə qədər bu rəqəm 40 milyard dollara qədər yüksələ bilər. Buna baxmayaraq, "OpenAI"ın hələ də tam formalaşmış və davamlı biznes modeli yoxdur. Gözləntilərə görə, şirkət yalnız 2030-cu ildən sonra mənfəətə çıxa bilər.

"OpenAI"ın əsas problemlərindən biri istifadəçilərin böyük hissəsinin çat-botların pulsuz versiyalarından yararlanmasıdır. Bu istifadəçilərin ödəniş etməyə başlamaqdansa, alternativ platformalara keçməsi daha ehtimal olunur. "Google", "Meta" və "Microsoft" kimi iri texnoloji şirkətlərin isə süni intellekt layihələrini maliyyələşdirməyə imkan verən digər stabil gəlir mənbələri mövcuddur. "OpenAI"ın belə bir maliyyə ehtiyatı yoxdur.

Perspektivdə vəziyyətin yaxşılaşması mümkündür. Əgər süni intellekt agentləri istifadəçilərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilsə və asanlıqla əvəzlənən alətlər olmağı dayandırsa, "OpenAI"ın mövqeyi möhkəmlənə bilər. Lakin əsas sual açıq qalır: ChatGPT tərtibatçılarının bu mərhələyə qədər çatmaq üçün kifayət qədər resursu olacaqmı?

"New York Times" analitiki qeyd edir ki, mümkün ssenarilərdən biri kimi maliyyə ehtiyatları tükəndikdən sonra "OpenAI" texnologiya nəhənglərindən biri - məsələn, "Microsoft" və ya "Amazon" tərəfindən satın alına bilər. Onun fikrincə, belə bir nəticə süni intellekt sənayesi üçün fəlakət sayılmamalıdır.

Məqalədə deyilir ki, "OpenAI"ın çöküşü süni intellektin iflası demək olmayacaq. Bu, sadəcə onu yaradan və ən çox reklam edilən şirkətin sonu olacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl "OpenAI" rəsmi olaraq ChatGPT-də daxili reklamların görünəcəyini açıqlayıb. Reklamları söndürmək üçün "ChatGPT Plus", "Pro" və ya "Enterprise" abunəliyi tələb olunacaq. Bundan əvvəl isə platformada tibbi məsləhətlər üçün yeni rejim istifadəyə verilib. İstifadəçilər çat-bota tibbi kartlarını və "Apple Health" və "MyFitness" kimi sağlamlıq tətbiqlərini qoşa bilirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1108   Tarix: 20 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:

05.10.2026 84
.

Dünya üçün kritik mənzərə: Planetar sərhədlərdən yeddisi təhlükəsiz zonadan kənardadır

İqlimdən şirin su ehtiyatlarına, okeanlardan biomüxtəlifliyə qədər Yer kürəsində həyatı təmin edən əsas sistemlər getdikcə daha çox təzyiq altında qalır. Qaynarinfo xəbər verir ki, Potsdam İqlim Təsirləri Araşdırmaları İnstitutunun nəzdində fəaliyyət göstərən Planetar Sərhədlər Elmi Laboratoriyasını

05.10.2026 2
.

Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə

Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib. Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronq

05.10.2026 1
.

Tbilisi merindən Avropaya qarşı sərt ittiham

"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". -ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının ba

05.10.2026 38
.

"Belə kişidən boşanmaq lazımdır"

Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:

05.10.2026 239
.

Anasının fotosunu paylaşıb bunları yazdı

Müğənni Rüfət Axundov Müəllimlər Günü münasibətilə anası Ruhəngiz xanımla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında anası ilə fotosunu paylaşaraq ona duyğusal sözlər ünvanlayıb. R.Axundov qeyd edib ki, anası həm ilk müəllimi, həm də həyatında ən böyük yol göstərəni olub:

05.10.2026 93
.

"İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis his

05.10.2026 284
.

Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"

"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa

05.10.2026 211
.

"Ailəm tamaşaçıya gizli qalmalıdır"

Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənməsi ilə bağlı suala cavab verib. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib. N.Növrəsli qeyd edib ki, efirə çıxdığı ilk gündən ailəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşməyib:

05.10.2026 230
.