Avropa kapitalı ABŞ-dən qaçır - Trampın Qrenlandiya avantürası maliyyə bazarlarını çalxalayır

Avropa kapitalı ABŞ-dən qaçır - Trampın Qrenlandiya avantürası maliyyə bazarlarını çalxalayırABŞ Prezidenti Donald Trampın Avropa müttəfiqlərinə qarşı yenidən səsləndirdiyi gömrük rüsumu təhdidləri və Qrenlandiya ətrafında artan gərginlik bazarlarda "Amerikanı sat" ("Sell America") tendensiyasını yenidən gündəmə gətirib.

"AzPolitika" bildirir ki, bu barədə "Reuters" agnetliyi məlumat yayıb.

Məlumata görə, bazar ertəsi günü mümkün ticarət müharibəsinin yenidən alovlanacağı qorxusu fonunda fond bazarları ciddi təzyiq altında qalıb. Avropa səhm indeksləri 1 faizdən çox ucuzlaşıb, ABŞ-də isə fond fyuçersləri oxşar eniş göstərərək bazarlarda problemin davam edəcəyinə işarə edib.

Agentlik yazır ki, dollar da təzyiq altına düşüb. Buna səbəb Trampın şənbə günü ABŞ-yə Qrenlandiyanı almağa icazə verilənədək bir sıra Avropa ölkələrindən idxal olunan mallara rüsumların artırılacağı ilə bağlı bəyanatı olub. Plana əsasən, fevralın 1-dən 10 faizlik rüsumlar tətbiq ediləcək, iyunun 1-dən isə bu rüsumlar 25 faizə yüksəldiləcək.

Məlumatda bildirilir ki, avro noyabrın sonundan bəri düşdüyü ən aşağı səviyyədən toparlanaraq bahalaşmağa başlayıb. Eyni zamanda funt sterlinq və Skandinaviya valyutaları da möhkəmlənib. "Təhlükəsiz liman" hesab olunan İsveçrə frankı isə son bir ayda dollara qarşı ən böyük gündəlik artıma doğru irəliləyib.

"Insight Investment" şirkətinin valyuta həlləri üzrə rəhbəri Françeska Fornasari bildirib ki, baş verənlər bir çox investorları aktivlərini necə saxlayacaqları barədə ciddi düşünməyə vadar edib. Onun sözlərinə görə, dollar zəifləyə bilər, lakin güclü ABŞ iqtisadiyyatı və səhm bazarı hələ də valyutanı dəstəkləyir.

Analitiklər qeyd edirlər ki, bazar reaksiyaları ötən ilin aprelində Trampın "Azadlıq Günü" rüsumlarından sonra dolların gündəlik təxminən 2 faiz ucuzlaşması ilə müqayisədə hələlik mülayimdir. Bu isə bazarların Trampın sonda gərginliyi azaldacağına ümid etdiyini göstərir.

"Reuters"əlavə edir ki, ABŞ Ali Məhkəməsinin Trampın rüsumlarının qanuniliyinə dair gözlənilən qərarı, eləcə də Avropa paytaxtlarının mümkün cavab addımları vəziyyəti daha da qeyri-müəyyən edir. Avropa İttifaqı ABŞ-yə qarşı cavab rüsumları tətbiq edə və ya indiyədək sınaqdan keçirilməmiş "anti-məcburetmə alətini" işə sala bilər. Bu mexanizm ABŞ-nin dövlət satınalmalarına, investisiyalara, bank fəaliyyətinə və xidmətlər ticarətinə çıxışını məhdudlaşdıra bilər.

"T Rowe Price" şirkətinin portfel meneceri Leonard Kvan bildirib ki, hazırkı mərhələdə baş verənlər "siqnaldan daha çox səs-küyə bənzəyir".

Agentlik xatırladır ki, ABŞ kapital bazarlarının dərinliyi və likvidliyi - təkcə ABŞ Xəzinədarlıq bazarının həcmi 30 trilyon dollardır - beynəlxalq investorlar üçün alternativ axtarışını çətinləşdirir. Bununla belə, "Deutsche Bank"ın məlumatına görə, Avropa ölkələri ABŞ-nin ən böyük kreditorlarıdır və 8 trilyon dollar dəyərində ABŞ səhmləri və istiqrazlarına sahibdirlər.

Bankın valyuta araşdırmaları üzrə qlobal rəhbəri Corc Saravelos bildirib ki, Qərb alyansının geoiqtisadi sabitliyinin ciddi şəkildə sarsıldığı bir şəraitdə avropalı investorların bu rolu davam etdirməsi sual altındadır.

Qeyd olunur ki, 2025-ci ildə dollar əsas valyutalara qarşı təxminən 10 faiz ucuzlaşıb, lakin son aylarda sabitləşib. Hazırda investorlar dollar üzrə cəmi 240 milyon dollar dəyərində müsbət mövqeyə malikdirlər ki, bu da bazar əhval-ruhiyyəsinin yenidən dəyişə biləcəyini göstərir.

"Capital Economics" hesab edir ki, ABŞ rüsumlarından ən çox zərər görəcək ölkələr Böyük Britaniya və Almaniyadır və 25 faizlik rüsum onların iqtisadi artımını 0,2-0,3 faiz azalda bilər. "Reuters"in məlumatına görə, 2025-ci ilin fevral-noyabr aylarında Almaniya şirkətlərinin ABŞ-yə yatırımları əvvəlki illə müqayisədə təxminən iki dəfə azalıb.

"Janus Henderson" şirkətinin portfel meneceri Oliver Blekbörn isə bildirib ki, investorlar arasında iqtisadiyyata həddindən artıq inam mövcuddur və bu da bazarlarda gizli kövrəklik yaradır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 911   Tarix: 20 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:

05.10.2026 84
.

Dünya üçün kritik mənzərə: Planetar sərhədlərdən yeddisi təhlükəsiz zonadan kənardadır

İqlimdən şirin su ehtiyatlarına, okeanlardan biomüxtəlifliyə qədər Yer kürəsində həyatı təmin edən əsas sistemlər getdikcə daha çox təzyiq altında qalır. Qaynarinfo xəbər verir ki, Potsdam İqlim Təsirləri Araşdırmaları İnstitutunun nəzdində fəaliyyət göstərən Planetar Sərhədlər Elmi Laboratoriyasını

05.10.2026 2
.

Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə

Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib. Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronq

05.10.2026 1
.

Tbilisi merindən Avropaya qarşı sərt ittiham

"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". -ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının ba

05.10.2026 38
.

"Belə kişidən boşanmaq lazımdır"

Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:

05.10.2026 239
.

Anasının fotosunu paylaşıb bunları yazdı

Müğənni Rüfət Axundov Müəllimlər Günü münasibətilə anası Ruhəngiz xanımla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında anası ilə fotosunu paylaşaraq ona duyğusal sözlər ünvanlayıb. R.Axundov qeyd edib ki, anası həm ilk müəllimi, həm də həyatında ən böyük yol göstərəni olub:

05.10.2026 93
.

"İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis his

05.10.2026 284
.

Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"

"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa

05.10.2026 211
.

"Ailəm tamaşaçıya gizli qalmalıdır"

Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənməsi ilə bağlı suala cavab verib. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib. N.Növrəsli qeyd edib ki, efirə çıxdığı ilk gündən ailəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşməyib:

05.10.2026 230
.