Mətbuat xidmətləri susur: jurnalist sorğuları niyə cavabsız qalır? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA
Son dövrlər jurnalistlərin üzləşdiyi əsas problemlərdən biri dövlət qurumları və özəl şirkətlərin mətbuat xidmətlərinin sorğulara cavab verməməsidir. İctimai maraq doğuran məsələlərlə bağlı ünvanlanan suallar günlərlə, bəzən həftələrlə cavabsız qalır. Bu isə təkcə jurnalistikanın işini çətinləşdirmir, eyni zamanda cəmiyyətin məlumat almaq hüququnu da məhdudlaşdırır. Rəsmi qurumlarla media arasında ünsiyyətin zəifləməsi informasiya boşluğu yaradır və bu boşluq şayiə və qeyri-dəqiq məlumatların yayılması üçün münbit şərait formalaşdırır.
Mövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, jurnalist sorğularına cavab verilməməsi məsələsinə yalnız mətbuat xidmətlərinin məsuliyyətsizliyi prizmasından yanaşmaq düzgün olmaz. Onun sözlərinə görə, burada həm dövlət və özəl qurumların, həm də jurnalistlərin üzərinə düşən hüquqi və peşəkar öhdəliklər var: "Azərbaycan Respublikasının "İnformasiya əldə etmək haqqında" Qanununun 24-cü maddəsinə əsasən, informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilməlidir. Operativliyini itirən məlumatlar dərhal, bu mümkün olmadıqda isə 24 saat ərzində təqdim olunmalıdır. İnsan həyatı, sağlamlığı və təhlükəsizliyi ilə bağlı hallarda isə informasiya 48 saat müddətində verilməlidir.
Eyni zamanda qanun jurnalistlər üçün də aydın çərçivələr müəyyən edir. Sorğu qeyri-dəqiq, natamam və ya peşəkar tələblərə uyğun tərtib olunmadıqda, informasiya sahibi bu barədə sorğuçuya 5 iş günü ərzində məlumat vermək hüququna malikdir. Təcrübədə tez-tez rast gəlinir ki, sorğular rəsmi formada deyil, şifahi, sosial şəbəkə mesajı və ya qeyri-müəyyən mətnlə göndərilir. Bu isə hüquqi baxımdan rəsmi informasiya sorğusu hesab edilmir və prosesin uzanmasına səbəb olur.
Qanun açıq şəkildə göstərir ki, sorğular rəsmi şəkildə, dəqiq, konkret və hüquqi tələblərə uyğun hazırlanmalıdır. Peşəkar jurnalist sorğusu həm cavabdeh qurumun işini asanlaşdırır, həm də cavabın gecikdirilməsi üçün bəhanə imkanlarını aradan qaldırır.
Digər mühüm məqam ondan ibarətdir ki, özəl qurum statusu vəzifəli şəxsi məsuliyyətdən azad etmir. Özəl şirkət də hüquqi şəxsdir, müəssisəni təmsil edir və qanunla müəyyən edilmiş hallarda informasiya sorğularına cavab vermək öhdəliyi daşıyır. "Biz özəl qurumuq" arqumenti qanunvericilik baxımından əsaslı deyil.
Nəticə etibarilə, problemin həlli yalnız tələbdə deyil, qarşılıqlı hüquqi məsuliyyətdə və peşəkar yanaşmadadir. Şəffaflıq mətbuat xidmətlərindən operativlik, jurnalistlərdən isə hüquqi savadlılıq və peşəkar sorğu mədəniyyəti tələb edir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 929 Tarix: 29 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞagird məktəbdə sinif yoldaşlarına və müəlliməsinə hücum etdi
Slovakiyanın şimal-qərbində yerləşən Staşkov kəndindəki məktəbdə şagirdin hücumu nəticəsində iki nəfər yaralanıb. xəbər verir ki, bu barədə JOJ televiziyası məlumat yayıb. Slovakiya polisi bildirib ki, hadisə yerinə bütün zəruri təcili yardım xidmətləri cəlb olunub. "Bütün zəruri təcili yardım xidmətlər
10:51 163 Pakistan özünümüdafiə üçün balıq torlarından istifadə edir
Pakistanın Hayber-Paxtunxva əyalətinin Hanqu rayonunda polis dron hücumlarından qorunmaq üçün qeyri-adi üsula əl atıb. Təhlükəsizlik postlarının üzərində bir neçə metr hündürlükdə balıq torları çəkilib. BİG.AZ xəbər verir ki, bu addım bölgədə partlayıcı daşıyan dronlarla həyata keçirilən hücumların qarşısın
14:54 160 Avtomobil sığortası bahalaşdı: "Başqa səbəb yoxdur"
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AQSİS) üzrə həm yığımlarda, həm də ödənişlərdə kəskin artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 131,228 milyon manat sığorta haqqı toplanıb. Bu, 2025-ci ilin müvafiq dövründək
14:23 196 Övladlığagötürmə ilə bağlı qaydalarda dəyişiklik - Prezident Fərman imzaladı
"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"na dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Preziden
16:42 113 "Müəllimlərin işi azalmayıb, əksinə artıb"
"Əgər təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Daha təhsilli gələcək" devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib. O bildirib ki, ölkədə təhsilin keyfiyyətl
12:30 154 "İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?
Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis his
13:46 235 Zelenski: "Vurulan Türkiyə gəmisində azərbaycanlılar da olub"
"Rusiya tərəfinə məxsus iki pilotsuz uçuş aparatı neytral sularda Türkiyənin taxıl daşıyan mülki gəmisinə zərbə endirib. Məlumata görə, gəminin göyərtəsində Azərbaycan və Hindistan vətəndaşları olublar. Hazırkı məlumatlara əsasən, hücum nəticəsində gəmi kapitanı həyatını itirib. Daha bir nəfəri
17:48 41 Rusiyada taun xəstəliyi yayılır?
Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2
14:14 201 Alman siyasətçidən Merzə sərt reaksiya: "Vergi ödəyicilərinin pullarını paylayır"
Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alis Vaydel Almaniya kansleri Fridrix Merzin Ukraynaya səfərini və yeni yardım paketi vəd etməsini tənqid edib. xəbər verir ki, Vaydel bu barədə X sosial media platformasında paylaşım edib. "Ukraynaya milyardlarla avro həcmində yardım paketin
11:04 157