Qonşu İranla münasibətlər hər zaman diqqət mərkəzindədir

Qonşu İranla münasibətlər hər zaman diqqət mərkəzindədirƏnənəvi Davos İqtisadi Forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər, verdiyi müsahibələr həm iqtisadi və həm də siyasi baxımdan mühüm əhəmiyyətə malikdir. Dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sisteminde oz layiqli yerini tutması üçün vacib şərtlərdən biridir.
Davos səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib. Yanvarın 20-də baş tutan müsahibədə bir çox məsələlərə münasibət bildirən Preziden İlham Əliyev müxbirin Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyıcısı "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi ilə bağlı sualına toxunan ölkə başçısı belə nüfuzlu mükafatı almağın onun üçün şərəf olduğunu və bu mükafatın otuz ildən artıq bir müddət ərzində qanlı münaqişə və müharibədən sonra Qafqazda sülhün qurulması səylərinə verilən qiymət olduğunu bildirib. Qeyd edilib ki, bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Azərbaycan Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırıb. Bundan əlavə, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlanılıb. Ölkə başçısının dediyi kimi: "Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur".
Prezident İlham Əliyev öz müsahibəsində yaxın qonşumuz olan İranla münasibətlərə toxunub. Qeyd edilib ki, "Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur".
Bu gün enerji bazarlarında neftin qiyməti sabitdir və bu ölkəmiz üçün məqbul səviyyədədir. Bu da öz növbəsində, hazırda İran və Venesuelada baş verən hadisələrin neftin qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Ölkə başçısı ümidvar olduğunu bildirib ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək. "Bizim istəyimiz, həqiqətən, bunu görməkdir. Ümid edirəm ki, hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir"- deyə cənab Prezident deyib.

Altay Əliyev - Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 717   Tarix: 21 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:

05.10.2026 84
.

Dünya üçün kritik mənzərə: Planetar sərhədlərdən yeddisi təhlükəsiz zonadan kənardadır

İqlimdən şirin su ehtiyatlarına, okeanlardan biomüxtəlifliyə qədər Yer kürəsində həyatı təmin edən əsas sistemlər getdikcə daha çox təzyiq altında qalır. Qaynarinfo xəbər verir ki, Potsdam İqlim Təsirləri Araşdırmaları İnstitutunun nəzdində fəaliyyət göstərən Planetar Sərhədlər Elmi Laboratoriyasını

05.10.2026 2
.

Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə

Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib. Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronq

05.10.2026 1
.

Tbilisi merindən Avropaya qarşı sərt ittiham

"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". -ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının ba

05.10.2026 38
.

"Belə kişidən boşanmaq lazımdır"

Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:

05.10.2026 239
.

Anasının fotosunu paylaşıb bunları yazdı

Müğənni Rüfət Axundov Müəllimlər Günü münasibətilə anası Ruhəngiz xanımla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında anası ilə fotosunu paylaşaraq ona duyğusal sözlər ünvanlayıb. R.Axundov qeyd edib ki, anası həm ilk müəllimi, həm də həyatında ən böyük yol göstərəni olub:

05.10.2026 93
.

"İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis his

05.10.2026 284
.

Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"

"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa

05.10.2026 211
.

"Ailəm tamaşaçıya gizli qalmalıdır"

Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənməsi ilə bağlı suala cavab verib. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib. N.Növrəsli qeyd edib ki, efirə çıxdığı ilk gündən ailəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşməyib:

05.10.2026 230
.