Hüseyn Əzizoğlunun "Papaq Lounge" da nələr baş verir? Hüzn günündə içki var, məclis var… -Video
"Papaq Lounge"restoranında 20 yanvar hüzn günü niyə tarixə və milli dəyərlərə hörmət olunmur?
Bu kimi halların, tariximizə biganəliyin ifşa olunub qarşısı alınmalıdır….
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə… Həmin gecə Azərbaycan xalqı tarix yazırdı.
Həmin gecə xalq öz müqəddəratını özü həll edirdi. Əliyalın insanlar azğınlaşmış sovet ordusunun tanklarının, silahlarının qarşısına çıxmışdı.
Həmin gecə analar övladlarını, körpələr atalarını, gənc qadınlar həyat yoldaşlarını itirdi. Bu xalq müstəqilliyi şənliklə yox, qanı ilə qazandı. Bu dövlət məclislərlə yox, şəhidlərin cənazələri üzərindən quruldu.
20 Yanvar - Azərbaycan xalqının yaddaşına qanla yazılmış, heç vaxt silinməyəcək bir tarixdir. 20 yanvar hüzn günüdür. Bu gün sükut günüdür. Bu gün hörmət günüdür.
Amma görünən odur ki, bunu hələ də anlamayanlar var.
XALQ olaraq "Papaq Lounge" adlı məkanda "Vur partlasın, çal oynasın" başlıqlı xəbər paylaşmışıq.
Xəbərdə yer alan video görüntülər 19 yanvardan 20 yanvara keçən gecə, saat 03:47-də, məhz "Papaq Lounge"da olan müştərilərdən birinin Tik-tok platformasında açdığı canlı yayım əsasında hazırlanıb. Videoda şəxslərin üzləri bağlanıb masada olan içki məclisində iştirak edən gənclər xarici ölkənin vətəndaşı ola bilər amma və lakin….
Videolarda, içki var, məclis var, əyləncə var, 20 Yanvar gecəsinə zidd olan hər şey açıq-aydın ortadadır.
Bundan sonra özünü "Papaq Lounge"un sahibi kimi təqdim edən blogger Hüseyn Əzizoğlu özünü instagram səhifəsində video paylaşaraq bildirib ki guya məkanda heç bir musiqi olmayıb, məclis keçirilməyib,"Papaq Lounge" 19-dan 20-nə keçən gecə fəaliyyətini dayandırıb.
Hüseyn Əzizoğlu ya gecikir, ya da tələsir.
Biz onu qınamırıq. Çünki onun yaşı 20 Yanvarın nə olduğunu dərindən dərk etməyə yetmir. Hüseyn Əzizoğlu dünyaya gələndə xalq 20 Yanvar şəhidlərinin 5-ci il dönümünü qeyd edirdi, məktəbə gedəndə isə 11 illiyini.
Sadəcə xatırladırıq, 20 Yanvar TikTok üçün kontent deyil, 20 Yanvar PR mövzusu deyil, 20 Yanvar "story"lik gün deyil. Bu gün hüzn günüdür və bu hüznə hörmət etmək hər kəsin borcudur.
Əgər Hüseyn Əzizoğlu israrla iddia edirsə ki, "heç nə olmayıb", "bu böhtandır", "video yalandır" - buyursun.
Meydan açıqdır. Canlı yayım görüntüləri var, videolar mövcuddur, sübutlar ortada, masaların üzərindəki içkilər də tən ortada.
Hansı formada istəyirsinizsə, araşdırılsın.
ƏZİZ Hüseyn Əzizoğlu, 20 Yanvar günü belə hallara yol vermək, İnstagram, TikTok videosu çəkməyə bənzəmir. Bu xalq hər şeyi unuda bilər, amma şəhidlərini heç vaxt.
Qeyd edək hüquq-mühafizə orqanları belə davranış sərgiləyənlərlə bağlı mütəmadi profilaktik tədbirlər keçirir. İnanırıq ki, bu hadisədə qanunvericiliyə uyğun olaraq araşdırılacaq və lazımi tədbirlər görüləcək.
Videoqeydiyyatı aidiyyatı qurumlara təqdim etməyə hazırıq.
Qeyd edək ki, "Papaq Lounge" restoranlar şəbəkəsinin əsl sahibinin kimliyi uzun müddətdətdir müəmmalı qalır apardığımız araşdırmalar zamanı müəyyən məlumatlar bəlli olub. Bu barədə daha ətraflı məlumat veriləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1013 Tarix: 21 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu
Qızıl ticarəti ilə məşğul olan Elnarə Şirməmmədova (Səfərova) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb. İş üzrə 9 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. İttihama görə, E.Şirməmmədov
07.07.2026 348 ABŞ silahları Avropada istehsal edilcək - NATO-nun baş katibi
NATO ölkələri ABŞ-ın "Abrams" tankları, "ATACMS" raketləri və "Stinger" daşınan zenit-raket kompleksləri daxil olmaqla, bir sıra strateji silah sistemlərini birbaşa Avropada istehsal etməyə başlayacaq. Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütt
07.07.2026 147 İyulun sonu ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
İyulun sonunda α-Kaprikornid (Alpha Capricornids) meteor yağışı müşahidə olunacaq. Bakı Dövlət Universtetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilən məlumata görə, meteor axını iyulun əvvəlindən avqustun 15-dək aktiv olacaq və maksimum aktivliyinə iyulun 30-u Bakı vaxt
07.07.2026 168 Müəllimlərin geyimi ilə bağlı layihə III oxunuşdan keçdi
Müəllimlərin geyim tələblərinə dair qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ümumi təhsil haqqında" Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, "Dövlət ümumi təhsi
07.07.2026 318 ABŞ-da Müstəqillik günü şənlikləri 100 nəfərin ölümünə səbəb oldu
ABŞ-da həftəsonu Müstəqillik Günü bayramı ərzində odlu silahdan açılan atəş nəticəsində 100 nəfər ölüb, daha 340 nəfər yaralanıb. -ın xarici mediaya istinadən məlumatına görə, cəmi üç gün ərzində ölkədə 20 kütləvi atışma qeydə alınıb. Bu rəqəm 2021-ci ildən bəri ən yüksək göstəricidir. Gun Violence Archiv
07.07.2026 198 Rutte elan etdi: Donanma yaradılır
Bu gün bir neçə NATO ölkəsi 12 tanker və uzaqmənzilli nəqliyyat təyyarəsindən ibarət donanma yaratmaq üçün çoxmillətli təşəbbüsün bir hissəsi olaraq onlarla "Airbus" təyyarəsinin alınmasını elan edib. xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte NATO Müdafiə Sənayesi Forumunda bildirib
07.07.2026 162 Məişət zorakılığı, təhqir və hörmətsizlik - hansı hallarda mənəvi təzminat tələb oluna bilər?
"Mənəvi zərər fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi mənəvi sarsıntı və ya iztirabdır. Mənəvi zərərə görə kompensasiya isə hüquqazidd hərəkət və ya hərəkətsizlik nəticəsində zərərçəkmiş şəxsin yaşadığı mənəvi sarsıntının və ya iztirabın qismən aradan qaldırılması, pozulmu
07.07.2026 232 Sevinc Hüseynovanın Səidə Bəkirqızına qarşı məhkəmə iddiası rədd edilib - SƏİDƏ BƏKİRQIZININ VƏKİLİNDƏN AÇIQLAMA - ÖZƏL
Blogger Sevinc Hüseynovanın tanınmış teleaparıcı, "Bax Da" və "Əsas TV" kanallarının rəhbəri Səidə Bəkirqızına qarşı qaldırdığı məhkəmə iddiası təmin olunmayıb. Aparıcının vəkili Yaqub Nəcəfli BİG.AZ-a açıqlamasında bildirdi ki, "Sumqayıt Şəhər Məhkəməsində Hüseynova Sevinc Bağma
07.07.2026 369 Tramp Türkiyəyə yola düşdü - Video
ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşüb. "Qafqazinfo" xəbər verir ki, Tramp Merilend ştatındakı Endryus Birləşmiş Hərbi Hava Bazasından "Air Force One" təyyarəsi ilə Ankaraya yola çıxıb. NATO-nu
07.07.2026 193