Prezidentin Münhendən verdiyi mesajlar

Prezidentin Münhendən verdiyi mesajlarPrezident İlham Əliyevin France 24-ə verdiyi müsahibə diplomatik nəzakət çərçivəsində səslənsə də, mahiyyətcə sərt siyasi mesaj idi. Bu, daxili auditoriya üçün yox, birbaşa Qərb üçün hazırlanmış çıxış idi.
Birinci mesaj: Qarabağ mövzusu bağlanıb. Əliyev açıq şəkildə göstərdi ki, Bakı üçün münaqişə mərhələsi bitib və məsələ artıq müzakirə predmeti deyil. Qərbin "status", "humanitar suallar", "keçid mexanizmləri" kimi anlayışları bu mərhələdə Azərbaycan üçün aktual deyil. Bu, faktın qəbul etdirilməsi cəhdidir.
İkinci mesaj: Sülh olacaq, amma Bakının şərtləri ilə. Ermənistan konstitusiyasındakı ərazi iddiaları dəyişmədən hüquqi sənəd imzalanmayacaq. Bu, ultimatum deyil, açıq çərçivədir. Əliyev Qərbə demək istəyir ki, əgər real sülh istəyirsinizsə, İrəvana təzyiq mexanizmlərini işə salın.
Üçüncü mesaj: Azərbaycan enerji və logistika baxımından alternativsiz oyunçudur. Müsahibədə enerji təhlükəsizliyi, Avropaya qaz tədarükü və nəqliyyat dəhlizləri təsadüfi vurğulanmadı. Bu, Brüsselə xatırlatmadır: siyasi narazılıqlar ayrı məsələdir, amma enerji reallığı dəyişmir.
Dördüncü və ən incə mesaj Rusiyaya yönəlib. Əliyev balans xəttini qoruduğunu nümayiş etdirdi. Nə Moskvanı açıq tənqid etdi, nə də Qərb blokuna tam inteqrasiya görüntüsü yaratdı. Bu, klassik çoxvektorlu siyasətin davamıdır.
Proqmatik baxımdan baxanda müsahibənin alt qatında bir fikir var: Azərbaycan artıq regional obyekt deyil, subyektdir. Qarabağdan sonra Bakı "münaqişə tərəfi" yox, "regional şərt qoyan aktor" kimi danışır.
Müsahibədə diqqət çəkən bir başqa məqam isə Əliyevin mühakimə olunmuş separatçı liderlərlə bağlı qəti mövqeyi oldu. O, bu insanların cinayətlərini "ciddi cinayətlər" adlandırdı və heç bir siyasi motivlə amnistiya etməyəcəyini bildirdi. Bu yanaşma daxili auditoriya üçün sərt siyasi mövqe kimi səslənsə də, dış siyasət üçün "ədalət və dövlət suverenliyi" mesajını gücləndirir.

Tufan Məmmədov - iqtisadçı ekspert


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 698   Tarix: 16 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra

04.10.2026 165
.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

04.10.2026 152
.

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd

04.10.2026 158
.

Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə

04.10.2026 161
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

04.10.2026 163
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

04.10.2026 148
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

04.10.2026 132
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

04.10.2026 157
.

ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb

Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə

04.10.2026 152
.