MTK-ların komendant pulu niyə durmadan artır? - Sakinləri narahat edən suallar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların komendant pulu niyə durmadan artır? - Sakinləri narahat edən suallar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMASon illər çoxmənzilli yaşayış binalarında fəaliyyət göstərən Mənzil-Tikinti Kooperativləri (MTK) tərəfindən sakinlərdən yığılan "komendant pulu" ciddi narazılıq mövzusuna çevrilib. Rəsmi olaraq blokların təmizlənməsi, liftlərin saxlanılması, həyətin abadlaşdırılması və məişət tullantılarının daşınması kimi xidmətlər üçün nəzərdə tutulan bu ödənişlər bir çox binalarda gözlənilmədən və əsaslandırılmadan artırılır. Bununla yanaşı, xidmətlərin keyfiyyəti dəyişmədiyi halda aylıq ödənişlərin məbləğinin artması və artımların hansı meyarlara əsaslandığının açıqlanmaması müzakirələrə səbəb olur.

Məsələni daha da mürəkkəbləşdirən əsas məqam odur ki, komendant haqlarının müəyyənləşdirilməsi və artırılması prosesi əksər hallarda şəffaf aparılmır. Bir çox hallarda sakinlərlə rəsmi müzakirə keçirilmədən qərarlar qəbul olunur, xərclərin detallı hesabatı təqdim edilmir. Nəticədə, şəhərin müxtəlif ərazilərində yaşayan vətəndaşlar eyni xidmətlər üçün tam fərqli məbləğlər ödəməli olur və bu vəziyyət hüquqi suallar doğurur: MTK-ların bu ödənişləri artırmaq səlahiyyəti nə qədərdir və sakinlərin hüquqları necə qorunmalıdır?
MTK-ların komendant pulu niyə durmadan artır? - Sakinləri narahat edən suallar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı əmlak eksperti Ramil Osmanlı BiG.AZ-a açıqlamasında bildirdi ki, Nazirlər Kabinetinin mənzil idarəçəliyində təsdiq olunan qiymət siyasətinin həyata keçirilməsi və müəyyən olunması ilə bağlı qaydaları mövcuddur. Onun sözlərinə görə, həmin qaydalara uyğun olaraq hər bir sakinin bu prosesdə iştirak etmək hüququ, eyni zamanda vəzifəsi var: "Təssüflər olsun ki, sakinlər hələdə sovet dövrünün ənənəsi ilə yaşayır və hesab edir ki, hansısa bir sehirli əl gəlib onun yaşadığı binanı qoruyub saxlayacaq, təmir edəcək və onun istismar xərclərini ödəyəcək. Lakin bu belə deyil. Yəni sakinlər bu prosesdə birbaşa iştirakçıdırlar və iştirak etməlidirlər. Sakin bu prosesdə iştirakla bağlı öz hüquq və vəzifələrini mənzil məcəlləsində göstərilən qaydalar üzrə yerinə yetirməlidir. Həm binanın saxlanılması üçün nəzərdə tutulan tariflərin müəyyən olunmasında bilavasitə iştirak etməli, həmdə gələcəkdə o xidmət haqqlarının ödənilməsi və xidmət haqlarının, toplanan vəsaitin hara xərclənməsi ilə bağlı hesabatlılığın təmin olunmasında birbaşa iştirak etməlidir. Çünki bu vəsait sakinlərdən toplanan vəsaitdir.

Toplanan vəsaitin xərclənməsi ilə bağlı mütamadi olaraq orda xidməti həyata keçirən tərəf sakinlərə hesabat verməlidir. İdarə etmə formasının seçilməsinə gəlincə isə, burda müxtəlif formalar var. Formalardan biri və ənsası sakinlərin ümumi yığıncağının keçirilməsi və Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılmasıdır. Yəni sakinlər birbaşa Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti prosesində iştirak edə bilərlər. Ona görədə toplaşıb bir vəkilə müraciət edib bununla bağlı sənədlərin hazırlanmasında yardımçı olmasını tələb edə, müqavilə bağlaya bilərlər. Yəni bu məsələ qanunvericilikdə tam şəkildə əhatə olunub. Sadəcə biz öz hüquqlarımızı öryənmək istəmirik".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 705   Tarix: 16 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra

04.10.2026 165
.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

04.10.2026 152
.

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd

04.10.2026 158
.

Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə

04.10.2026 161
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

04.10.2026 163
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

04.10.2026 148
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

04.10.2026 132
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

04.10.2026 157
.

ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb

Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə

04.10.2026 152
.