Bacısı oğlundan keçmiş deputata ittiham: "Ştutqart"ı əlimizdən alıb
Avtomobil ehtiyat hissələrinin satışını həyata keçirən "Ştutqart" mağazalar şəbəkəsi ilə bağlı qalmaqal yaşanır.
Keçmiş deputat Nəriman Əliyevin mağazalar şəbəkəsini qanunsuz yollarla ələ keçirildiyi iddia edilir. Bu iddianı səsləndirən isə kənar şəxs deyil, elə keçmiş deputatın öz bacısı oğlu Pərviz Abdullayevdir.
Qaynarinfo Pərviz Abdullayevlə əlaqə saxlayaraq təfərrüatları öyrənməyə çalışıb.
O, əməkdaşımızla söhbətində bildirib ki, uzun illərdir biznes fəaliyyəti ilə məşğul olur:
"Yuyucu tozların istehsalını və satışını həyata keçirən "Emruz" markasını biz yaratmışıq. Daha sonra isə "Ştutqart" mağazalar şəbəkəsinin qurduq. Hətta mən bu işə görə Dubaya köçərək bir müddət orada yaşadım. Yəni, bilənlər bilir ki, Nəriman Əliyev bu mağazalar şəbəkəsinin sahibi deyil. O, sadəcə bu biznesini əlimizdən alıb".
Pərviz Abdullayevin sözlərinə görə, Nəriman Əliyev onun dayısı olmaqla yanaşı, atası ilə çox yaxın dost olub:
"Onun yüksəlişinə görə atam az əziyyət çəkməyib. Bu baxımdan biz onu mağazalar şəbəkəsinə ortaq etmişdik. Nəriman Əliyev də bundan istifadə edərək arxasında duran məmurların dəstəyindən yararlanaraq mağazalar şəbəkəsini əlimizdən alıb. "Ştutqart"ın qurulmasında onun zərrə qədər əməyi olmayıb. Təsəvvür edin, mağazanın adını da mən qoymuşam. Nəriman Əliyev onu himayə edən məmurlara güvənərək belə edib. Lakin biz bu mağazanı geri almaqda israrlıyıq. Bütün qanuni və hüquqi vasitələrdən istifadə edərək məqsədimizə çatacağıq".
Qaynarinfo Pərviz Abdullayevin iddiaları ilə bağlı Nəriman Əliyevin də mövqeyini öyrənməyə çalışıb. Lakin zəngimizə keçmiş deputatın köməkçisi cavab verdi. O, Nəriman Əliyevin ölkədə olmadığını, 10 gündən sonra qayıdacağını bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 210 Tarix: 21 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Moskva Parisə cavab verdi: Bu cür ifadələrə ikrahla yanaşırıq
Fransa Prezidenti Emmanuel Makronun Rusiyaya qarşı sərt ritorika ilə çıxış etməsi Moskvanın reaksiyasına səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib. Lavrov Makronun Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlaması ilə bağl
11:22 202 Trampdan İrana sərt xəbərdarlıq: Ağır nəticələr olacaq
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran İslam Respublikasının rəhbərliyi ABŞ-a qarşı təhdidlərini həyata keçirməyə cəhd edərsə, bunun ağır nəticələri olacaq. xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu fikirləri News Nation telekanalına verdiyi müsahibədə səsləndirib. "Onla
11:14 180 "Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir" - Prezident
"Belə nüfuzlu mükafatı ("Zayed İnsan Qardaşlığı Mükafatı" - red.) almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazd
10:32 205 Yollar buz bağlayacaq
Yanvarın 22-si gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3 dərəc
17:36 110 ABŞ dövlət katibi Vitkoff cümə axşamı Putinlə görüşəcəyini bildirib
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff cümə axşamı günü Trampın kürəkəni Cared Kuşner ilə birlikdə Moskvaya gedəcəyini və Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəklərini bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Vitkoff CNBC-yə verdiyi müsahibədə Putinə istinad edərə
15:06 170 ABŞ Yaxın Şərqə qoşun yığmağa davam edir
ABŞ rəhbərliyi Yaxın Şərqdə hərbi mövcudluğunu artırmaqda davam edir. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, hazırda bölgədə təxminən 40 00 ABŞ hərbçisi yerləşdirilib ki, bu da adi səviyyədən xeyli yüksəkdir və yüksək döyüş hazır vəziyyətini göstərir. Əlavə qüvvələr, hava vasitələri və yanacaq doldurm
15:47 161 Kadırovun oğlunun vəziyyətini həkimlərdən də gizlədirlər: xəstəxana mühasirəyə alınıb
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırovun yol qəzasından sonra aldığı ən ciddi zədə dalağın zədələnməsidir. -ın Rusiya KİV-ə istinadla məlumatına görə, ilk baxışdan diqqəti çəkən odur ki, onun yerləşdiyi Botkin xəstəxanasının digər korpuslarında pəncərələrdə işıq yanır, amma 9-cu korpu
18:15 50 Tramp Qəzza üçün Sülh Şurası yaratdı: Dəvət edilən ölkələr və şərtlər
"ABŞ Prezidenti Donald Tramp Qəzzanın yenidən bərpası və idarə olunması məqsədilə təsis etdiyi Sülh Şurasına müxtəlif dövlətləri dəvət edib. Dəvətə Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil edilib. Trampın təşəbbüsün
14:21 236 Minimum əməkhaqqı ilə bağlı mühüm dəyişiklik
Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. "Report" xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, minimu
15:04 244