Genetik testlərlə ömrünü uzatmaq istəyirmiş - Ölümsüzlük planı üzə çıxdı

Genetik testlərlə ömrünü uzatmaq istəyirmiş - Ölümsüzlük planı üzə çıxdıYeni açıqlanan məhkəmə sənədləri milyarder Ceffri Epşteynin genetik testlər və regenerativ tibb vasitəsilə cavanlaşma və ömrünü uzatma ehtimalını araşdırdığını ortaya qoyur. Sənədlər Epşteynin öz DNT-sindən istifadə edilən elmi tədqiqatlara maliyyə dəstəyi göstərdiyini təsdiqləyir.

"Qafqazinfo" xəbər verir ki, yayımlanan elektron poçt yazışmalarına görə, Epşteyn regenerativ tibb sahəsində istifadə olunacaq genetik testlərin pulunu ödəyib.

Bu tədqiqatların əsas məqsədi bədənin zədələnmiş toxuma və orqanlarının bərpası, eləcə də, qocalma prosesinin ləngidilməsi imkanlarını araşdırmaq olub.

CNN-in məlumatına əsasən, Epşteyn 2008-ci ildə məhkum edilməsindən bir neçə il sonra ABŞ-nin aparıcı tibb müəssisələrindən birində çalışan həkimdən yeni genetik testlər əldə edib.

Bu tədqiqatları həyata keçirən şəxs həmin dövrdə Massaçusets Ümumi Xəstəxanasının baş həkimi olan Cozef Takuriya idi. Takuriya eyni zamanda Harvard Tibb Məktəbi ilə əlaqəli genişmiqyaslı genom tədqiqatlarında iştirak edib.

Onun CNN-ə verdiyi məlumata görə, Epşteyn könüllülərdən toplanmış genetik məlumatlar üzərində elmi araşdırmalar aparan Harvard Şəxsi Genom Layihəsinə də daxil edilib.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan sənədlər arasında Takuriyanın 2014-cü ilin fevralında Epşteynə göndərdiyi və özəl genom ardıcıllığı layihəsi üçün maliyyələşdirmə tələb edən təklif məktubu da yer alır. Həmin sənədlərdə Epşteynə müxtəlif genetik test variantlarının təqdim edildiyi görünür.

2014-cü ilin iyun ayında Epşteyn genomunun bir hissəsinin ardıcıllıqla müəyyənləşdirilməsi üçün 2000 dollarlıq ilkin investisiyanı əhatə edən ətraflı faktura alıb. Fakturada gen redaktə üsullarından istifadə edilərək, "fərdiləşdirilmiş uzunömürlülük tədqiqatları" aparılması planları da qeyd olunub. Sənədlərə əsasən, Epşteyn bu məqsədlə tüpürcək nümunəsi təqdim edib.

Ödənişin 1000 dolları genomun "ekzom" adlanan hissəsinin ardıcıllığının müəyyənləşdirilməsinə, digər 1000 dolları isə "gəncliyin" geri qaytarılmasına yönəlmiş tədqiqatlarda mühüm rol oynayan birləşdirici toxumalardakı hüceyrələrin araşdırılmasına ayrılıb. Epşteynin komandası həmin gün 2000 dollarlıq çek göndərib.

Takuriyanın təqdim etdiyi təkliflər arasında o dövrdə yeni sayılan CRISPR texnologiyasından istifadə etməklə Epşteynin kök hüceyrələrində uzunömürlülüklə əlaqəli mutasiyaların yaradılması variantı da yer alıb. Sənədlərdə yeni kök hüceyrələrinin hazırlanması üçün 10 min dollardan başlayan alternativlər, Epşteynin bütün genomunun ardıcıllığının çıxarılmasının isə təxminən 11 min 400 dollara başa gələcəyi göstərilib.

Təklif olunan bütün layihələrin ümumi dəyəri 193 min 400 dollar olaraq hesablanıb. Lakin Epşteynin bu qabaqcıl və bahalı tədqiqatların tam maliyyələşdirilməsini həyata keçirdiyinə dair sənədlərdə hər hansı qeyd aşkar edilməyib.

Ceffri Epşteyn 2019-cu ildə federal cinsi alver ittihamları ilə məhkəməni gözlədiyi dövrdə vəfat edib. Yayımlanan sənədlər onun gen redaktəsi və ömrü uzatma ideyalarına uzun illər ərzində xüsusi maraq göstərdiyini ortaya qoyur.

Daha əvvəl ictimaiyyətə məlum olmuşdu ki, Epşteyn artıq fəaliyyətini dayandırmış fondu vasitəsilə Dünya Transhumanistlər Assosiasiyasına (indiki Humanity+) ianələr edib və öz genlərindən istifadə edərək, yeni nəsil insan yaratmaq ideyasını müxtəlif elm adamları ilə müzakirə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 772   Tarix: 07 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

04.10.2026 917
.

Mənzil almaq çıxarışa sahib olmaq demək deyil: Vətəndaş hansı risklərlə üzləşə bilər?

"Mənzilin faktiki olaraq alınması ilə onun üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması eyni şey deyil". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, mənzil bazarında vətəndaş bəzən müqavilə, maliyyə arayışı, order və ya digə

11:33 148
.

Efiopiyada münaqişə şiddətlənir - 4 liderdən birgə bəyanat

Misir, Eritreya, Somali və Sudan regionda, o cümlədən Sudandakı vətəndaş müharibəsi və Efiopiyada gedən ağır döyüşlər fonunda siyasi və sülh yolu ilə həllə çağırış edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, dörd ölkənin liderləri - Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Eritreya Prezidenti İsaia

10:54 140
.

Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi

10:03 154
.

Zəngəzurdan Palandökənə

Zəngəzur dəhlizi yalnız Qafqazın nəqliyyat xəritəsini dəyişmir; düzgün planlaşdırma aparılarsa, Ərzurumu Palandökən üzərindən regional logistika mərkəzinə çevirə biləcək yeni bir imkan təqdim edir. Bəzi nəqliyyat layihələri var ki, yalnız iki nöqtəni bir-birinə bağlamır, coğrafiyanın iqtisadi mənasın

13:02 68
.

İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, J.Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunu

10:41 148
.

Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT

Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə

10:31 142
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

04.10.2026 214
.

Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb

İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil

04.10.2026 244
.