Qarlı havaya görə məktəblərdə tədrislə bağlı - Açıqlama
"Son günlər ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar ucqar dağlıq kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində fasilələr müşahidə edilir".
BiG.AZ xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, bəzi ərazilərdə yolların buz bağlaması, eləcə də nəqliyyat vasitələrinin hərəkətinin nisbətən çətinləşməsi səbəbindən şagirdlərin və pedaqoji kollektivin təhlükəsizliyinin təmin edilməsi prioritetdir.
"Bu səbəbdən çətin relyefə malik bölgələrdə yerləşən az sayda təhsil müəssisəsində davamiyyətdə qısamüddətli fasilələrin yaranması anlayışla qarşılanır. Bildiririk ki, məktəblərdə dərslərin dayandırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib. Təlim-tədris prosesi ölkə üzrə mövcud qaydalara uyğun şəkildə davam etdirilir. Davamiyyətdə qısamüddətli fasilələrin müşahidə edildiyi təhsil müəssisələrində keçirilməyən dərslərin dərs cədvəlinə uyğun şəkildə kompensasiya edilməsi istiqamətində zəruri tədbirlər görüləcəkdir.
Bununla yanaşı bildiririk ki, əlverişsiz hava şəraitində təhsil müəssisələrinin istiliklə təchizatı diqqətdə saxlanılır. Gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlər ilə bağlı aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır. Hazırda ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə (odun, dizel, elektrik radiatoru) istilik təminatı normal qaydada həyata keçirilir",- deyə məlumatda qeyd edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 861 Tarix: 21 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtaliyada enerji və nəqliyyat xərclərinin kəskin artımı gözlənilir
İtaliya Yaxın Şərqdə davam edən böhran fonunda qiymət artımının yeni mərhələsi ilə üzləşə bilər. Artımın əsasən enerji və nəqliyyat sahələrində hiss olunacağı bildirilir. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, əlverişsiz ssenari baş verərsə, elektrik enerjis
19.03.2026 169 AI mənim psixoloqumdur? - Mütəxəssislər xəbərdarlıq edir
"Süni intellektdən həyatın demək olar ki, bütün sahələrində istifadə edilir. Lakin indi bəzi insanlar süni intellekti öz psixoloqları kimi qəbul etməyə başlayıblar. Bu məsələyə həm texniki, həm də real həyat prizmasından yanaşmaq vacibdir". Bunu BİG.Az-a açıqlamasında İKT üzrə mütəxəssis Elvi
19.03.2026 192 Aİ liderləri Yaxın Şərqdə gərginliyi müzakirə edir
Avropa İttifaqına üzv ölkələrin liderləri Brüsseldə toplaşır. APA Avropa İttifaqı Şurasına istinadən xəbər verir ki, 19-20 mart tarixlərində keçiriləcək iclasa Aİ Şurasının Prezidenti Antonio Koşta sədrlik edəcək. Məlumata görə, görüşdə Yaxın Şərqdəki hərbi gərginlik və İrandakı vəziyyət, eləcə də bunları
19.03.2026 118 Bu gün Ramazan bayramıdır
Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur. xəbər verir ki, Bakı məscidlərində saat 08:00-09:00 arasında bayram namazı qılınacaq. Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqvimin ikinci ilindən (624-cü il) qeyd olunmağa başlayıb. Azərbaycanda Ramazan bayramı 1993-cü ildə
00:41 77 Bu ölkədə qəribə seçki - biri Hitler, digəri Zielinski
Fransanın şimal-şərqində, əhalisi 300 nəfərdən az olan Arcis-sur-Aube qəsəbəsi bələdiyyə seçkilərində iştirak edən namizədlərin adları səbəbindən sosial mediada müzakirə mövzusuna çevrilib. Hazırkı mer Şarl Hitlerin yenidən seçkilərə qatılması və rəqiblərindən birinin Zielinski soyadını daşıması beynəlxal
19.03.2026 185 Mingəçevirdə poçtda ÖLÜM
Mingəçevirdə poçtda ölüm hadisəsi baş verib. xəbər verir ki, şəhər sakini, 1946-cı il təvəllüdlü Rafael Qubadzadə poçtda qəfil ölüb. Araşdırma aparılır
19.03.2026 237 Bu ölkədə arıqlayaraq pulsuz ət qazanacaqlar
Çinin şərqində yerləşən Usi şəhərinin hakimiyyət orqanları sakinləri sağlam həyat tərzinə stimullaşdırmaq üçün maraqlı bir təşəbbüslə çıxış ediblər. BİG.AZ xəbər verir ki, Szyansu əyalətinin Lianqsi rayonunda yeni kampaniya başladılıb. Proqramın şərtlərinə görə, sakinlər itirdikləri hər kiloqram çək
19.03.2026 136 Səudiyyə Ərəbistanı Qırmızı dənizdəki Yanbu liman şəhərindəki SAMREF neft emalı zavoduna pilotsuz təyyarənin hücum etdiyini bildirib
Səudiyyə Ərəbistanı Qırmızı dənizdəki Yanbu liman şəhərindəki ölkənin SAMREF neft emalı zavoduna pilotsuz təyyarənin zərbə endirdiyini bildirib. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi zərərin qiymətləndirilməsinin aparıldığını bildirib. Müəllif: İlkin Məmmədkərimo
19.03.2026 188 38 yaşlı dayə işlədiyi evdə qəfil öldü
Abşeron rayonu Masazır qəsəbəsində 38 yaşlı qadın işlədiyi evdə ölüb. "Qafqazinfo" xəbər verir ki, martın 16-sı saat 19 radələrində Masazır qəsəbə sakini 1988-ci il təvəllüdlü Xəyalə Qəribxan qızı Əliyeva qəsəbənin ərazisində dayəlik etdiyi evdə qəflətən ölüb. Onun ölüm səbəbi hələlik məlu
19.03.2026 303