Vətəndaşdan AYNA rəhbərinə: "Anar Rzayev maşınından düşüb avtobusa minsin"
Vətəndaşlar Azərbaycan Yerütsü Nəqliyyat Agentliyinin fəaliyyətindən və qurumun rəhbəri Anar Rzayevdən narazıdır. Bu barədə narazı vətəndaşlar AYNA-nın sosial şəbəkə səhifəsindəki paylaşımlarının altında açıq şəkildə yazırlar.
Tribuna.az xəbər verir ki, şikayətçi Emin Qədirov AYNA-nın fəaliyyətini sıfır olaraq qiymətləndirib. O bildirib ki, bu qurum vətəndaşların xeyrinə heç bir addım atmır:
"AYNA-nın fəaliyyətini şəxsən mən 0 qiymətləndirirəm. Çünki vətəndaşın xeyrinə heç bir addım atmırlar. Hər yeri zəbt edib, pullu xidmət yaradıb pul yığmaq iş deyil. Nə yol təsərrüfatınız normaldır, nə xətləməniz düzdür, Yağış yağan kimi xətlər yoxa çıxır.
Biri yol kənarında saxlayıb kimisə mindirib-düşürə bilmir, cərimələyirlər o dəqiqə. Bayıldan düz Heydər Əliyev prospektinə kimi 2 yerdə mindirib-düşürmə işarəsi var. O da nəqliyyat axınına görə demək olar ki, mümkün deyil. AYNA-nın dövlət büdcəsinə vurduğu zərər millətin əsəbiylə narahatçılığıyla, qarğışıyla yığdığınız puldan çoxdur".
AYNA-nın fəaliyyətindən narazı olanlardan biri də Vlad Baskov adlı vətəndaşdır. O təklif edib ki, AYNA sədri bir dəfə xidməti avtomobilindən düşüb Balaxanıya avtobusla gəlsin:
"Anar müəllimə deyin ki, Balaxanı sakinləri xahiş edir ki, bir gün pik saatlarda özünün bahalı xidməti avtomobilindən düşüb bizim 105 nömrəli marşruta minsin. Özünü bizlərdən biri kimi hiss etsin. Çox xahiş edirik. Xahişimizi, zəhmət olmasa, çatdırın ona".
Narazılığını bildirən Cəmilə Ağayeva isə bildirib ki, AYNA edilən müraciətləri yerinə yetirmir:
"AYNA-ya bir sualim var! Siz söz verəndə neçə müddətdən sonra yerinə yetirirsiz? Sualım sizə qəribə gəlməsin, çünki noyabr ayında yazmısınız ki, 206 və 71 nömrəli avtobuslar yenilənir. 71-dən xəbərim yoxdur, amma 206 eyni veziyətdədir. Avtobuslar sınıq-salxaq, qışda soyuq, yayda isə bürküdən əziyyət çəkirik".
Xatırladaq ki, yaxın günlərdə AYNA rəhbəri Anar Rzayevin aldığı aylıq maaşın 19 min 500 manat olduğu məlum oldu. Bu məlumat da sosial şəbəkələrdə narazılığa səbəb olmuş, Anar Rzayev tənqid edilmiş, onun gördüyü işlər qarşılığında aldığı nəvacibin uyğun olmadığı bildirilmişdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2483 Tarix: 02 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBəzi yollarda sürət həddi bərpa olundu
Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqəda
10:17 138 Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr
15:00 94 Ramil Usubovun ailəsində - Ağır itki
Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. "Qafqazinfo" "ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb
15:19 60 "Müəllimlərin işi azalmayıb, əksinə artıb"
"Əgər təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Daha təhsilli gələcək" devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib. O bildirib ki, ölkədə təhsilin keyfiyyətl
12:30 136 Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma
Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,
04.10.2026 286 Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib və Azərbaycan dilində deyib: "Zati-aliləri cənab Prezident, Avstriyanı
12:39 213 Şagird məktəbdə sinif yoldaşlarına və müəlliməsinə hücum etdi
Slovakiyanın şimal-qərbində yerləşən Staşkov kəndindəki məktəbdə şagirdin hücumu nəticəsində iki nəfər yaralanıb. xəbər verir ki, bu barədə JOJ televiziyası məlumat yayıb. Slovakiya polisi bildirib ki, hadisə yerinə bütün zəruri təcili yardım xidmətləri cəlb olunub. "Bütün zəruri təcili yardım xidmətlər
10:51 158 B-1 bombardmançıları Fairford bazasından geri çağırıldı
ABŞ bütün B-1 strateji bombardmançı təyyarələrini Böyük Britaniyada yerləşən Fairford Hava Bazasından geri çəkib. xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb. Qəzetin məlumatına görə, qərar təhlükəsizliklə bağlı narahatlıqlar fonunda qəbul edilib. Hazırda bütün bombardmanç
10:35 147 "Sevgi hormonu" ilə bağlı təəccüblü kəşf: Qorxunu da idarə edir
Yaponiyada aparılan yeni neyroelm araşdırması "sevgi hormonu" kimi tanınan oksitosinin yalnız sosial bağ və güvən hissində deyil, qorxunun aradan qaldırılmasında da mühüm rol oynadığını ortaya qoyub. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmaya görə, oksitosin beynin talamus bölgəsind
11:44 146