Azərbaycanda toy qaydaları dəyişir - YENİ MODEL BELƏ OLACAQ

Azərbaycanda toy qaydaları dəyişir - YENİ MODEL BELƏ OLACAQSon günlər qızılın qiymətinin sürətlə bahalaşması toy və nişan mərasimlərinə hazırlıq görən ailələr üçün ciddi narahatlıq yaradıb. Toyun təməlində dayanan əsas amillərdən biri qızıl-zinət aksesuarları olduğundan, bəziləri düşünür ki, qəfil bahalaşma ailələri mərasimi təxirə salmağa və ya gözləməyə vadar edə bilər.

Qızılın bahalaşması toy industriyasına hansı təsiri göstərəcək? Ailələr bu şəraitdə toy planlarını necə qurmalı olacaqlar?

BiG.AZ Globalinfo.az-a istinadla xəbər verir ki, iqtisadçı və Azərbaycan Zərgərlər Assosiasiyasının sədr müavini Rövşən Əmircanov deyib ki, qiymətlər yüksəldikdə eyni həcmdə zərgərlik məmulatı əldə etmək üçün daha çox vəsait tələb olunur və bu, toy xərclərinin ümumi bölgüsünə təsir edir:

"Nəticədə ailələr büdcəni yenidən hesablayır və xərcləri daha real imkanlara uyğunlaşdırırlar. Amma qızılın qəfil və kəskin bahalaşması toya hazırlaşan ailələri gözləməyə və ya mərasimi təxirə salmağa vadar etməyəcək, belə ehtimal azdır. Qiymətlərin qısa müddətdə kəskin artması bəzi ailələrin qərarvermə prosesinə təsir göstərə bilər. Bu halda daha əlçatan seçimlərə üstünlük verilməsi, zinət alışının mərhələli şəkildə aparılması və ya xərclərin yenidən planlaşdırılması müşahidə oluna bilər. Praktikada daha çox xərclərin yenidən bölgüsü və mərasimin formatının optimallaşdırılması üstünlük təşkil edir".

Ekspert bildirib ki, qızılın qiyməti yüksəldikcə zinət xərclərinin büdcədə payı artır:

"Bu, digər istiqamətlər üzrə xərclərin daha diqqətlə planlaşdırılmasını zəruri edir. Nəticədə daha yüksək büdcəli seçimlərdən daha münasib qiymət-keyfiyyət balansına malik variantlara keçid güclənir və toy planlamasında prioritetlər yenidən müəyyənləşdirilir. Qızılın bahalaşması toy sənayesində müəyyən dəyişikliklər yarada bilər. Zərgərlik sektorunda daha yüngül çəkili və daha əlçatan qiymət seqmentində olan məhsullara marağın artması mümkündür. Toy xidmətləri bazarında isə premium paketlərə tələbin müəyyən qədər zəifləməsi, orta büdcəli paketlərə marağın artması ehtimalı var. Bu, ümumi bazar aktivliyinin azalmasından daha çox, tələbin strukturunda dəyişiklik kimi qiymətləndirilə bilər".

İqtisadçının sözlərinə görə, ailələr əsasən zinət alışını optimallaşdırmağa və xərcləri mərhələli şəkildə planlaşdırmağa çalışırlar:

"Daha yüngül çəkili zinət seçimləri, alışın bir neçə mərhələyə bölünməsi, mövcud zinət əşyalarının yenilənməsi və ya dəyişdirilməsi kimi həllər daha çox tətbiq olunur. Eyni zamanda digər toy xərcləri üzrə də daha qənaətli qərarlar verilir. Bu yanaşma həm mərasimin təşkilini mümkün edir, həm də büdcə risklərini azaldır. Gözlənilən təsir toyların sayının azalmasından daha çox, onların planlaşdırılma modelinin dəyişməsi ilə əlaqədar olacaq. Yəni toyların sayında kəskin azalma gözlənilmir, lakin xərclərin optimallaşdırılması, zinət seçimlərinin yenilənməsi və toy xidmətləri bazarında daha çevik təkliflərin formalaşması tendensiyası güclənə bilər. Bu, bazarın mövcud iqtisadi şərtlərə uyğunlaşmasını sürətləndirən amillərdən biri kimi dəyərləndirilir".

Sosioloq Mail Yaqub qeyd edib ki, Azərbaycanda toyların azalmasının əsas səbəbi təkcə qızılın bahalaşması deyil:

"Toyların azalması səbəblərindən biri boşanmaların sayının çox olmasıdır. Bu, ailə qurmaq istəyən gənclərdə tərəddüd yaradır və onların evlənmək qərarına təsir göstərir. Bundan başqa, qızılın bahalaşmasından çox şadlıq evlərindəki yüksək qiymətlər və toy xərclərinin çoxluğu da ailələrin planlarına mənfi təsir edir. Bu, ailə qurmaq istəyən gənclərin qərarına zərbə vurur və sözügedən tendensiyanın qarşısını almaq lazımdır. Yalnız qızılın qiyməti ilə iş həll olunmur, burada yüzlərlə xərclər var. Kasıb ailə bu xərcləri necə qarşılasın, necə ailə qursun?! Bunu kapitalizmlə, rəqabətlə əlaqələndirənlər var. Amma təkcə bu fikri bildirib dayanmaq olmaz. Bu gün kapitalizmin ən çox yayıldığı ölkələrdə belə, iqtisadiyyatla məşğul olan alimlər həyəcan təbili çalır, dövlətin müdaxilə etməli olduğunu bildirirlər".

Sosioloq vurğulayıb ki, ölkəmizdə əhalinin artım tempi də qənaətbəxş deyil:

"Azərbaycanda 1991-ci ildə müstəqillik əldə edildikdən sonra qeydə alınan ən aşağı doğum göstəricisi 2025-ci ildə müşahidə olunub. Bu, ciddi həyəcan təbilidir. Ölkəmizdə əhali sayı onsuz da azdır. Ona görə də məsələyə kompleks yanaşmaq lazımdır. Az xərclə evlənməyi mədəniyyətə çevirmək lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1743   Tarix: 01 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

15:00 135
.

Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"

"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa

14:39 136
.

Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi

10:03 162
.

Şagird məktəbdə sinif yoldaşlarına və müəlliməsinə hücum etdi

Slovakiyanın şimal-qərbində yerləşən Staşkov kəndindəki məktəbdə şagirdin hücumu nəticəsində iki nəfər yaralanıb. xəbər verir ki, bu barədə JOJ televiziyası məlumat yayıb. Slovakiya polisi bildirib ki, hadisə yerinə bütün zəruri təcili yardım xidmətləri cəlb olunub. "Bütün zəruri təcili yardım xidmətlər

10:51 159
.

Məktəblərdə baş örtüyü ilə bağlı müzakirə: "Vahid qayda hamıya eyni tətbiq olunmalıdır"

"Məktəblərdə baş örtüyü məsələsinə ilk növbədə dövlətçilik və qanunun aliliyi prinsipləri baxımından yanaşmaq lazımdır. Azərbaycan dünyəvi dövlətdir və dövlət məktəbləri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabər təhsil mühiti yaratmalıdır". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəms

12:53 182
.

İbrahim Borçalının evində toy olacaq

Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub

15:42 90
.

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. BİG.AZ xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxal

09:53 148
.

Pakistan özünümüdafiə üçün balıq torlarından istifadə edir

Pakistanın Hayber-Paxtunxva əyalətinin Hanqu rayonunda polis dron hücumlarından qorunmaq üçün qeyri-adi üsula əl atıb. Təhlükəsizlik postlarının üzərində bir neçə metr hündürlükdə balıq torları çəkilib. BİG.AZ xəbər verir ki, bu addım bölgədə partlayıcı daşıyan dronlarla həyata keçirilən hücumların qarşısın

14:54 134
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

04.10.2026 250
.