Məlumatsızlıq bahasına: İstehlakçılar öz imkanlarına baxmayaraq keyfiyyətsiz məhsul alır - SOSİOLOQDAN AÇIQLAMA
Azərbaycanda istehlakçılar gündəlik alış-veriş zamanı öz imkanlarına uyğun keyfiyyətli məhsullar almaq gücünə sahib olmalarına baxmayaraq, çox vaxt maarifləşməyə laqeyd yanaşırlar. Marketlərdə və onlayn platformalarda məhsulların keyfiyyəti, tərkibi və real qiyməti barədə kifayət qədər məlumat olsa da, insanlar bu bilikləri öyrənməyə maraq göstərmir. Nəticədə, vətəndaşlar pul itirir, sağlamlıq və təhlükəsizlik baxımından riskə girir və bazar keyfiyyətli məhsul istehsal etməyə sövq olunmur. Sadə desək, imkanlar mövcuddur, amma istehlakçının maraq və diqqətsizliyi düzgün seçim etməyə əngəl törədir.
Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, bizdə ümumiyyətlə bazar seqmentində manipulyasiya əlamətləri güclüdür. Onun sözlərinə görə, insanlar üçün məhsul satarkən onu maksimum baha qiymətə satmağa çalışırlar: "Ona görə keyfiyyət çeşidindən daha çox təqdimat öz sözünü deyir. Yəni bu istehlak, həm istehsal siferasında, xidmətlərində istehsalında oxşar vəziyyət höküm sürür. Yəni peşəkarlıq və keyfiyyət meyarlarını təmin edən zəruri standartlar, digər göstəricilər arxa planda qalır. Demək olmazki istehlakçılar bunu istəmirlər.
Sadəcə istehlakçıların bu məsələlərə münasibətdə xüsusi seçim imkanları məhduddur. İstehsalçılar isə indiki vəziyyətdə yəni sərhədlərin qapanması və yaxudda azad rəqabət imkanlarının məhdudluğu, kənardan gələn məhsulların müəyyən qədər inhisara alınması burda öz sözünü deyir. Bəzən qiymətin kəskin dəyişməsi keyfiyyəti artırmır, əksinə azaldır. Bizdə bazarda təzadlı məqamlardan biri odur ki, məhsulun keyfiyyətinin azalmasına baxmayaraq, qiymət artımı davam edir. Yəni bu bəzi hallarda gizli infliyasiyanın göstəricisidə sayıla bilər. Dünya bazarında qiymətlər aşağı düşsədə, bizdə isə artır. Yəni bu kifayət qədər inhisarçı göstəricinin təzahürü sayıla bilər. Yəni bu göstəricilərin belə formalaşmasında istehlakçılarında payı var.
Ancaq bu iştirak göstəricisi maksimal deyil. Yəni minimumdan bir qədər yuxarıdır. Maksimallıq göstəricisi faktiki olaraq bazara nəzarətdən irəli gələn bir xüsusiyyətdir. Yəni istehsalın azad olması, keyfiyyətin artması və yaxudda keyfiyyətin dəqiqləşdirilməsi üçün bazarda müəyyən bir rəqabət mühiti olmalıdır. Bizdə bu rəqabət mühiti bəzi məhsullar üzrə olsada, yəni xaricdən gələn məhsullara münasibətdə belə bir rəqabət əmsalı yoxdur.
Buna görədə istehlakçı təklif olunan məhsullardan nəyisə seçməli olur. Yəni başqa alternativi yoxdur. Düşünürəmki cəmiyyəti bu barədə günahlandırmaq əsassız və yersizdir. Cəmiyyət bu məsələdə həssas və məsuliyyətlidir. Sadəcə cəmiyyətə olan münasibət adekvat və doğru deyil. Yəni burda korporativ sosial məsələsidə ortaya çıxır. Düşünürəm ki, bu məsələ həm hüquqi qanunvericilik sistemi ilə, yəni hüquqi yolla həll olunmalıdır. Yəni problem əslində düşündüyümüzdən daha dərindir və daha ciddi sosioloji araşdırmalar və hüquqi həll tələb edir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 814 Tarix: 21 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentin sosial şəbəkə hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı - Paylaşım
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:
05.10.2026 84 Dünya üçün kritik mənzərə: Planetar sərhədlərdən yeddisi təhlükəsiz zonadan kənardadır
İqlimdən şirin su ehtiyatlarına, okeanlardan biomüxtəlifliyə qədər Yer kürəsində həyatı təmin edən əsas sistemlər getdikcə daha çox təzyiq altında qalır. Qaynarinfo xəbər verir ki, Potsdam İqlim Təsirləri Araşdırmaları İnstitutunun nəzdində fəaliyyət göstərən Planetar Sərhədlər Elmi Laboratoriyasını
05.10.2026 2 Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə
Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib. Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronq
05.10.2026 1 Tbilisi merindən Avropaya qarşı sərt ittiham
"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". -ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının ba
05.10.2026 38 "Belə kişidən boşanmaq lazımdır"
Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:
05.10.2026 239 Anasının fotosunu paylaşıb bunları yazdı
Müğənni Rüfət Axundov Müəllimlər Günü münasibətilə anası Ruhəngiz xanımla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında anası ilə fotosunu paylaşaraq ona duyğusal sözlər ünvanlayıb. R.Axundov qeyd edib ki, anası həm ilk müəllimi, həm də həyatında ən böyük yol göstərəni olub:
05.10.2026 93 "İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?
Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis his
05.10.2026 284 Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"
"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa
05.10.2026 211 "Ailəm tamaşaçıya gizli qalmalıdır"
Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənməsi ilə bağlı suala cavab verib. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib. N.Növrəsli qeyd edib ki, efirə çıxdığı ilk gündən ailəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşməyib:
05.10.2026 230