KİV: Avropa liderləri Trampa qarşı mübarizə planı hazırlayıblar
Avropa ölkələrinin liderləri Brüsseldə işgüzar şam yeməyi zamanı ABŞ Prezidenti Donald Trampın təhdidlərinə və təzyiqlərinə qarşı plan hazırlayıblar.
"Report"un məlumatına görə, bunu "The New York Times" qəzeti mənbələrə istinadla yazıb.
Nəşr qeyd edir ki, Tramp Avropaya iqtisadi zərbə vurmaqla hədələyərək, siyasətçilərini alçaldaraq və onların dəyərlərini sərt tənqid edərək bütün dünyanı şoka saldıqdan sonra Avropa liderləri fəaliyyət planı hazırlayıblar. Sənəddə ABŞ Prezidentinin gələcək təxribatlarına soyuqqanlı reaksiya vermək, həmçinin cavab olaraq rüsumlar tətbiq etməklə hədələmək nəzərdə tutulur. Bundan əlavə, Avropanın Vaşinqtondan hərbi və iqtisadi asılılığını azaltmaq planlaşdırılır, çünki ABŞ etibarsız müttəfiqə çevrilib.
Mənbələrin məlumatına görə, İtaliyanın Baş naziri Corciya Meloni görüşdə ABŞ Prezidenti ilə dialoqu davam etdirməyi təklif edib. Almaniya Kansleri Fridrix Mers ABŞ-dən iqtisadi asılılığın azaldılması üçün sürətli tədbirlərin görülməsinə çağırıb. Fransa Prezidenti Emmanuel Makronun fikrincə isə Avropa Vaşinqtona müqavimət göstərməyə hazır olduğunu nümayiş etdirməli, bununla da Trampın hörmətini qazanmağa nail olmalıdır.
Qəzet Avropa liderlərinin planını nisbətən cəsarətli, lakin hələ də kifayət qədər mücərrəd adlandırıb və vurğulayıb ki, bu, Avropa liderlərinin Trampa qarşı indiyədək olmadığı qədər sərt ritorika ilə çıxış etdiklərini, lakin hələ bəyanatlarını real addımlarla möhkəmləndirməyə çalışdıqlarını göstərir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 759 Tarix: 01 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr
15:00 135 Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"
"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa
14:39 136 Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi
10:03 162 Şagird məktəbdə sinif yoldaşlarına və müəlliməsinə hücum etdi
Slovakiyanın şimal-qərbində yerləşən Staşkov kəndindəki məktəbdə şagirdin hücumu nəticəsində iki nəfər yaralanıb. xəbər verir ki, bu barədə JOJ televiziyası məlumat yayıb. Slovakiya polisi bildirib ki, hadisə yerinə bütün zəruri təcili yardım xidmətləri cəlb olunub. "Bütün zəruri təcili yardım xidmətlər
10:51 159 Məktəblərdə baş örtüyü ilə bağlı müzakirə: "Vahid qayda hamıya eyni tətbiq olunmalıdır"
"Məktəblərdə baş örtüyü məsələsinə ilk növbədə dövlətçilik və qanunun aliliyi prinsipləri baxımından yanaşmaq lazımdır. Azərbaycan dünyəvi dövlətdir və dövlət məktəbləri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabər təhsil mühiti yaratmalıdır". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəms
12:53 182 İbrahim Borçalının evində toy olacaq
Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub
15:42 90 Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. BİG.AZ xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxal
09:53 148 Pakistan özünümüdafiə üçün balıq torlarından istifadə edir
Pakistanın Hayber-Paxtunxva əyalətinin Hanqu rayonunda polis dron hücumlarından qorunmaq üçün qeyri-adi üsula əl atıb. Təhlükəsizlik postlarının üzərində bir neçə metr hündürlükdə balıq torları çəkilib. BİG.AZ xəbər verir ki, bu addım bölgədə partlayıcı daşıyan dronlarla həyata keçirilən hücumların qarşısın
14:54 134 Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric
04.10.2026 250