Sosial şəbəkələrdə etiraz dalğası: Klinikalarda nələr baş verir?

Sosial şəbəkələrdə etiraz dalğası: Klinikalarda nələr baş verir?həkimlərin laqeydliyi, xəstələrə qarşı aqressiv münasibətləri, klinikaların pasiyentlərin şikayətlərinə məhəl qoymamaları Azərbaycan səhiyyə sistemi ilə bağlı əsas şikayətlər arasındadır. Hətta ən bahalı klinikalarla bağlı da bu cür narazılıqlar səslənməkdədir. Paralel olaraq, həkimlər arasında da pasiyentlərin davranışlarından narazılıqlar artmaqdadır.

Son günlər sosial platformalarda da klinikalarda pasiyentlərə qarşı həkimlərin və ümumən personalın kobud rəftarı və səhlənkarlıqları ilə bağlı silsilə statuslara rast gəlinir. Yəni istənilən xəstənin tibb müəssisələrində barmaqarası xidmətlə üzləşmək riski var. Belə hallarda xəstənin həm pulu gedir, həm də canı.

Maraqlıdır, əgər vətəndaş dövlət tibb müəssisəsində və ya özəl klinikada göstərilən tibbi yardımın keyfiyyətindən və ümumən qeyri-insani münasibətdən narazıdırsa, kimdən imdad diləməlidir?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Sosial şəbəkələrdə etiraz dalğası: Klinikalarda nələr baş verir?

"Gərginlik bəzən adi prosedur qaydaların pozulması ilə başlayır"

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirdi ki, bütün dünyada olduğu kimi Azərbaycanda da pasiyent-həkim münasibətləri bəzi hallarda təşəkkür, bəzən isə pasiyent məmnuniyyətsizliyi, kobud rəftar, peşəkar olmayan davranışlarla müşahidə olunur: "Amma təbii ki, bu cür qeyri-peşəkar davranışların artması narahatlıq doğurur. Pasiyentin öz hüquqlarını və müəssisədəki davranış qaydalarını bilməsi, o cümlədən də tibb personalının işində qaydalara və təlimatlara uyğun hərəkət etməsi qarşıdurma və neqativ halların qarşısını almaq üçün ən yaxşı çıxış yoludur". Millət vəkili hesab edir ki, bu cür halların tənzimlənməsində daha çox müəssisənin məsuliyyəti ön plana çıxarılmalıdır: "Bizdə hətta xırda texniki proseslərə görə də çox vaxt həkimlə pasiyent qarşı-qarşıya gəlir. Bütün məsələlər həkimdən və digər tibb personalından tələb olunur. Düşünürəm ki, xəstə-həkim-tibb münasibətlərinin tənzimlənməsində "Xəstə xidmətləri şöbəsi"nin rolu artmalı və bu proseslər onlar tərəfindən tənzimlənməlidir. Həkim - həkim deontologiyasına, tibb işçisi - tibb işçilərinin davranış qaydalarına uyğun şəkildə addımlar atmalı və peşəkar vəzifə borclarını həyata keçirməlidir. Biz çox vaxt münasibətlərin gərginləşməsini adi prosedur qaydalardakı pozuntularla başladığını görürük. Burada cavabdeh şəxs kimi həkim yox, hüquqi şəxs olaraq klinikaların cavabdehlik daşıması çox önəmlidir. Dünyanın əksər ölkələrində bu proseslərdə hüquqi şəxs olan müəssisə məsuliyyət daşıyır. Pasiyent belə hallarla üz-üzə qaldıqda ilk növbədə xəstəxana rəhbərliyinə müraciət etməlidir. Əgər hadisədə inzibati pozuntu varsa, Səhiyyə Nazirliyinə, hüquq-mühafizə orqanlarının müdaxilə edəcəyi bir durum varsa, hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır".

Sosial şəbəkələrdə etiraz dalğası: Klinikalarda nələr baş verir?

"Xəstəxana hüquqi baxımdan məsuliyyət daşıyır"

Professor Adil Qeybulla isə hesab edir ki, ümumiyyətlə, bu cür məsələlər qanunla tənzimlənməlidir: "Həkim etikası kodeksi" həkimlə xəstə, xəstə ilə tibb bacısı və başqa personal arasında münasibətləri tənzimləməlidir. Bu sənəddə elə maddələr var ki, pozulduğu halda birbaşa məsuliyyət yaradır. Buna görə də bu cür halları hansısa Hippokrat andına və ya mənəvi prinsiplərə bağlamaq yox, qanunla tənzimləmək lazımdır". Həkim-cərrah bildirir ki, əgər xəstəxana şəraitində xəstə ilə kobud davranılıbsa və lazımi diqqət göstərilməyibsə, buna görə xəstənin əmək qabiliyyətində və ya səhhətində problem yaranıbsa, xəstəxana hüquqi məsuliyyət daşıyır:

Sosial şəbəkələrdə etiraz dalğası: Klinikalarda nələr baş verir?

"Fikrimcə, bizdə də "Həkim etikası kodeksi" qəbul edilməlidir ki, bu cür məsələlər birdəfəlik çözülsün. Əks halda, belə hallar davam edəcək. Bu kodekslə həm də həkimin, tibb bacısının hüquqları qorunur. Kimsə özünə artıq nəvaziş istəyə, yaxud da başqa tələblər qoya bilməz. Mən bunu 90-cı illərdən deyirəm. Amma təəssüf ki, bizdə tibb kollektivi, həkimlə xəstə arasında hüquqi münasibətlər uzun illərdir tənzimlənməmiş qalır".

Sosial şəbəkələrdə etiraz dalğası: Klinikalarda nələr baş verir?

"Qeyri-müəyyənlik vətəndaş cəmiyyətini də narahat edir"

Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov bildirir ki, həkim-pasiyent münasibətlərindəki qeyri-müəyyənlik vətəndaş cəmiyyətini də narahat edir: "Biz 2021-ci ildən bəri dövlət səhiyyə qurumu, həkim və pasiyent təşkilatlarının birgə çalışmalarının faydasını göstərməyə çalışırıq. İlk dəfə keçirdiyimiz forumda pasiyentlərin hüquqlarının qorunması ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan bəyannamə qəbul olundu. Biz bu sənədi aidiyyəti dövlət qurumlarına təqdim etdik. Düşünürük ki, bu sahədə bəzi qanunların yenlənməsi vacibdir: pasiyentin vaxtına hörmət, təhlükəsiz müalicənin təminatı, xəstəni ağrı və əzabdan qurtarmaq kimi məsələlər həll edilməlidir. Bir sıra məqamlar var ki, onlara yenidən baxılmalıdır. Son vaxtlar müşahidə etdiyimiz xoşagəlməz hallar da bu cür hadisələrdir. Xəstə-həkim münasibətləri sırf qanun çərçivəsində olsa, bu cür xoşagəlməz hadisələr də baş verməz". Təşkilat rəhbəri hesab edir ki, özəl klinikaların fəaliyyətinə, o cümlədən orada çalışan həkimlərə nəzarətin artırılması da vacibdir. Həmçinin həkim-pasiyent münasibətlərində tibb işçilərinin də hüquqlarının qorunması diqqət mərkəzində olmalıdır: "Bəzən pasiyent tərəfindən də həkimə qarşı müəyyən xoşagəlməz davranışlar baş verir. Qanunvericilikdə olan boşluqlar buna imkan yaradır. Təbii ki, bu sahədə nəzarət mexanizminin gücləndirilməsi, pasiyent hüquqlarına yenidən baxılması, müstəqil ekspertizanın yaradılması çox vacibdir. Paralel olaraq həkimlərin də hüquqlarının qorunması diqqət mərkəzində olmalıdır. Bunu təmin edə bilsək, belə xoşagəlməz hadisələr də baş verməyəcək. Həm tibb müəssisəsinin, həm həkimin, həm də pasiyentin məsuliyyəti olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 809   Tarix: 01 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

15:00 135
.

Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"

"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa

14:39 136
.

Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi

10:03 162
.

Şagird məktəbdə sinif yoldaşlarına və müəlliməsinə hücum etdi

Slovakiyanın şimal-qərbində yerləşən Staşkov kəndindəki məktəbdə şagirdin hücumu nəticəsində iki nəfər yaralanıb. xəbər verir ki, bu barədə JOJ televiziyası məlumat yayıb. Slovakiya polisi bildirib ki, hadisə yerinə bütün zəruri təcili yardım xidmətləri cəlb olunub. "Bütün zəruri təcili yardım xidmətlər

10:51 159
.

Məktəblərdə baş örtüyü ilə bağlı müzakirə: "Vahid qayda hamıya eyni tətbiq olunmalıdır"

"Məktəblərdə baş örtüyü məsələsinə ilk növbədə dövlətçilik və qanunun aliliyi prinsipləri baxımından yanaşmaq lazımdır. Azərbaycan dünyəvi dövlətdir və dövlət məktəbləri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabər təhsil mühiti yaratmalıdır". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəms

12:53 182
.

İbrahim Borçalının evində toy olacaq

Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub

15:42 90
.

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. BİG.AZ xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxal

09:53 148
.

Pakistan özünümüdafiə üçün balıq torlarından istifadə edir

Pakistanın Hayber-Paxtunxva əyalətinin Hanqu rayonunda polis dron hücumlarından qorunmaq üçün qeyri-adi üsula əl atıb. Təhlükəsizlik postlarının üzərində bir neçə metr hündürlükdə balıq torları çəkilib. BİG.AZ xəbər verir ki, bu addım bölgədə partlayıcı daşıyan dronlarla həyata keçirilən hücumların qarşısın

14:54 134
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

04.10.2026 250
.