Zarafat rus komikə baha başa gəldi - 6 il həbs

Zarafat rus komikə baha başa gəldi - 6 il həbsRusiyada məhkəmə komediya ustası Artemi Ostanini "nifrət qızışdırmaq" ittihamı ilə beş il 11 ay həbs cəzasına məhkum edib.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, o, bir müddət əvvəl sərhəddə saxlanılıb və Belarus təhlükəsizlik qüvvələri tərəfindən döyülüb.

Moskvanın Meşçanski məhkəməsi Artemi Ostaninə həbs cəzası ilə yanaşı 300.000 rubl cərimə cəzasına məhkum edib.

Əvvəlki məhkəmə iclasında Ostanin Minsk hava limanında həbs olunmasında sonra başına gələnləri danışıb. O bildirib ki, təhlükəsizlik qüvvələri onu meşəyə aparıb, orada dəyənəklə, qum torbası ilə döyüblər. Həmçinin onun saçlarını bıçaqla kəsiblər və boğazını kəsməklə hədələyiblər.

Komik məhkəmə qarşısında verdiyi ifadədə barəsində açılan cinayət işinin tamamilə qurama və uydurma olduğunu bildirib.

Ötəni ilin mart ayının 19-da məhkəmə Ostanini metroda ayaqsız bir kişi haqqında zarafat etdiyinə görə məhkəməyəqədər həbs cəzasına məhkum edib. Müstəntiqlər onun "xüsusi hərbi əməliyyat" döyüşçüsünə qarşı "düşməncəsinə şərhlər verdiyini" iddia edirlər. Ostanin israrla bildirib ki, o, müharibə iştirakçısını yox, dilənçini nəzərdə tutub.

2025-ci ilin dekab ayının sonlarında komediya ustasına qarşı daha iki cinayət işi açılıb. Həmin işlərdən biri Ostaninin "İsa Məsihlə söhbət"i, digəri isə "soyuducu dron" zarafatına görədir. Məhkəmə hesab edir ki, Ostanin birinci zarafatı ilə "dindarların hisslərini təhqir edib", ikinci ilə "mütəşəkkil cinayətkar qrup yaratmaq" təşəbbüsü göstərib.

Ostanin bütün ittihamları rədd edir.

Qeyd edək ki, Ukraynaya qarşı müharibə başlayandan bəri Rusiya rəhbərliyi müharibə, ordu, vətən mövzularında nıinki ciddi mülahizələrə, hətta adi zarafatlara da dözümsüzlük göstərir və onu edənləri ya "xarici agent", ya da "terror dəstək" ittihamı ilə cəzalandırır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 885   Tarix: 31 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkay Şorayın dəniz istirahəti

"Yeşilçam"ın tanınmış aktrisası Türkan Şoray yay istirahətini bacısı Nazan Şoray ilə birlikdə keçirir. Türkiyə KİV-nə istinadla xəbər verir ki, onlar ötən gün Adaboğazı sahillərində görünüblər. Nazan Şoray gün ərzində tez-tez dənizə girib, daha sonra günəş qəbul edərək istirahətini davam etdirib

19:15 188
.

Qiyamət ssenarilərinin səhv başa düşülən qalası - Svalbard

Şimal Qütb dairəsində yerləşən Svalbard Qlobal Toxum Anbarı populyar mədəniyyətdə tez-tez "qiyamət sığınacağı" kimi təqdim olunsa da, əslində onun əsas məqsədi dünya üzrə kənd təsərrüfatı biomüxtəlifliyini qorumaq və toxumların ehtiyat nüsxələrini saxlamaqdır. Qaynarinfo xəbər verir ki, buzlaqları

22:45 2
.

Fərdi ev tikmək istəyənlərə VACİB XƏBƏR: Bu hallarda icazə tələb olunmur

"Vətəndaş mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində, onun təyinatına uyğun olaraq tikinti apara bilər. Fərdi yaşayış evinin inşası üçün torpaq sahəsi yaşayış məntəqələri təyinatlı torpaqlar kateqoriyasına aid olmalıdır". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasınınüzv

15:24 240
.

Nauseda Litva hökumətinin yeni tərkibini təsdiqləyib

Litva Prezidenti Gitanas Nauseda Baş nazir Mindauqas Sinkeviçyusun təklif etdiyi yeni hökumətin tərkibini təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Litva mediası Prezident administrasiyasının bəyanatına istinadən məlumat yayıb. "İyulun 6-da Gitanas Nauseda Konstitusiyanı rəhbər tutara

22:00 71
.

Azərbaycan Rusiyaya nota verdi

Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, görüş zamanı 5 iyul tarixində axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCA

21:00 104
.

Aydan başqa, Yerin daha bir təbii peyki var, amma əsl peyk hesab edilmir

Bu kosmik cisim Ay kimi Yer ətrafında fırlanmır. Əvəzində Günəş ətrafında elə bir orbit üzrə hərəkət edir ki, Yerlə uzun müddət kvazipeyk münasibətində qalır. Qaynarinfo xəbər verir ki, Çinin "Tianwen-2" kosmik aparatı təxminən bir illik uçuşdan sonra ehtimal ki, Yerin kvazipeyki hesab oluna

23:00 2
.

Həftədə nə qədər qırmızı balıq yemək olar? Dietoloqların TÖVSİYƏSİ

Qırmızı balıq, xüsusilə də qızılbalıq, zəngin tərkibinə görə ən faydalı qidalardan biri hesab olunur. Tərkibində iltihab əleyhinə təsir göstərən omeqa-3 yağ turşuları var. Bu maddələr beynin, ürəyin və qalxanabənzər vəzin normal fəaliyyətini dəstəkləyir. xarici mediaya istinadən xəbər verir ki, qızılbalı

18:30 159
.

Ursula Fon der Lyayen: Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqi üçün çalışırıq

Avropa İttifaqı növbəti günlər ərzində Rusiyaya qarşı 21-ci sanksiya paketinin qəbul edilməsi üçün dayanmadan çalışır. APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen "X" hesabında deyib. O, Rusiyanın ötən gecə Ukraynaya qarşı həyata keçirdiyi hücumları pisləyi

20:30 115
.

Qızıl bazarında son vəziyyət...

Qlobal iqtisadi proseslər və maliyyə bazarlarındakı hərəkətlilik fonunda qiymətli metalların, xüsusilə də qızılın qiyməti investorların və istehlakçıların diqqət mərkəzində qalmaqdadır. Hazırda dünya birjasında qızılın 1 troya unsiyasının (31.1 qram) qiyməti təxminən 4174.66 ABŞ dolları səviyyəsind

20:15 123
.

TOP MP3