Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...

Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...Bu gecədən etibarən Azərbaycanda qışın ən sərt dövrü kimi tanınan Kiçik çillə başlayır. Dekabrın 20-də start götürən və 40 gün davam edən Böyük çillə yanvarın 31-də başa çatır və öz yerini Kiçik çilləyə verir.

Musavat.com bildirir ki, xalq təfəkküründə bu iki çillə fərqli xarakterlərlə obrazlaşdırılır.

Onlar bəzən iki qardaş, bəzən də iki bacı kimi təsvir olunur. Böyük çillə daha mülayim, səbrli və sakit təbiətli hesab edildiyi halda, Kiçik çillə sərt, qəzəbli, çovğunlu və daha çətin keçən dövr kimi tanınır.

El arasında belə bir deyim də var: "Böyük çillə dondurar, Kiçik çillə yandırar".

Yəni Böyük çillə daha çox şaxtası ilə, Kiçik çillə isə sərt küləyi, çovğunu, kəskin temperatur dəyişmələriylə insanı sınağa çəkir. Həm hava şəraitinin ağırlaşması, həm yolların buz bağlaması, həm də insanların gündəlik həyatında yaratdığı çətinliklər Kiçik çilləni qışın ən ağır mərhələsinə çevirir.

Folklorşünasların qeyd etdiyi kimi, çillə anlayışı sırf meteoroloji dövr deyil, həm də qədim təqvim düşüncəsinin, zaman bölgüsünün, xalqın təbiətlə harmoniyada yaşamaq təcrübəsinin məhsuludur. Əcdadlarımız qışı sadəcə soyuq mövsüm kimi yox, mərhələlərə bölünmüş canlı bir zaman parçası kimi dərk ediblər. Hər mərhələnin öz xarakteri, öz davranışı, öz "əhvalı" olub.

Kiçik çillənin daxilində qeyd olunan Xıdır İlyas bayramı isə xalq mədəniyyətində xüsusi yer tutur. Bu bayram Azərbaycanın müxtəlif bölgələrində fərqli adlarla tanınır. Bəzi yerlərdə ona "Xıdır Nəbi" də deyilir.

Xüsusilə Naxçıvanda bu bayram ənənəvi şəkildə, böyük coşğu ilə qeyd olunur və fevralın 10-na qədər davam edir. Kəndlərdə insanlar bir-birinə qonaq gedir, evlərdə süfrələr açılır, qədim mərasimlər icra olunur. Bəzi bölgələrdə isə bayramın cümə axşamlarına təsadüf etməsi İslam dininin qəbulundan sonra formalaşmış inanclarla əlaqələndirilir.

Xıdır İlyas bayramı həm Novruz ənənələri, həm də çox qədim inanclarla sıx bağlıdır. Bu bayramın köklərində Şumer inancları, Zərdüştlük, xristianlıq və İslamın izləri aydın şəkildə görünür. Tədqiqatçılar Xıdır obrazını su, həyat, dirilik və yenilənmə ilə əlaqələndirirlər. Zərdüştlükdə od və suyun müqəddəsliyi, Şumer mifologiyasında xilaskar motivi, xristianlıqda müqəddəs fiqurların himayədarlıq anlayışı və İslamda Xıdır peyğəmbər haqqında rəvayətlər zamanla xalq təfəkküründə birləşərək vahid mədəni obraz yaradıb. Bu səbəbdən Xıdır İlyas həm dini, həm mifoloji, həm də folklor xarakteri daşıyır.

Xıdır İlyas xalq yaddaşında xilaskarlıq, ümid, nicat və bolluq rəmzi kimi yaşayır. İnsanlar bu bayramı yazın gəlişi ilə əlaqələndirir və böyük səbrsizliklə gözləyirdilər. Çünki Kiçik çillənin ən sərt günlərində belə bu bayram insanlara ümid verirdi: "Qışın beli qırılır, yaz yaxınlaşır".

Bayram süfrəsində buğdadan hazırlanan qovğa və qovud xüsusi yer tutur. İnanca görə, bayram gecəsi qovud qapının kandarına qoyulur və Xıdırın boz atı ilə gəlib həmin izləri yoxlayacağına inanılırdı. Səhər oyananda qovudun üzərində at nalına bənzər izlərin görünməsi Xıdırın gəlişinin əlaməti kimi qəbul edilirdi. Bəzi bölgələrdə uşaqlar səhər tezdən oyanıb ilk olaraq həmin izləri axtarardılar. Bu cür inanclar qışın sərt günlərində insanların yazın gəlişinə olan ümidlərini daha da gücləndirirdi.

Bundan başqa, gənc qızların niyyət tutaraq su qabının içinə üzük, daraq, sancaq kimi əşyalar atması, səhər onların taleyini yozması kimi mərasimlər də Xıdır gecəsinə aid edilən qədim inanclardandır. Bu mərasimlər sonradan Novruz adətləri ilə də qaynayıb-qarışıb.

Kiçik çillənin başa çatması ilə Boz ay başlayır. Boz ay Novruzun yaxınlaşmasını və təbiətin oyanışını simvolizə edən mühüm dövr hesab edilir. Bu ayda xalq arasında geniş şəkildə qeyd olunan çərşənbələr keçirilir. Su, od, yel və torpaq çərşənbələri Boz ayın əsas mərasimləridir. Su çərşənbəsi ilə başlanan bu mərasimlər torpaq çərşənbəsiylə tamamlanır və baharın gəlişi böyük sevinclə qarşılanır.

Əslində, Kiçik çillə ilə Boz ay arasında görünməz bir körpü var. Birində qışın sərt nəfəsi, digərində isə yazın ilıq nəfəsi hiss olunur. Xalq təqvimi bu keçidi sadəcə tarixlə yox, mərasimlərlə, inanclarla, ümidlərlə müşayiət edib. Qışın ən çətin günlərində belə insanlar bayramlar, inanclar və mərasimlər vasitəsilə öz ruhlarını isidə biliblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1207   Tarix: 31 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sığortası bahalaşdı: "Başqa səbəb yoxdur"

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AQSİS) üzrə həm yığımlarda, həm də ödənişlərdə kəskin artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 131,228 milyon manat sığorta haqqı toplanıb. Bu, 2025-ci ilin müvafiq dövründək

14:23 186
.

Makronun siyasəti Fransanı hara apardı? - ŞƏRH

Fransa Emmanuel Makronun prezidentliyi dövründə dövlət borcunun kəskin artması, xərclərin çoxalması və siyasi qeyri-sabitliklə üzləşib. Bu barədə "Bloomberg" agentliyi yazıb. Nəşr qeyd edib ki, Makronun prezidentliyinin əvvəlində iqtisadi vəziyyət daha yaxşı idi. Hakimiyyət əmək qanunvericiliyind

11:24 167
.

Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma

Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,

04.10.2026 293
.

Zəngəzurdan Palandökənə

Zəngəzur dəhlizi yalnız Qafqazın nəqliyyat xəritəsini dəyişmir; düzgün planlaşdırma aparılarsa, Ərzurumu Palandökən üzərindən regional logistika mərkəzinə çevirə biləcək yeni bir imkan təqdim edir. Bəzi nəqliyyat layihələri var ki, yalnız iki nöqtəni bir-birinə bağlamır, coğrafiyanın iqtisadi mənasın

13:02 213
.

Ukraynaya yeni yardım: "Rusiya ilə belə zarafat etmək olmaz"

"Almaniya Ukraynaya uzunmənzilli silahlar və zərbə dronlarının daxil olduğu yeni hərbi yardım paketi təqdim edəcək, həmçinin enerji sektoruna 350 milyon avro ayıracaq. Almaniya kansleri Fridrix Merts bunu Kiyevdə keçirilən və "Phoenix" telekanalı ilə yayımlanan mətbuat konfransında bildirib

12:41 193
.

Alman siyasətçidən Merzə sərt reaksiya: "Vergi ödəyicilərinin pullarını paylayır"

Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alis Vaydel Almaniya kansleri Fridrix Merzin Ukraynaya səfərini və yeni yardım paketi vəd etməsini tənqid edib. xəbər verir ki, Vaydel bu barədə X sosial media platformasında paylaşım edib. "Ukraynaya milyardlarla avro həcmində yardım paketin

11:04 157
.

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır"

"Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri bayağı fikirdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışında deyib. Nazir bildirib ki, "süni intellekt Azərbayca

12:35 158
.

Övladlığagötürmə ilə bağlı qaydalarda dəyişiklik - Prezident Fərman imzaladı

"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"na dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Preziden

16:42 86
.

Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib

Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu

15:48 136
.