Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, MİLYONLAR
Uzun illər daş karxanası sahəsində fəaliyyət göstərmiş sahibkar Məmmədov Ramiz Şirxan oğlu və digərləri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev tərəfindən hədə-qorxu ilə milyonlarla manat maddi ziyana məruz qaldığını iddia edir.
Tribuna.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, uzun müddət "Gülbaxt" daş karxanasında üzlük daşların emalı ilə məşğul olub və həmin dövrdə heç bir dövlət qurumu ilə problemi, eləcə də vergi borcu olmayıb.
Lakin 2005-ci ilin mart ayında 050-211-00-83 nömrəsindən zəng aldıqdan sonra vəziyyət dəyişib.
R. Məmmədov bildirir ki, özünü Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev kimi təqdim edən şəxs onunla karxana barədə danışıb. Sahibkarın iddiasına görə, həmin şəxs Ramiz Mehdiyevin göstərişini əsas gətirərək karxananın fəaliyyətinə nəzarətin özünə keçdiyini bildirib və gəlirlərin onlara verilməsini tələb edib.
Məsələnin mübahisəyə çevrildiyini deyən sahibkar iddia edir ki, ona hədə-qorxu gəlinib, razılaşmadığı təqdirdə həbs ediləcəyi bildirilib. Bir müddət sonra tərəflər arasında görüş baş tutub və sahibkara aylıq 60 min manat ödəniş verəcəyi deyilib. Sahibkarın sözlərinə görə, bu ödənişlər 10 il ərzində davam edib və ümumilikdə milyonlarla manat vəsait hədə-qorxu yolu ilə alınıb.
"7.200.000 manat bütün vergi və rüsumları ödəməkdən imtina edirdi ki, Ramiz müəllim necə lazımdır tapşıracaq hamıya. Mənə orada yarımstansiya qurdurdu. 350 000 manat ora pul qoymuşam. Bütün çəkilən xərcləri də mənim üzərimə yıxdı."
Həmçinin bildirilir ki, karxanada yarımstansiya qurulması üçün 350 min manat xərcləyib, bütün texniki və maliyyə məsuliyyəti onun üzərində qalıb, gəlirlər isə digər tərəf vasitəsilə özlərinə götürülüb. Eyni zamanda Ramiz Mehdiyevin Tbilisi prospektində yerləşən villasının daş üzlənməsi işlərinə də 80 min manat vəsait xərclədiyini iddia edir.
Sahibkarın sözlərinə görə, bu illər ərzində onun adına 430 min manat vergi borcu yaranıb, fəaliyyətini dayandırdığı halda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 600 min manat cərimə ödəməyə məcbur olub. Nəticədə bütün əmlakını, o cümlədən avtomobillərini və övladları üçün aldığı evləri satıb.
Hazırda banklara və müxtəlif şəxslərə təxminən 5 milyon manat borcu olduğunu deyən şikayətçi səhhətində ciddi problemlər yarandığını, işləmə qabiliyyətini itirdiyini və çıxış yolu görmədiyini bildirir.
O, həmçinin qeyd edir ki, firmasında icraçı direktor vəzifəsində çalışmış Quliyev Samir Sabir oğlu tərəfindən aparılan gizli video və səs yazıları mövcuddur. Sahibkar iddia edir ki, bu materiallar gələcəkdə sübut kimi təqdim oluna bilər.
Qeyd edək ki, hal-hazırda karxanada təbii material tükəndiyi üçün fəaliyyət dayandırılıb. Bu səbəbdən dolayı borcları ödəyə bilmirlər.
Ona ümumilikdə Ramiz Mehdiyevin kürəkəni tərəfindən təxminən 9,6 milyon manat maddi ziyan vurulduğunu iddia edir və aidiyyəti qurumlardan araşdırma aparılmasını, vurulmuş ziyanın geri qaytarılmasına kömək göstərilməsini xahiş edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1095 Tarix: 20 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentlə xanımının adından rəsmi nahar verildi - Video - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Kambocanın Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12.10.2026 316 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini
12.10.2026 252 Qanlı gündəliyin 60 illik sirri: Evlilikləri cəmi 30 gün davam etdi!
I Dünya müharibəsində evləndikdən cəmi 30 gün sonra cəbhədə həyatını itirən avstraliyalı əsgərin kədərli hekayəsi düz 60 il sonra zibillikdə tapılan qanlı gündəliyi sayəsində üzə çıxıb. Üzərində güllə dəliyi və qan izləri olan gündəlik yarımçıq qalmış dramatik sevgi hekayəsini və müharibənin naməlu
12.10.2026 174 Boşandıqdan bir həftə sonra eks-xanımının toyuna getdi
Hollivud aktyoru, "Hörümçək-adam" filminin ulduzu Tobi Maquayr keçmiş həyat yoldaşı Cennifer Meyerin toy mərasimini idarə edib. Axşam.az xəbər verir ki, Cennifer milyarder Ceffri Oqunlesi ilə nikah masasına əyləşib. Mərasim Cenniferlə Tobinin rəsmi boşanmalarından cəmi bir həftə sonra olub
12.10.2026 202 Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində
12.10.2026 688 102 tələbə Prezident təqaüdçüsü oldu - Adlar
2026-2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qruplar
12.10.2026 233 Bəşəriyyətin sonu 2100-cü ilədək gələ bilər: İki əsas təhlükə
Bəşəriyyət 2100-cü ilədək süni intellekt (Sİ) və ya nüvə müharibəsi səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "The Lancet" jurnalının XXI əsrdə qlobal sağlamlıq təhdidlərinə həsr olunmuş komissiyasının alimləri məlumat veriblər. "Bioloji silahlarda
12.10.2026 149 Tualet kağızını necə asmaq lazımdır?
Tualet kağızının düzgün yerləşdirilməsi ilk baxışdan əhəmiyyətsiz görünə bilər. Lakin mütəxəssislər bildirirlər ki, rulonun hansı istiqamətdə asılması həm istifadə rahatlığına, həm də gigiyenaya təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, tualet kağızının sərbəst ucunun divara tərəf
12.10.2026 214 Ən dadlı narı necə seçmək olar?
Yetişmiş narlar daha şirin olur və tərkibində daha çox faydalı qida maddələri saxlayır. Şirin, yetişmiş və şirəli narı seçmək üçün bir neçə sadə əlamətə diqqət yetirmək kifayətdir. Mütəxəssislər meyvənin formasına, çəkisinə və qabığının vəziyyətinə xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Dietoloq Steys
12.10.2026 193