İstedadlı cüdoçular ölkədən didərgin salınır! Bu dəfə ata fəryadı! Aldadılan Qarabağ qazisindən ACF-də kim 1070 manat dəyərində hədiyyələr alıb?

İstedadlı cüdoçular ölkədən didərgin salınır! Bu dəfə ata fəryadı! Aldadılan Qarabağ qazisindən ACF-də kim 1070 manat dəyərində hədiyyələr alıb?Ölkə idmanı fəlakətin astanasındadır. Günü-gündən uçurum daha dərinləşir. Cüdo bu istiqamətdə ilk sıradadır. 2 olimpiya qızılının "əvəzini" sadə ictimaiyyət canları bahasına, aşağılanmaqla, doğma yurdunda sıxışdırılmaqla, peşəsinə son verməklə, ölkəsini tərk etməklə ödəyirlər. Şikayətlərin də ardı-arası kəsilmir. Valideynlər, idmançılar, veteranlar növbəyə düzülüb: sözünü, dərd-sərini demək üçün KİV-də tribuna arayırlar. Bu dəfə bəhs edəcəyim şəxs - haqqı tapdanan, cüdoçu övladına ayrı-seçkilik edilən, söz verilib aldadılan Azərbaycan qazisi İlqar Hüseynovdur (şəkildə sağda). O, 1988-ci ildə Almaniya Demokratik Respublikasında hava desant qüvvələrində xidmətdə olub. 1990-cı ildə Qarabağ münaqişəsi ilə bağlı Rusiyadan respublikaya dəvət edilib, 99713 saylı h/h xüsusi təyinatlılarda yer alıb.

1998-ci ildə ordudan tərxis olunandan sonra özünə şirkət açıb, şəhid ailələrinə yardımlar göndərib. Öz işini genişləndirdikdə, bir neçə idman zalı inşa etdirərək cüdo və qaydasız döyüş bölmələri açıb. Bir müddət cüdo millisi onun təsis etdiyi "İşiqlı Azərbaycan" idman xeyriyyə ictimai birliyinin məkanında məşq keçib. Kommunal vəsaitlər İlqar Hüseynov tərəfindən ödənilib. 1-ci Qarabağ savaşçısının bildirdiyinə görə, 10 il ərzində bir dəfə də olsun onun idman zallarına Azərbaycan cüdo federasiyası tərəfindən köməklik göstərilməyib.

.
Müsahibin özü kimi, övladları da idmançıdır: Hüseyn Hüseynov (fəxri kürsüdə solda) bu ilin mayında Qubada yeniyetmələrin Avropa kubokunda 66 kq-da 3-cü, sentyabrda Göygöldə MDB oyunlarında 2-ci yer tutub. Valideynin yazdığına əsasən, qızı Günay Hüseynova cüdo üzrə paytaxt və ölkə birinciliklərində fərqlənib; MMA-da aşağı yaş qruplarıda 3 dəfə dünya və 5 dəfə Avropa çempionatında qızıl medal qazanıb. Böyük oğlu Əli qrapplinq üzrə yeniyetmələrin dünya 3-cüsü, qarışıq döyüş növlərində 3 dəfə qitə çempionudur.

Vətəndaşın əsas narazılığı, Hüseynin istedadlı və beynəlxalq yarışlarda titullu çüdoçulara daim vaxtından əvvəl qalib gəlməsinə rəğmən, onun yeniyetmələrin Avropa və dünya birinciliklərinə yollanan heyətdə yer almaması olub. Üstəlik o, övladının 4 Avropa kubokunda iştirakının səfər xərclərini özü çəkib. Buna baxmayaraq, beynəlxalq ezamlarda komanda üzvlərinə ayrı-seçkilik edilib. Azərbaycan idman akademiyasna qəbula 4 balı çatmayıb və ACF-dən dəstək verilməyib. Hüseyn millidə olarkən, üzündən aldığı ciddi zədələrinin müalicəsinin pulu atası tərəfindən qarşılandığını söylənilir. MDB oyunları çərçivəsində Göygöldə cüdo yarışı ilə əlaqədar yığma üzvlərinə çəkiliş üçün paylanılan qısaqol köynəklər tədbirdən sonra geri alınıb.

İlqar Hüseynov onu da iddia edir ki, Qara Qarayev metrosu civarında ona məxsus idman zalına dəvət olunan ACF-in baş katibi Rəşad Rəsullu qurğunun genişləndirilməsi üçün maddi dəstək göstəriləcəyini söz versə də, bunu yerinə yetirməyib. Əvəzində, maliyyə yükü yenə onun üzərində qalıb. Sitat: "Yeniyetmələrdən ibarət milli komanda üçün bazanın inşasına başlamışam. Möhtəşəm layihədir, hər bir şəraiti olacaq. Məndə ərazi böyükdür: 34 sot. Yeməkxana və yataqxananın da tikintisi başlayıb. Genişləndirmə məqsədi ilə qonşunun 8-sotluq ərazisini də satın alacaqdım. Bunun üçün 5000 manat beh vermişdim. Bizim çevrədə "Ruslan-93" kimi idman kompleksi yaratmağı arzulayırdım.

Rəşad Rəsulluya demişdim ki, 300-400 min manat sərmayə qoyacağam. O da cavabında bildirmişdi ki, bu məbləğ azdır, 1-2 milyon pul qoyum, yaxşı bir şey tikim. Ondan federasiyanın dəstək verib-verməyəcəyini xəbər aldım. Kömək edəcəyinə söz verdi, ACF-in tikinti şöbəsinin müdiri Firdovsi Quliyevi işə qoşdu. Onunla və baş katibin Rafael adlı köməkçisi ilə mənə məxsus restoranda nahar edib məsələni müzakirə etdik. Onlar layihə hazırlayıb federasiya prezidenti Rəşad Nəbiyevə göstərəcəklərini dedilər. 4-5 ay söhbət belə uzandı. Gördüm ötür-ötür oyunu gedir. Baş katibin otağına girib durumu anlatdım. Bildirdi ki, o fikrini dəyişib, onlara Sumqayıtda yer veriblər. Öyrəndim o da yalandır. Başa düşdüm ki, aldadılmışam. 5000 min manat behim qonşuda batdı, layihə də yarımçıq qaldı".

Hüseynin valideyni onu da vurğulayıb ki, Rəşad Rəsulluya 1070 manat dəyərində bahalı hədiyyələr verib. Ona görə ki, övladı 4 il Türkiyədə akademiyasında, 2 il magistr və 3 il doktorluq təhsillərli alması üçün idman fəaliyyətinə icazə versin. Çünki çıxılmaz vəziyyətdə qalan ata övladının çarəsini qardaş ölkənin millisində davam etdirməkdə görür. Amma ACF-dən rüsxəti ala bilmir. Hazırda yeniyetmə cüdoçumuz Türkiyənin olimpiya mərkəzlərinin birində təlim-məşq keçir. Qarabağ döyüşçüsü bildirib ki, oğluna orada hər bir yüksək şərait yaradıblar. Həmyerlimizin niyyəti paytaxtda idman zallarını qapadıb Türkiyədə 1,5 milyon manat sərmayə qoymaqdır. Əntiq mağazasını da oraya daşımaq istəyir. Əsas hədəfi Azərbaycandan mütəxəssislər dəvət edib qardaş ölkədə idmançılar yetişdirməkdir. Deyir, bunu ona vadar edirlər.

Ötən yazılarımda qeyd etdiyim ki, cüdoda güclü müxalifət formalaşıb və günü-gündən genişlənməkdə davam edir. Gərginlik zirvə həddinə çatıb. Valideynlər, məşqçilər, idmançılar cana doyublar. Yaxın üfiqdə üsyan görünür. Bu, qaçılmazdır. Ümid, ilk növbədə Allaha, sonra ölkə başçısınadır. Narazılar, Rəşad Rəsullunun qəzəbinə, ACF prezidentinin müşaviri Natiq Bağırovun qərəzinə tuş gələnlər İlham Əliyevə məktubla (ad və soyadlarının qarşısında imzaları ilə) müraciət etməyi düşünürlər…

Y.S. Qarşı tərəfin də fikrini öyrənməyə hazıram. Amma baş katib bütün əlaqələri kilidlədiyindən, bəndənizi "qara siyahı"ya saldığından, onu ölkə çempionatlarında belə qeydiyyata almadığından, Rəşad Rəsullu ilə illərdir heç bir təmas yoxdur.

İstedadlı cüdoçular ölkədən didərgin salınır! Bu dəfə ata fəryadı! Aldadılan Qarabağ qazisindən ACF-də kim 1070 manat dəyərində hədiyyələr alıb?İstedadlı cüdoçular ölkədən didərgin salınır! Bu dəfə ata fəryadı! Aldadılan Qarabağ qazisindən ACF-də kim 1070 manat dəyərində hədiyyələr alıb?İstedadlı cüdoçular ölkədən didərgin salınır! Bu dəfə ata fəryadı! Aldadılan Qarabağ qazisindən ACF-də kim 1070 manat dəyərində hədiyyələr alıb?İstedadlı cüdoçular ölkədən didərgin salınır! Bu dəfə ata fəryadı! Aldadılan Qarabağ qazisindən ACF-də kim 1070 manat dəyərində hədiyyələr alıb?İstedadlı cüdoçular ölkədən didərgin salınır! Bu dəfə ata fəryadı! Aldadılan Qarabağ qazisindən ACF-də kim 1070 manat dəyərində hədiyyələr alıb?


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 192   Tarix: 03 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişilərin sağlamlığına zərərli idman növləri

İstənilən fiziki fəaliyyət sağlamlıq üçün faydalıdır. Lakin həkimlərin sözlərinə görə, bəzi idman növləri xüsusilə kişilərin sağlamlığı üçün risk yarada bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər kişi orqanizminə mənfi təsir göstərən idman növlərini açıqlayıblar. Velosiped sürmə. Ekspertləri

18:15 64
.

"Kernel" mağazasında oğurluq

Bakının Nizami rayonunda fəaliyyət göstərən "Kernel" mağazasında oğurluq hadisəsi baş verib. Qaynarinfo-nun əldə etydiyi məlumata görə, mağazanın saxlanc yerindən 535 manat oğurlanıb. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verildikdən sonra oğurluq cinayətini törətməkdə şübhəli bilinə

16:17 159
.

Rusiyada zəlzələ baş verib

Rusiyanın Kamçatka yarımadasında zəlzələ baş verib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Seysmoloji xidmətlərin məlumatına görə, yeraltı təkanların gücü 5 maqnitudaya çatıb. Zəlzələ region sakinləri tərəfindən 3 maqnituda səviyyəsində hiss olunub. Bildirilib ki, seysmik hadisənin episentri Klyuçi qəsəbəsində

12:28 272
.

Uşağınızı məktəbdə heç bir qalmaqalsız necə oxumağa öyrətmək olar

Demək olar ki, hər bir valideyn ən azı bir dəfə səhər etirazları ilə üzləşib: uşaq məktəbə getmək istəmir, ev tapşırıqları isə əsl mübarizə meydanına çevrilir. xarici mediaya istinadla xəbər verir ki, motivasiyanın açarı etibar və hörmətdə gizlənir. Uşaq təzyiq deyil, dəstək hiss etdikdə daha yaxşı oxuyur

19:45 1
.

İstedadlı cüdoçular ölkədən didərgin salınır! Bu dəfə ata fəryadı! Aldadılan Qarabağ qazisindən ACF-də kim 1070 manat dəyərində hədiyyələr alıb?

Ölkə idmanı fəlakətin astanasındadır. Günü-gündən uçurum daha dərinləşir. Cüdo bu istiqamətdə ilk sıradadır. 2 olimpiya qızılının "əvəzini" sadə ictimaiyyət canları bahasına, aşağılanmaqla, doğma yurdunda sıxışdırılmaqla, peşəsinə son verməklə, ölkəsini tərk etməklə ödəyirlər. Şikayətləri

17:29 138
.

"Yanlış düymə" etirafı: Kapitan neft tankerinə çırpılmaqda təqsirli bilindi

London məhkəməsi "Solong" konteyner gəmisinin 59 yaşlı rusiyalı kapitanı Vladimir Motini gəminin ABŞ-ın "Stena Immaculate" neft tankeri ilə toqquşmasına səbəb olmaqda günahkar bilib. xarici mediaya istinadən xəbər verir ki, məhkəmə prosesi zamanı Motin "Solong" gəmisin

12:16 288
.

Milli təhlükəsizlik qərarı: Xəstəxanasında kütləvi işdən azad etmə

Latviya hökuməti dövlət xəstəxanasında çalışan 49 Rusiya vətəndaşını işdən azad edib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat xəstəxananın Facebook səhifəsində paylaşılıb. Xəstəxana rəhbərliyi qərarı Milli Təhlükəsizlik Qanununun tələbləri ilə əsaslandırıb. Qanuna əsasən, Rusiya v

11:55 316
.

Norveç kron-prinsessasının oğlu məhkəmə qarşısında: ağır ittihamlar və yeni həbslər

Norveçdə kral ailəsini sarsıdan qalmaqallı cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Norveç Kron-Prinsessası Mette-Marit’in oğlu Marius Borg Hoiby Oslo məhkəməsində bir sıra ağır cinayət ittihamları ilə mühakimə olunur. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, 29 yaşlı Marius Borg Hoiby ümumilikd

16:28 157
.

Trampın tələb etdiyi atəşkəs dayandı: Ukraynanın enerji sektoruna ağır hücum

Rusiya ilə Ukrayna arasında ABŞ Prezidenti Donald Trampın tələbi ilə tətbiq edilən bir həftəlik enerji atəşkəsi dünən dayandırılıb. xarici mediaya istinadən xəbər verir ki, atəşkəsin başa çatmasından dərhal sonra Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji infrastrukturuna yenidən genişmiqyaslı zərbələ

11:41 290
.

TOP MP3