İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib

İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edibPrezident İlham Əliyev 2 Fevral - Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib.

BiG.AZ President.az-a istinadən həmin təbrikin tam mətnini təqdim edir:

"Əziz gənclər!

Sizi 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl gənclərimizin geniş və açıq müzakirə tribunasına çevrilmiş ilk ümumrespublika gənclər forumunun keçirildiyi günün ölkəmizdə Gənclər Günü kimi qeyd olunması ənənəsi və bu cür forumların müntəzəm təşkili sübut edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən onilliklər ərzində icra olunan dövlət proqramları nəticəsində gənclərin fərdi inkişafı və ictimai-siyasi fəallığının artması üçün əlverişli zəmin yaranmış və dövlət quruculuğunda onların rolu daha da güclənmişdir.

Sevindirici haldır ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizə dərindən bağlı olmaqla yanaşı, həm də müasir dünyanın inkişaf tendensiyası ilə ayaqlaşa bilən intellektual gənc nəsil formalaşmışdır. Sizlər bu gün iqtisadiyyatdan elm və mədəniyyətə qədər bütün sahələrdə dövlətimizin qüdrətini artıran bir qüvvəsiniz. Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, zəngin mədəni irsimizin qorunması və beynəlxalq aləmdə tanıdılması yolunda atdığınız hər addım xalqımızın ümumbəşəri ideallara sadiqliyinin ifadəsidir.

Dövlətimizin yaratdığı hərtərəfli şəraitin və aşıladığı vətənpərvərlik ruhunun nəticəsidir ki, Azərbaycan gəncliyi üçün böyük imtahan olan 44 günlük Vətən müharibəsində gənclərimiz misilsiz rəşadət göstərdilər. 30 illik işğala son qoyaraq xalqımızın Qələbə əzmini bütün dünyaya nümayiş etdirən qəhrəmanlarımızın əksəriyyətini məhz gənclər təşkil etmişdir. Bu Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir.

Əminəm ki, müasir tariximizin yeni intibah dövründə də Azərbaycan gəncliyi öz innovativ potensialı və yaradıcı enerjisi ilə dövlətimizin gələcək inkişafına layiqli töhfələr verəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 715   Tarix: 02 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp amili Avropanın Türkiyə siyasətini dəyişir

Avropanın NATO üzrə müttəfiqləri ABŞ Prezidenti Donald Trampın alyansın kollektiv müdafiəsinə sadiqliyi ilə bağlı yaranan şübhələr fonunda Türkiyə ilə hərbi əməkdaşlığa münasibətlərini yenidən nəzərdən keçirməyə başlayıblar. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Bildirili

10:55 168
.

"Hazırkı geosiyasi mərhələdə NATO-nun Rusiyaya qarşı birbaşa müharibəyə başlaması ehtimalı yüksək deyil" - BƏHRUZ QULİYEV

"Son günlər beynəlxalq mətbuatda NATO-nun Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazırlaşdığı, hətta bəzi hərbi analitik mərkəzlər tərəfindən belə bir müharibənin ilk gününün maliyyə xərclərinin hesablandığı barədə məlumatlar geniş müzakirə olunur. Bu cür xəbərlər cəmiyyətdə "NATO ilə Rusiy

11:01 169
.

Naxçıvanda faciəvi hadisə - Hərbçi xanımı və övladı ilə birgə öldü

İyulun 5-də Şərurun Püsyan kəndi ərazisində qeydə alınan ağır yol qəzasında bir ailənin üç üzvü - ata, ana və 2025-ci il təvəllüdlü uşaq həlak olub. "Qafazinfo" xəbər verir ki, qəza ilə bağlı Baş DYP İdarəsi məlumat yayıb. İlkin araşdırma zamanı məlum olub ki, Şərur rayon sakini Rəşad Məmmədo

10:48 333
.

45 ildir yayın dəyişməyən hiti: Bu mahnı hələ də zirvədədir

1982-ci ildə ABŞ-ın qadınlardan ibarət rok qrupu The Go-Go's tərəfindən ifa olunan "Vacation" mahnısı yay mövsümününn ən çox dinlənilən hitlərindən biri olaraq qalır. "Parade" jurnalına istinadla xəbər verir ki, mahnı təxminən 45 il sonra da "bütün zamanların ən yaxşı ya

19:45 1
.

Çinin Sakit okeana raket sınağı regional gücləri həyəcanlandırdı

Çin ordusunun bazar ertəsi günü nüvə enerjisi ilə işləyən sualtı qayıqdan Sakit okeana raket sınağı keçirdiyi bildirilir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, Yaponiya, Avstraliya və Yeni Zelandiyanın Pekinin genişlənən hərbi təsir dairəsi ilə bağlı tənqid və narahatlıqlarına səbəb olub. Rəsm

15:12 154
.

Dolu düşəcək, intensiv yağış yağacaq - Xəbərdarlıq

Azərbaycanın bəzi rayonlarında müşahidə olunan fasilələrlə yağıntılı hava şəraitinin iyulun 9-u gündüzədək davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yağışın intensi

15:02 181
.

Əhali 4 ayda paytaxtda 11 milyarddan çox xərcləyib

2026-cı ilin yanvar-aprelində pərakəndə ticarət şəbəkəsində əhaliyə 11899,4 milyon manatlıq, o cümlədən 6516,6 milyon manatlıq ərzaq malları, içkilər və tütün məmulatları, 5382,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Axşam.az xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakənd

10:42 174
.

Böyük Britaniya Norveç dənizində Rusiya təyyarəsinin təyyarədaşıyan gəmiyə yaxınlaşdığını bildirir

Britaniya bildirib ki, Norveç dənizindəki təyyarədaşıyan gəmisinə dəfələrlə Rusiya patrul təyyarəsi yaxınlaşıb və daha sonra Böyük Britaniya qırıcı təyyarələri tərəfindən müşayiət olunub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, NATO ilə Rusiya arasında potensial eskalasiya riskini yaradacaq. Britaniyanı

15:20 162
.

Azərbaycan Rusiyaya nota verdi

Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, görüş zamanı 5 iyul tarixində axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCA

21:00 1
.

TOP MP3